Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə75/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   71   72   73   74   75   76   77   78   ...   303


Təsnifat. Embriloji baxımdan dodaq, alveolyar çıxıntı və damaq yarıqlarını tam olaraq qiymətləndirmək lazımdır. Lakin cərrahi baxımdan hər yarığa görə cərrahi şərtlər dəyişdiyinə görə subqruplara ayırmaq məqsədə uyğundur. Normal bitişmə kəsici dəlikdə (foramen incisivum) göründüyünə görə tasnifat kəsici dəliyə görə aparılır.


İCA (İnternational Cleft lip and palate Assocation) təsnifatı :

  1. Birincili damaq yarıqları (arxa tərəfdə foramen incisivum -la sərhəd):

  1. Dodaq yarıqları:

  • bir tərəfli

  • mərkəzi (qeyri-komplekt və komplekt formaları)

  • ikitərəfli

  1. Alveolyar çıxıntı yarıqları:

  • bir tərəfli

  • mərkəzi (qeyri-komplekt və komplekt formaları)

  • ikitərəfli

  • submukoz yarıqlar

  • kəsici dişlərin olmaması

  1. İkincili damaq yarıqları:

  1. Yumşaq damaq yarıqları

  2. Sərt damaq yarıqları (qeyri-komplekt və komplekt formaları)

  3. Submukoz yarıqları

  1. Mandibulyar yarıqlar:

  1. Alt dodaq yarıqları

  2. Mandibula yarıqları

  3. Alt dodaq sinusları

  1. Nazo-okulyar yarıqlar (Burun qanadından medial kantusa1 qədər gedir).

  2. Oro-okulyar yarıqlar (Ağız bucağından palbebral çökəkliyə qədər gedir).

  3. Oro-aural yarıqlar (Ağız bbucağından qulağa qədər uzanır)2.

Spina adlı alim 1974-cü ildə yuxarıda göstərilən təsnifatı dəyişdirərək sadəşmiş hala gətirmişdir:

I Qrup: Foramen incisivum-un ön tərəfində olan yarıqlar (alveolyar yarığı olan və olmayan dodaq yarığı) - Preinsisiv yarıqlar:

  1. Bir tərəfli (total və hissəvi)

  2. İki tərəfli (total və hissəvi)

  3. Mərkəzi (total və hissəvi)

II Qrup: Foramen incisivum-un ön və arxa tərəfindəki yarıqlar (dodaq, alveol və damaq yarıqları) - Transinsisiv yarıqlar:

  1. Bir tərəfli

  2. İki tərəfli

III Qrup: Foramen incisivum-un arxasında olan yarıqlar:

  1. Total

  2. Hissəvi

IV Qrup: Nadir rast gəlinən fassial yarıqlar.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin