Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə63/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   59   60   61   62   63   64   65   66   ...   303
Fleblərin digər istifadə yerləri. Hissiyatı yenidən bərpa etmək üçün lazım olan yerlərə dəri flebləri sinirlə birlikdə köçürülür. Bu metod, xüsusilə, anesteziya olunmuş baş barmaq ucu, dirsək səthi ilə şəhadət barmağının said səthinin bərpasında istifadə olunur. Orta və üzük barmağın dirsək səthindən neyrovaskulyar ayaqcıqlı ada flebi bu məqsədlə istifadə oluna bilər.

Dəri fleblərinin həyat qabiliyyəti. Qan dövranı flebin köçürülməsində ən önəmli amildir. Oxşar qan dövranına malik fleblər müxtəlif ölçüdə hazırlana bilər, amma yaşama qabiliyyəti uzunluqlarına görə təyin edilir. Uzunluqlarının bərabər olması lazımdır. .....-cü şəkildə eyni qidalanma qəlibli müxəlif enlikdə hazırlanan fleblərin, enlərindən asılı olmadan eyni müddətdə yaşaya biləcəklərini görürük.

Baş-boyun nahiyəsinin digər nahiyələrə nisbətən qan təchizatı daha yaxşıdır. Gənclərdə yaşlılara nisbətən damarlar daha elastikdir. Qan təchizatı daha yaxşı olan nahiyələrdə daha böyük fleblər hazırlana bilər. Bir ayaqcıqlı fleblər və aksial qəlibli fleblərin qidalanmaları daha yaxşıdır. Sərbəst qəlibli fleblərin damarlarının müəyyən bir istiqaməti yoxdur. Belə fleblər arteriya və venadan kifayət qədər pay ala bilmədiyi üçün vaxt keçdikcə akseptor sahədəki ətraf toxumadan fərqlənirlər. Fleb götürüldükdə qidalanmasına şübhə varsa, və ya onu uzatmaq lazımdırsa, “delay” əməliyyatına müraciət edilir. Delay, xüsusilə, diz altında hazırlanan fleblərdə lazımlıdır. Fleb ayaqcığı qalacaq formada üç tərəfindən kəsilir, altı sərbəstləşdirilir və yenidən yerinə tikilir. İki həftədən sonra arteriovenoz şuntlar açılır, flebin qidalanması maksimum olur, sonra götürülüb lazımlı yerə köçürülür.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin