Dodaq yarığı bərpasından sonrakı dövr (xəstəyə nəzarət).
Cərrahi əməliyyatdan sonra dodağın dərisində, tikiş xəttinə bol antibiotik məlhəmi sürtülür və bu, əməliyyatın 5-ci gününə qədər gündə 3 dəfə təkrar olunmalıdır. Bu, burundan gələn seliyin tikiş dəliklərindən yaraya keçməsinin qarşısını alır. Tikişlər əməliyyatdan 5 gün sonra sökülür. Qidalanma qaşıq və ya şırnağ ilə aparılır və xəstə 5-ci gün evə yazılır.
Dodaq yarığı əməliyyatlarının ağırlaşmaları:
Yara infeksiyası
Yaranın açılması və ya çapıq inkişafı
Permaksilla nahiyəsində infeksiya
Premaksillanın geri çəkilməsi (retrusion)
“Fit” deformasiyası
Dodağın vertikal ölçüsünün çox uzun olması
Maksilyar segmentlərin premaksillanın arxasına kollapsı
Dostları ilə paylaş: |