Üz dərisinin kimyəvi üsulla soyulması (chemical face peelling). Kimyəvi soyma dəriyə daha cavan və sağlam görünüş verdiyi üçün Litton bu proseduraya “facial rejuvenation” – üz cavanlaşdıran adı vermişdir. Amma bu proseduranın yaşlanmış toxumaya təsirində məhdudiyyətlər vardır belə ki, elastik dərini azca dartaraq gərginlik yaradır. Onun əsas üstünlüyü incə qırışları və keratoz törəmələri aparmasıdır. Üz toxumalarının sallanmayan və ya az sallanmış olduğu vəziyyətlərdə səthi qırışlar üçün izolyasiyaedici bir prosedura şəklində istifadə edilir. Ptoz və qırış problemləri bir yerdə olduqda üz gərmə əməliyyatına köməkçi bir metod kimi tətbiq edilir. Açıq dərili, səthi qırışlara malik və minimal sallanan dərisi olan qadınlar bu prosedura üçün ideal namizədlərdir.
Prosedura üçün istifadə olunan məhlul 3 sm3 fenol, U.S.P., 2 sm3 distillə su, 2 damcı kroton yağı və 8 damcı maye sabundan ibarətdir. Təzə məhlul istifadədən qabaq çalxalanaraq pambıqlı çöplərlə nəzərdə tutulan sahəyə sürtülür, göz ətrafına sürtülən zaman konyuktivanı diqqətlə qorumaq lazımdır.
Müalicədən əvvəl xəstəyə sedativ preparat verilir, çünki məhlul sürtülərkən həmin nahiyyədə yanğı hissı olur. Amma fenolun yerli anesteziyaedici təsiri olduğu üçün yanma hissi qısa zamanda keçir. Üzdə vurulan nahiyə, bir neçə dəqiqə ərzində ağ rəngdə olsa da, sonra tünd qırmızı rəng alır. Yara səhti 48 saat müddətində 2-3 qat steril plastrlarla maska şəklində saxlanılır. Sonra, həmin nahiyyə qabıq verməyə başlayır. Bu qabıq adətən 6 gün ərzində soyulur və çəhrayı rəngdə dəri müşahidə olunur. Çəhrayı rəng 6-12 həftəyə qədər saxlanılır. Proseduradan sonra 3-4 ay müddətində günəş işığından qorunmaq lazımdır.
Alın, göz qapaqları və dodaqlarda daha yaxşı nəticələr alınır. Boyun nahiyəsində hipertrofik çapıqlaşma ilə nəticələndiyi üçün uğurlu nəticə vermir. Göz qapaqlarında gözə çarpan ödem inkişaf etdiyindən görmə bir müddət çətinləşir. Pasientlər tibb bacısı tərəfindən xüsusi nəzarətdə saxlanmalıdır. Proseduranı üzün aşağı nahiyyələrində apardıqda xəstə çox danışmamalı və mayeləri xüsusi pipetka ilə içməlidir.
Prosedura düzgün aparılmadıqda toksikoz, çapıqlaşma və dərin ləkəli depiqmentasiya kimi arzuolunmaz nəticələr alınır.
Əməliyyat üz gərmə əməliyyatı ilə birlikdə aparılırsa, məhdud sərhədlərə malik üst dodaqda tətbiq edilməsi məsləhətdir. Üz gərmə və üz soyma əməliyyatı eyni seansda artıq dərəcədə aparılmamalıdır. Əgər bir xəstəyə hər iki əməliyyat nəzərdə tutulubsa, üz gərmə əməliyyatından 3 həftə sonra kimyəvi soyma əməliyyatı planlaşdırılmalıdır. Ancaq kimyəvi soyma aparılacaqsa, proseduranı bütün üz səthində aparmaq mümkündür. Bəzi təcrübəli cərrahlar bu metodu eyni seansda icra edirlər.
Dostları ilə paylaş: |