Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   2   3   4   5   6   7   8   9   ...   36
86 turk

 
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN YARANMASI. 
TÜRKİYƏ CÜMHURİYYƏTİ 
 XX ƏSRİN 20-80-Cİ İLLƏRİNDƏ 
1. Milli-azadlıq hərəkatı və Türkiyə Cümhuriyyətinin
yaranması...................................................................... 
2. Türkiyə Cümhuriyyəti 20-40-cı illərdə......................... 
3. Türkiyə Cümhuriyyəti 50-80-ci illərdə......................... 
 
 
TÜRK XALQLARI SSRİ-nin TƏRKİBİNDƏ 
1. SSRİ-nin təşkili. 20-30-cu illərdə türk xalqlarının
sosial-iqtisdi vəziyyəti……………………………….... 
2. İkinci Dünya müharibəsi və türk xalqları...................... 
3. Türk xalqları 50-80-ci illərdə......................................... 
 
 
TÜRK DÖVLƏTLƏRİ XX ƏSRİN 90-cı
İ
LLƏRİ-XXI ƏSRİƏVVƏLLƏRİNDƏ 
 
1. Azərbaycan-Türkiyə münasibətləri................................ 
2. Azərbaycan Respublikasının Orta Asiyanın türk
dövlətləri ilə əlaqələri………………………………..... 
3. Türk dövlətləri çoxtərəfli siyasi əlaqələr sistemində..... 
Ə
dəbiyyat siyahısı............................................................ 
 
 
 


5
RUSİYANIN ORTA ASİYANI İŞĞAL ETMƏSİ 
 
1. XIX əsrin birinci yarısında Rusiyanın Orta Asiya
xalqları ilə iqtisadi və siyasi əlaqələri 
Orta Asiya xalqları ictimai-iqtisadi, siyasi və mədəni in-
kişaf səviyyəsinə görə geridə qalırdılar. Özbəklər, qaraqal-
paqlar oturaq həyat tərzinə keçsələr də onlar hələ də köçəri 
maldarlıqdan tamamilə əl çəkməmişdilər. Qazaxlar, qırğızlar 
və türkmənlərin çox hissəsi köçəri idilər. Qazaxıstanın təsər-
rüfat həyatında sənətkarlıq və ticarət də mühüm yer tuturdu. 
Dəri məmulatı, keçəçilik və yun emalı kimi maldarlıqla bağlı 
olan sənət sahələri inkişaf etmişdi. Mübadilə səciyyəsi daşıyan 
ticarət, əsasən yay mövsümündə aullar arasında həyata 
keçirilirdi. Qazax köçlərinin birliyinə aul deyilirdi. Qazaxıstan 
Kokand, Buxara, Xivə xanlıqları ilə ticarət əlaqələri saxlayır, 
maldarlıq məhsulları və mal-qara ixrac edir, əkinçilik məh-
sulları idxal edirdi. Ölkə ərazisinin genişliyi və əlverişli yolla-
rın olmaması daxili və xarici ticarətin inkişafına mane olurdu. 
Ə
halinin əksəriyyətinin köçəri və yarımköçəri həyat tərzi 
keçirməsi, feodal-patriarxal qaydalarının hökmranlığı, juzlar 
arasında iqtisadi əlaqələrin zəifliyi Qazaxıstanda vahid və mər-
kəzləşdirilmiş dövlət yaratmağa imkan vermirdi. Qazaxıstan 
ə
razisinin bir hissəsi - Kiçik və Orta juz XVIII əsrin 30-40-cı 
illərindən Rusiya imperiyasının tərkibinə daxil idi. Qazaxıs-
tanda Kiçik və Orta juz Rusiya tərəfindən işğal edildikdən 
sonra bu ölkə ilə iqtisadi-ticarət əlaqələri genişlənməyə başlan-
mışdı.Yerli sənətkarlıq məhsulları Rusiyadan gətirilmiş ucuz 
mallarla rəqabət apara bilmirdi. Bu da yerli məhsulların qiy-
mətlərinin aşağı düşməsinə səbəb olurdu. Qazaxıstan tədricən 
inkişaf edən rus sənayesi üçün xammal bazasına çevrilirdi. 
Qazaxıstanda xalqın mövcud üsul-idarəyə qarşı etirazları 
getdikcə geniş miqyas alırdı. Çar hökuməti isə juzlara təsirini 
gücləndirirdi. Belə şəraitdə qazaxlar XIX əsrin birinci yarısında 


6
rus müstəmləkəçilərinə qarşı mübarizə aparmışdılar. Lakin on-
ların müstəqillik və siyasi birləşmə uğrunda apardıqları mü-
barizə uğursuzluqla nəticələndi. Qazaxıstanın hələ Rusiyaya 
tabe edilməmiş cənub hissəsi siyasi cəhətdən Orta Asiya xan-
lıqları ilə bağlı idi. Oturaq əhali məskunlaşan bölgələrdə şə-
hərlər də var idi ki, onlar ticarət və sənət mərkəzləri idi. Oturaq 
ə
hali, birinci növbədə özbəklər Orta Asiyanın Buxara, Kokand 
və Xivə xanlıqlarından ibarət olan üç əsas dövlət birləşməsi ya-
ratmışdılar. Bunların hər birində özbəklərdən başqa digər 
millətlərdən olan çoxlu əhali yaşayırdı. 
Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlığı idi. 
Xanlığın əsas ərazisi Fərqanə hövzəsi idi ki, burada özbək, 
tacik və qırğızlar yaşayırdı. Daşkənd bu xanlığın tərkibinə 
daxil idi və əlverişli coğrafi mövqedə yerləşirdi. Əkinçilik və 
köçəri rayonları birləşdirən nöqtədə yerləşən Daşkəndin coğrafi 
mövqeyi qədimdən onun inkişafına əlverişli təsir göstərirdi. 
Orta Asiya ilə Rusiyanın iqtisadi əlaqələrinin inkişafı Daş-
kəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox sərhəd 
məntəqələri uğrunda xanlıqlar arasında uzun sürən müharibələr 
gedirdi. Kokand xanlığında Kokand və Daşkənddən başqa 
ə
halisi ticarət və sənətkarlıqla məşğul olan Əndican, Naman-
qan, Margilan, Xocənt, Çimkənd kimi şəhərlər var idi. 
Buxara xanlığı Kokand xanlığının cənub-qərbində yerlə-
ş
irdi. Buxara xanlığının əsas hissəsini Zərəfşan vadisi təşkil 
edirdi ki, burada özbəklər və qismən taciklər yaşayırdılar. Orta 
Asiyanın qədim mədəni və iqtisadi mərkəzləri olan Buxara və 
Səmərqənd bu xanlığın tərkibinə daxil idi. Buxara xanlığının 
ə
razisində olan şəhərlərdə sənətkarlıq yüksək inkişaf etmiş
pambıq və ipək parçalar toxunur, mis və tuncdan dulusçuluq 
məmulatları və soyuq silah hazırlanırdı. Şəhərlərdə sənətkarlar 
istehsal sahələri üzrə sexlərdə birləşmişdilər. 
Xivə xanlığının torpaqları Amudəryanın aşağı axını bo-
yunda yerləşmişdi. Ərazisinə və əhalisinin sayına görə Xivə 
xanlığı digər xanlıqlardan xeyli kiçik idi. Bu xanlıqlardan 


7
başqa Orta Asiyanın cənub hissəsində bir neçə xırda feodal 
birləşmələri var idi ki, bunlar da gah bu xanlıqların hakimiyyəti 
altına düşür, gah da onlardan ayrılırdılar. Xanlıqlarda yaşayan 
tayfalar arasında daim hərbi toqquşmalar baş verirdi ki, bu da 
xalq kütlələrinin vəziyyətini daha da ağırlaşdırırdı. Vergilərin 
bütün ağırlığı kəndlilərin və sənətkarların üzərinə düşürdü. 
Vergiləri xanın məmurları toplayırdılar. Onlar əhalinin hesa-
bına yaşayır və olmazın özbaşınalıqlar edirdilər. 
XIX əsrin birinci yarısında Orta Asiyanın İran, Əfqanıs-
tan, Çin və Rusiya kimi qonşu ölkələrlə ticarət əlaqələri var idi. 
XIX əsrin 20-40-cı illərində Rusiyanın Orta Asiya xalqları ilə 
ticarəti daha müvəffəqiyyətlə inkişaf edirdi. Rusiya hökumə-
tinin bir sıra tədbirləri buna kömək edirdi. Karvan yolu ilə 
Orenburq və Petropavlovsk, həmçinin karvan və su yolu ilə 
Həştərxan vasitəsilə Orta Asiyadan Rusiyaya yun, quru meyvə, 
pambıq aparılırdı. Qazaxıstandan Orenburqa mal-qara aparı-
lırdı. Rusiya Orta Asiya ilə ticarət əlaqələrini genişləndirmək 
üçün dəmir, polad, mis, çuqun və onlardan hazırlanan məhsul-
ların da xanlıqlara gətirilməsinə icazə vermişdi. Rusiya bazarı 
ilə əlaqələrin genişlənməsi xanlıqlar üçün böyük perspektivlər 
açırdı. 
XIX əsrin birici yarısında Orta Asiya iqtisadi cəhətdən Ru-
siyanın təsiri altına düşmüşdü. Bununla əlaqədar olaraq, tica-
rətin inkişafı və əmtəə-pul münasibətlərinə keçilməsi təsər-
rüfatın natural qapalılığını dağıtmağa başlamışdı. Bu region ilə 
ticarət əlaqələrinin inkişaf etdirilməsində marağı olan çar 
hökuməti rus tacirlərinə himayəçilik edirdi. Rusiya dövləti Orta 
Asiya ilə iqtisadi əlaqələri möhkəmləndirmək və genişlən-
dirmək üçün bir sıra tədbirlər görmüşdü. Belə ki, ticarət yolları 
mühafizə olunur, tacirlərə müəyyən imtiyaz və üstünlüklər ve-
rilir, gömrük haqqının minimuma endirilməsi ticarət əlaqə-
lərinə müsbət təsir göstərirdi. Rusiya Orta Asiya bazarında öz 
mövqeyini möhkəmləndirməyə çalışırdı. Orta Asiya ilə Rusiya 
arasında yerli məhsullarla mal dövriyyəsi getdikcə artırdı.


8
Çarizm Orta Asiyanı zəngin pambıq mənbəyi və rus səna-
yesinin, xüsusilə onun sürətlə inkişaf edən sahələrinin malları 
üçün mühüm bazar kimi qiymətləndirirdi. Orta Asiya bazarının 
Rusiya iqtisadiyyatı üçün belə böyük əhəmiyyətə malik olması 
Rusiyanı Orta Asiyada şəriksiz hökmranlığa can atmağa sövq 
edirdi. Orta Asiya Rusiyanın İran, Əfqanıstan, Hindistan və 
Çinlə ticarət aparmasına imkan yaradırdı. Orta Asiya ilə iq-
tisadi əlaqələrin inkişafından istifadə edən çarizim bu yerlərdə 
müstəmləkə işğallarını genişləndirməyə çalışırdı. Çar Rusi-
yasının hakim dairələri Orta Asiya torpaqları və xalqları 
haqqında öz hərbi-müstəmləkə siyasətini hazırlayıb həyata ke-
çirməyə çalışırdılar. Çar Rusiyasının Orta Asiyaya yiyələn-
məsi, onun geniş işğalçı xarici siyasət planlarının həyata keçi-
rilməsini asanlaşdırmalı idi. Nüfuzlu hərbi və məmur dairələri 
işğal olunacaq ərazilərdə gəlirli və yüksək vəzifələr tutmağı 
arzu edirdilər. 
Çar hökuməti bildirirdi ki, Rusiyanın Orta Asiya ilə 
ticarət əlaqələrinin genişləndirilməsi və təhlükəsizliyin təmin 
edilməsi üçün, ilk növbədə, Xivə xanlığı alınmalıdır. Rusiyanın 
Buxara ilə diplomatik münasibətləri Xivəyə nisbətən daha 
yaxşı idi. Xanlıqlar arasındakı hərbi toqquşmalar zamanı xivə-
lilər rus karvanlarını Buxaraya buraxmamağa çalışırdılar. 
1839-1840-cı illərdə çar I Nikolayın icazəsi ilə Orenburq hərbi 
qubernatoru general V.Perovski Xivəyə yürüş etdi. Lakin ruslar 
iki ay ərzində bütün canlı qüvvələrinin xeyli hissəsini itirərək 
geri qayıtmağa məcbur oldular. Lakin davam etdirilən danı-
ş
ıqlar nəticəsində əldə olunan razılığa əsasən Xivə xanı Ru-
siyaya qarşı düşmənçilik hərəkətlərinə yol verməməyi, ticarət 
karvanlarına hücum etməməyi və rus mallarına qoyulan göm-
rüyü 5 faizə qədər azaldılması təəhüdünü öz üzərinə götürdü.
Rusiya XIX əsrin birinci yarısında Orta Asiya məsələ-
sinə böyük maraq göstərirdi. Rus diplomatlarının fəaliyyət-
lərinin genişlənməsi ilə əlaqədar olaraq xanlıqların iqtisadi və 
siyasi vəziyyəti, Orta Asiyaya gedən karvan yolları hərtərəfli 


9
öyrənilirdi. Bu dövrdə Orta Asiyada mövcud olan vəziyyət çar 
Rusiyası üçün əlverişli idi. Xanlıqlar arasında birlik yox idi və 
hər bir xanlıq digərinin hesabına öz ərazisini genişləndirməyə 
çalışırdı. Kokand xanlığında vəziyyət daha mürəkkəb idi. 
Burada yaşayan xalqlar arasında daim münaqişələr olurdu. 
Feodallar arasında gedən mübarizələr də xanlıq hakimiyyətini 
zəiflədirdi. Rusiya Orta Asiyada mövcud olan xanlıqlar ara-
sındakı daxili çəkişmələrdən istifadə etməklə siyasi əlaqələrini 
genişləndirir, gələcək planlarını həyata keçirmək üçün müvafiq 
tədbirlər proqramı üzrə hərəkət edirdi.
XIX əsrin ortalarında çar hökuməti Orta Asiyaya doğru 
planlı şəkildə irəliləməyə başladı. Bu istiqamətdə çar hökuməti 
Sırdərya çayının mənsəbində bir sıra istehkam və qalaların in-
ş
asına başladı. Rusiyanın Orta Asiya xanlıqları ilə XIX əsrin 
ə
vvəllərindən genişlənən ticarət əlaqələri, eyni zamanda Rusi-
yanın Orta Asiya xalqlarına güclənən siyasi və mədəni təsiri, 
bu ərazini birləşdirməkdə çarizm üçün əlverişli şərait yaratdı. 
Orta Asiya geniş yarımdairə şəklində rus sərhədləri ilə əhatə 
edilmişdi. Rusiyanın Sırdərya boyunca irəliləməsi Cənubi 
Qazaxıstan əhalisi üzərində öz hakimiyyətini itirmək istəməyən 
Kokand xanlığının müqavimətinə səbəb oldu. Rusiyanın hərbi 
dəstələri Kokand qüvvələrini sıxışdırırdılar. Orenburq general-
qubernatoru Perovskinin dəstəsi 1853-cü ilin yayında Sırdərya 
çayı sahilindəki mühüm strateji məntəqə olan Kokand qalasını 
aldı. Kokand xanları həmin qalaya arxalanaraq qazaxların xeyli 
hissəsini uzun müddət özlərinə tabe vəziyyətində saxlamışdılar. 
1854-cü ildə Alma-Ata qəsəbəsinin yerində ruslar tərəfindən 
Vernoye istehkamının təməli qoyuldu ki, bu yer sonralar 
böyüyüb Vernı (Alma-Ata) şəhərinə çevrildi. Semipalatinskdən 
Vernıya qədər Sibir xətti adlanan yeni bir hərbi yol çəkildi. 
1854-cü ildə Rusiyanın hakim dairələri Sırdərya ilə Sibir hərbi 
xətlərini birləşdirmək qərarına gəldilər. Bu xətlərin birləşdi-
rilməsi bütün Qazaxıstanın Rusiya tərkibinə qatılmasına şərait 
yaratmalı idi. Beləliklə, çarizm Orta Asiya xanlıqlarına qarşı 


10
həlledici yürüşlərə hazırlaşırdı. Lakin bu planların həyata 
keçirilməsi bir müddət təxirə salınmalı oldu. Buna səbəb Ru-
siyanın Krım müharibəsində məğlubiyyəti ilə onun beynəlxalq 
vəziyyətinin xeyli zəifləməsi və Rusiyada təhkimçilik hüqu-
qunun ləğv edilməsi ilə bağlı hazırlıq işləri idi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin