Plastik və Rekonstruktiv Cərrahiyyənin maraq dairəsi Plastik və Rekonstruktiv cərrahiyyənin maraq sahələrini əsas 6 yarımbaşlıq altında verə bilərik:
Anadangəlmə anomaliyalar. Bədən səthində olan anomaliyalar: dodaq yarığı, damaq yarığı, burun, qulaq deformasiyaları kimi üz anomaliyalarından, əl və xarici cinsiyyət sistemi anomaliyalarına qədər geniş bir sahəni əhatə edir.
Üz-çənə cərrahiyyəsi.Üz sümüklərinin və yumşaq toxumaların travmaları, baş və boyun şişləri ilə bu nahiyyənin anadangəlmə anomaliyaları da, adətən, bu sahəyə aid edilir. Hətta son məlumatlara görə kranio-maksillo-fassial (kəllə-çənə-üz) cərrahiyyəsi adı bu sahəyə daha uyğundur.