Üzdəki törəmələrin rekonstruksiyası. Dəri flebləri, skalp, alın, göz qapaqları, qaşlar, burun, dodaqlar və yanaqların rekonstruksiyasında vacib rol oynayırlar.
Sümük çıxıntılarını bağlamaq üçün. Dəri flebləri, yataq yaraları və bütün yumşaq toxumaların itirildiyi barmaq ucu yaralanmalarında çox vacib rol oynayır.
Dəri flebinin köməyi ilə altdakı strukturların əməliyyatı. Dəri qrefti qoyulan nahiyə sinir, vətər, arteriya, sümük və qığırdağa aid ikincili əməliyyatlara imkan verəcək dərəcədə stabil olmayıb, cərrahi manipulyasiya və travmalara qarşı dözümsüzdür. İkincili əməliyyatlar tələb edən bu cür yaralarda əvvəlcə fleb bərpası düşünülməlidir.
Qan damarları, sinirlər və vətərləri də özündə birləşdirən dağılmış yaralarda, bu vacib strukturlar bərpa edildikdən dərhal sonra, həmin nahiyə bir dəri flebi ilə bağlanmalıdır.
Dostları ilə paylaş: |