Qidalanmapozğunluqları - normalda az və orta dərəcədə olan qidalanma pozğunluqları yaranın sağalmasına əhəmiyyətli bir təsir etməsə də, ancaq aktiv qidalanma pozğuluğu yaranın sağalmasını gecikdirməsi danılmazdır.Qidalanma pozğunluqları anemiya, hipovolemiya, dehidratasiya, kəskin çəki itirmə nəticəsində baş verə blər. Bunlardan başqa hipo- və avitaminozlar (məsələn, yara sağalmasında önəmli maddələrdən biri askorbin turşusudur, həmçinin sümük bərpasında D vitamini, dəri bərpasında A vitamini lazımlı olduğu qeyd edilməlidir), eləcə də mineral mübadilənin pozğunluqları (məsələn, sink çatışmazlığı) da yara sağalmasını gecikdirir.
Diabet. Hipo- və hiperqlikemiya yaralanmadan sonrakı ilk həftə ərzində yaranın sağalmasına böyük təhlükə yaradır. Ancaq yaxşı kontrol edilən diabetiklər də toxmalarında qidalanma normaldısa, yara sağalması istənilən qaydada gedəcəkdir.
Hərarət. Bədən hərarətinin normal sərhədləri daxilində tempratur nisbətən çox olan nahiyələrdə yara daha tez sağalır (məsələn, ətrafların periferik hissələrində yara sağalması nisbətən gec olur.