Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə292/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   288   289   290   291   292   293   294   295   ...   303
Üz gərilməsi (face lifting)
İnsanın qocalması ilə paralel olaraq üz nahiyəsinin dəyişməsi qaçılmaz bir bioloji fenomendir. Üz dərisi günəş şüalarına və digər xarici faktorlara daha çox məruz qaldığı üçün başqa nahiyələrə nisbətən daha tez qocalmağa başlayır. Adətən, çəhrayı, yumşaq, isti və müqavimətli olan dəri yaşlandıqca tutqun, sarımtıl, kəpəkli, atonik bir vəziyyət alır, bəzən isə burada xoş xassəli, xərçəngönü ya da xərçəngə çevrilən törəmələr müşahidə edilir.

Üz estetikası əməliyyatı ritidektomiya adlandırılır, amma çox vaxt face lifting adı daha çox istifadə olunur.

Əməliyyatdan əvvəl xəstə ətraflı yoxlanılmalıdır. Xəstəyə artıq çəkilərdən azad olmaq məsləhət görülür. Gənc yaşlarda aparılan əməliyyatlar daha yaxşı və uzunmüddətli nəticələr verir. İnsanlar daima yaşlandıqları üçün əməliyyatla davamlı nəticələr əldə etmək mümkün olmur. Xəstələrin ən çox verdiyi “nə vaxta qədər effektli olacaq?” sualına təssüf ki, cavab vermək çətindir, çünki buna təsir edən bir çoxsaylı amillər vardır.

Əməliyyatdan əvvəl xəstənin şəkli çəkilir. Şəkil üzərində əməliyyat planlaşdırılır. Xəstənin təzyiqi, qanaxma və laxtalanma müddəti yoxlanılır, hipertrofik çapıq və kelloidə meyilliliyi araşdırılır. Xəstənin başı xüsusi antiseptik məhlulu ilə yuyulur, çox həyəcanlı olarsa, trankvilizator verilir.

Əməliyyat ümumi, ya da sakitləşdirici lokal anesteziya altında aparılır. Supraplatizmal və subplatizmal metodları vardır.

Kəsik xətti tüklü dəridən tüksüz dəriyə 3 sm qalmış məsafədə aparılır. Preaurikulyar nahiyədən aşağı enərək qulağın arxasından oval olaraq aparılır və tüklü dəriyə keçilir. Dəri fleb şəklində sərbəstləşdirilir. Artıq dəri yuxarı və arxa tərəfə çəkilərək eksizya edilir. Yuxarı və aşağı sorucu dernajlar qoyularaq əməliyyat sahəsi tikilir. Drenajlar, adətən, 24 saatdan sonra çıxarılır. Preaurikulyar tikişlər 3-5, digər tikişlər isə 8-14 gündən sonra sökülür.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin