127
lardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqa-
viləsi imzalandı. Lozanna konfransında türk diplomatiyası
böyük uğur qazanaraq öz iradəsini dünyaya qəbul etdirə bildi.
Konfransın qərarlarına görə yeni
Türk dövlətinin beynəlxalq
aləmdə müstəqil, bütün digər dövlətlərlə bərabər bir varlıq
olduğu qətiliklə tanınırdı. Antanta dövlətləri həmçinin kapitul-
yasiyaların və onlara əsaslanan
qeyri-bərabər müqavilələrin
ləğvi ilə razılaşdılar.
Konfransda ən çox mübahisə doğuran məsələ boğazlar
məsələsi olmuşdur. Belə ki, boğazlardan istifadənin bütün döv-
lətlər üçün açıq olması məsələsi
böyük dövlətlər tərəfindən
israrla müdafiə olunurdu. Boğazlara Antanta dövlətlərinin
nəzarəti məsələsinə isə türk tərəfi razı olmurdu.
Sonda qəbul
edilən razılaşmaya görə bütün ölkələrin hərbi gəmiləri istisna
olmaqla digər gəmilərin boğazlardan
sərbəst keçişi təmin
olunurdu. Ankara hökuməti güzəştə getdi və boğazlar üstündə
beynəlxalq nəzarət qoyuldu.
Bu konfrans türk dövlətinin varlığının bütün dünyada bir-
mənalı olaraq qəbul edildiyini göstərirdi. Bu konfransdan sonra
yeni yaradılmış Türkiyə dövləti dünyanın
bütün ölkələri ilə
bərabərhüquqlu münasibətlər yaratmaq imkanı əldə etdi. 13
oktyabr 1923-cü ildə Ankara Böyük Millət Məclisinin qərarı ilə
Türkiyə dövlətinin mərkəzi oldu. 1923-cü il oktyabrın 29-da
TBMM Türkiyəni respublika elan etdi. Bundan sonra respub-
lika prezidentinin seçkisi başlandı.
Ankara millət vəkili Mus-
tafa Kamal paşa yekdilliklə Türkiyə Respublikasının ilk pre-
zidenti oldu.
Dostları ilə paylaş: