Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə291/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   287   288   289   290   291   292   293   294   ...   303
Tarixi məlumat. 1887-ci ildə Roe intranazal korreksiyaedici rinoplastika əməliyyatını etmişdir. İlk kosmetik cərrahiyyə əməliyyatı aparmış Amerikalı cərrah Miller göz ətrafındakı sallanmaları eksizya etmişdir. Kolle 1911-ci ildə “Plastik and Cosmetic surgery” adlı kitabını nəşr etdirmişdir. Fransız cərrah Bourguet 1919, 1924 və 1925-ci illərdə blefaroplastika haqqında məqalələr yazmışdır.

I dünya müharibəsi müddətində rekosntruktiv cərrahiyyə metodları kosmetik cərrahiyyədən daha çox inkişaf etmişdir. 1919-cu ildə Passot yaşlanmış üz dərisinin eksizya metodunu təklif etmişdir.

Çənə defromasiyası cərrahiyyəsinin inkişafı isə daha qədim zamanlardan başlayır. ABŞ-da çənə proqnatiyası və “open bite” deformasiyası əməliyyatları 1849-cu ildə Hullihen tərəfindən aparılmışdır, daha sonra 1895-ci ildə Jaboulay, 1910-cu ildə Babkok bu sahələrdə müvafiq dəyişikliklər aparmışdır.

Süd vəzisi deformasiyalarının aradan qaldırılması istiqamətində ilk əməliyyat 1669-cu ildə Durstan tərəfindən icra edilmişdir, bundan 200 il sonra Velpeau bu sahədə ikinci bir məqalə dərc etmişdir. Süd vəzisi estetikası əsrin əvvələrindən etibarən inkişaf etməyə başlamış və hazırda çox müxtəlif əməliyyat metodları tətbiq olunmaqla kosmetik cərrahiyyənin böyük sahələrindən birinə çevrilmişdir.

Dermolipektomiyalar haqqında ilkin məlumatlar 1890-cı ildə Fransız alimləri Demars və Marx tərəfindən verilmişdir. 1899-cu ildə ABŞ-da Kelli bu mövzu barəsində məlumatlar vermişdir. Sonrakı illərdə Avropada, xüsusilə, Fransa və Almaniyada bu sahədə böyük irəliləyişlər olmuşdur.

Fransiz həkim İllouz tərəfindən 1977-ci ildə təklif olunan liposaksiya əməliyyatı hazırda çox geniş istifadə edilən əməliyyatlardan biri olaraq qalır.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin