84
dələr iştirak edirdi. Qurultayın keçirilməsinə rəsmi razılıq ol-
madığından nümayəndələr gəzinti qayığında toplandılar. Qu-
rultay “Rusiya Müsəlmanları İttifaqı” yaratmağı qərara aldı.
“İttifaqın qarşısında aşağıdakı vəzifələr dururdu:
1. Vahid hərəkat çərçivəsində bütün Rusiya müsəlman-
larının birləşdirilməsi;
2. Bütün millətlərin nümayəndələrinin bərabər surətdə
təmsil olunması əsasında konstitusiyalı monarxiyanın qurul-
ması;
3. Müsəlman və rus əhalisinin
hüquqi cəhətdən bəra-
bərliyi, müsəlmanlara qarşı bütün ayrıseçkilik salan qanunların
və idarəetmə metodlarının ləğv edilməsi;
4. Müsəlmanların mədəni və maarif tərəqqisinə nail
olunması;
“Rusiya Müsəlmanları İttifaqı”nın ikinci qurultayı
1906-cı il yanvarın 15-23-də Peterburqda keçirildi. Mübahisəli
şə
raitdə keçən bu qurultayda İsmayıl bəy Qaspıralı sədr seçilsə
də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy
Topçubaşov sədr seçilmişdi. Nümayəndələr
Əlimərdan bəyin
“İttifaq” üçün hazırladığı layihəni qəbul edib, bəzi çatışmazlıq-
ların gələcək qurultayda aradan qaldırılmasını qərara aldılar.
Bu arada Bakıda “Həyat” qəzeti nəşr olunmağa başlamış və
qurultay haqqında oxuculara ətraflı məlumatlar vermişdi.
“İttifaq”ın üçüncü qurultayı yenə də Nijni-Novqorodda
1906-cı il avqustun 16-21-də olmuşdur. Qurultay Ə.Topçuba-
ş
ovun sədrliyi ilə keçmişdir. Qurultay “İttifaq”ın Rusiyanın bü-
tün müsəlmanlarının mənafeyini
ifadə edən siyasi partiyaya
çevrilməsi haqqında qərar qəbul etdi. Qurultayda eyni zamanda
türk xalqlarının siyasi, iqtisadi və mədəni problemləri müzakirə
edilmişdi. Əsarətdə ömür sürən türklərin öz təşkilatlarını yarat-
dıqlarını görən çar rejimi bu hərəkatı boğmağa, “İttifaq” parti-
yasının fəaliyyət göstərməsinə hər cür maneələr törətməyə baş-
ladı. Stolıpinin irtica rejimi hakimiyyətə gəldikdən sonra
“İttifaq”ın fəaliyyəti tamamilə qadağan edildi.
85
Məğlubiyyətə
baxmayaraq, 1905-1907-ci illər inqila-
bında fəhlə sinfi və kəndlilər öz mübarizəsi ilə çar hökumətini
bəzi güzəştlərə getməyə məcbur etdi. Sənayenin bir sıra
sahələrində əməkhaqqı artırıldı, iş günü qısaldıldı.
Kəndlilər
ödənc əməliyyatlarının ləğv edilməsinə nail oldular. Birinci rus
inqilabı ölkədəki siniflərin və partiyaların mövqeləri arasındakı
fərqi, onların əməli fəaliyyətləri əsasında dəqiq müəyyənləşdir-
di. İnqilab fəhlə və kəndliləri siyasi mübarizəyə cəlb etdi və
onlar üçün mühüm siyasi məktəb oldu.
Bu inqilab məğlu-
biyyətlə nəticələnsə də çar üsul-idarəsini xeyli sarsıtdı. İnqilab
beynəlxalq imperializmin müstəmləkəçilik siyasətinə qarşı
azadlıq hərəkatının başlanmasına da təsir göstərdi.
1905-1907-ci illər inqilabı, mərkəzdə olduğu kimi, milli
ucqarlarda da, o cümlədən türk xalqları yaşayan bölgələrdə də
məğlubiyyətlə nəticələndi. Birinci rus inqilabı zamanı türk
xalqlarının ictimai hərəkatları istər rus,
istərsə də başqa mət-
buat səhifələrində geniş təsir bağışlamışdı.
Dostları ilə paylaş: