Pis vaskulyar yataqlı yaraların bağlanması : Qamış sümüyü üzərindəki yaralar. Aşağı ətrafdakı yaralarda qidalanma, adətən, zəif olur və dəri, əzələ, ya da miokutanoz fleblər daha məqsədə uyğundur. Sümüyün kortikal səthi uzqlaşdırılsa, spongioz sümük, ya da qranulyasiya toxuması üzərində qreft bitişə bilər, ancaq bu, stabil olaraq davamlı deyil, nəticədə fleb köçürülməsi lazım gəlir.
Ancaq sümük, vətər, qığırdaq və ya sinir üzərindəki yaralar. Həm avaskulyar olduqları üçün, həm də strukturların yaxşı qorunması lazım olduğuna görə fleblə bərpa daha məqsədə uyğundur.
Açıq boşluqlar. Döş qəfəsi, kəllə, ya da maksillanın açıq yaraları davamlı qidalanması olan ayaqcıqlı bir lokal fleblə bağlana bilər. Flebin boşluğa baxan üzünə qreft qoyula bilər.