Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə42/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   38   39   40   41   42   43   44   45   ...   303

Dəri qreftlərinin istifadə yerləri. Dəri qreftləri qranulyasiya toxuması yarada biləcək kifayət qədər qan dövranına malik hər hansı bir yaranı bağlamaq üçün istifadə oluna bilər. Qreftlər çox vaxt yarada davamlı bir örtük yaratmaq üçün istifadə olunur. Natamam dəri qreftləri bəzi hallarda infeksiyanı kontrol etmək və ya aradan qaldırmaq, həyati strukturları bağlamaq məqsədi ilə müvəqqəti olaraq istifadə olunur. Bu köməkçi təsirləri ilə infeksiya aradan götürülüb, yara ölçüləri kiçildikdə, daha stabil və kosmetik cəhətdən daha uyğun bir bağlama yolundan istifadə edilir.


Bəd xassəli şiş əməliyyatlarında natamam dəri qreftlərinə göstəriş əsas mövzudur. Dərin infiltrasiya haqqında şübhələr varsa, natamam dəri qrefti tətbiq edilməklə sağalma əldə edilir. Sonrakı histoloji müayinələr şişin çıxarılmasının yetərli olduğunu göstərərsə, ya da iki illik bir müşahidənin sonunda residiv ehtimalı qalmazsa, daimi bərpa edilir.

Qulağın ön və arxa səthindən və ya körpücüküstü nahiyələrdən əldə edilən tam dəri qreftləri səthdəki bazosellular və ya spinosellular karsinomanın çıxarılmasından sonrakı orta ölçülü qüsurların bağlanmasında çox istifadə olunur. Bu qreftlər üz dərisinə çox oxşardırlar. Orbital tərkibin çıxarılması və ya maksilloektomiyadan sonra yaranan böyük qüsurlar, qarın və ya budun içəri səthindən götürülən natamam dəri qreftləriylə bağlanıla bilir.

Alt göz qapağındakı dəri qüsurları üçün qulaq arxasından tam qalınlıqda, üst göz qapağındakılar üçün isə üst qol medial nahiyəsindən götürülən natamam dəri qreftləri ilə mükəmməl bir bağlama yaradır.

Dəri qreftləri boyun, barmaqlar, ovuc, dirsək, bilək, aksilla, ayaq barmaqları və diz kimi bükücü səthlərə tətbiq olunacağı zaman xüsusi bir qulluğa ehtiyac olur. Adətən, qalın natamam dəri qreftləri seçilir. Qüsur çiyin ya da diz kimi əsas bir oynağa yaxın olduğu zaman büzüşmənin qarşısını almaq üçün ətrafın təxminən iki, üç ay müddətinə immobilizasiyası lazım ola bilər. Bədəndə bükücü səthlərə qoyulan dəri qreftləri, adətən, birinci ay gecə-gündüz, sonrakı 3-5 ay sadəcə gecələr immobilizasiya edilir.

Yanıq sahələrinin bağlanmasında hissəvi qalınlıqda autoqreftlər üstün tutulur. Nazik qalınlıqlı natamam dəri qreftləri istifadə olunacağı zaman təxminən 2-3 həftə sonra eyni yerdən yenidən qreft götürülə bilər. Lakin lazımi miqdarda qreft mövcud deyilsə, alloqreftlər istifadə oluna bilər. Alloqreft qopma sindromundan əvvəl çıxarılır, daimi bağlanma isə autogen qreftlərlə aparılır.

Alloqreftlər yanıq sahələrində, maye-elektrolit itkisi və infeksiyaya qarşı bioloji bağlamanı təmin edirlər. Həmçinin, ağrını azaldır, açıq həyati strukturların erkən bağlanmasını təmin edir, tutulan ətrafın erkən mobilizasiyasına kömək edir, zülal itkisini minimuma endirirlər. Bu səbəblərdən geniş yayılmış, tam qalınlıqdakı yanıqlarda, xüsusilə, istifadə olunur. Həmçinin, yanıq olan xəstələrdə alloqreftin qopma sindromu gec inkişaf edir.

Elektrik və radiasiya yanıqlarında böyük dərin qüsurlar əmələ gəlir. Bu hallarda, adətən, dəri qreftləri yetərli olmur, fleblə bərpaya ehtiyac olur.

Dəri qreftləri, dəri flebləri və tam qalınlıqdakı qreftlərin akseptor sahələrinin bağlanmasında da istifadə olunur.

Ağız, udlaq, burun, vagina və sidik kisəsi selikli qişalarında böyük qüsurlar olduqda natamam dəri qreftləri uğurla istifadə oluna bilir. Bu qreftlər ilk 3-6 ay müddətində büzüşməyə meyilli olduqları üçün protezlərlə dayaq olunmalıdır.

Göz qapaqları konyuktivası və burun boşluğunun selikli qişası üçün “Castroviejo” elektrikli dermatom ilə alt dodağın selikli qişasından natamam qreft götürülə bilər. Konyuktivanın əvəz edilməsində dərinin əvəzinə selikli qişa üstün tutulur, çünki dərinin keratin təbəqəsi çox vaxt korneal qıcıqlanmaya səbəb olur. Dəri, travmalara qarşı davamlı olduğu üçün burunun selikli qişası üçün daha üstün tutulur. Həmçinin, yanağın içəri səthindən tam qalınlıqda selikli qişa qrefti götürülə bilər.

Sərt qişa (dura mater), epikardium, perikardium, plevra və periton plastikasında natamam dəri qreftləri istifadə edilə bilər. Qaraciyər, böyrək, dalaq, nazik bağırsaqlar və piylik adventisiyasının mövcud damarlara malik sahəsinə köçürülən dəri qreftləri tutur.

Stabil olmayan çapıqlar, tatuajlar, tüksüz piqment xallar və qalın natamam dəri qreftlərinin akseptor sahələrində “over-grafting” edilə bilər. Bu zaman epidermis dermobraziya ilə kənar edilir, həmin nahiyəyə dəri qrefti qoyulur. 3-6 aylıq fasilələrlə bu metod təkrarlanır. Beləliklə, derma təbəqəsi həm qismən dəyişdirilmiş, həm də qalınlaşdırılmış olur.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin