Çox istifadə olunan bəzi free fleblər Radial said (forearm) flebi. Radial arteriya üzərində yerləşən fassiakutanoz bir flebdir. Venoz drenaj arteriya ilə bərabər irəliləyən iki vena cominantes və subkutan venalarla təmin olunur. Saidin ovuc səthinin hər hansı bir hissəsi istifadə oluna bilər. Lakin praktikada fleb nahiyəsini tüklərin olması təyin edir. Distal flebin proksimaldan daha nazik olması kimi bir üstünlüyü var. Həmçinin, tərkibində uzun damar ayaqcığı ilə sümüyün də olması, distal flebin əlavə üstün cəhətidir. Götürülməsinin asanlığı və damar ölçülərinin böyüklüyünə görə son zamanlarda geniş istifadə olunur.
Qasıq flebi. Mikrovaskulyar cərrahiyədə ilk istifadə olunan və hələ də istifadə edilməkdə olan bir flebdir. Arteriya və vena iliaca circumfleksa superficialis üzərində yerləşən fasiakutanoz bir flebdir. Vaskulyar ayaqcığı qısa olur. Medial piy toxumasının bir hissəsinin kəsilməsi ilə ayaqcıq bir qədər uzadıla bilər. Flebin medial sərhədi qasığın tüklü hissəsinin lateral hissəsində və bud arteriyası üzərinə yerləştirilir, flebin aksilyar damara görə ortası tapılır. Qasıq, 20x24 sm ölçülərində fleb götürüldükdə birincili olaraq bağlanıla bilər.
Latissimus dorsi flebi: Aşağı kürəkaltı arteriyanın küəyin ən enli əzələsinə (m.latissimus dorsi) şaxə yolladığı lateral toraksik sahədə yerləşir. Bu arteriya dərini qidalandırmaq üçün təxminən 10-12 sm irəliləyir. Arteriya ilə birlikdə vena da irəiləyir. Bu əzələnin önündən kürək sümüyünün aşağı ucuna qədər olan sahə istifadə oluna bilər. Tüksüzdür və asanca diseksiya edilə bilər. Mastektomiyalardan sonra süd vəzi rekonstruksiyasında arterial muskulokutanoz fleb kimi istifadə olunmaqla bərabər, həmçinin free-fleb kimi də istifadə olunur.