Azərbaycan respublikasi təHSİl naz


partiyalarını yaratmağa imkan vermədi



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
86 turk


partiyalarını yaratmağa imkan vermədi.  
1905-1906  illərdəki  inqilabi  hərəkatlar  Orta  Asiyada 
siyasi təşkilatların yaranmasında mühüm rol onamışdı. 1905-ci 
ilin  sonu  və  1906-cı  ilin  əvvəllərində  Orta  Asiyanın  Daşkənd, 
Səmərqənd, Kokand, Əndican kimi şəhərlərində belə təşkilatlar 
qurulmuşdu.  1905-ci  ildən  başlayaraq  “Soldatskiy  listok”,   
“Pravda”  qəzetləri  dərc  olunurdu.  1906-cı  ilin  fevralında  Daş-
kənddə  Türküstan  sosial-demokrat  təşkilatlarının  konfransında 
RSDFP-nin  Türküstan  təşkilatlarının  ittifaqı  yaradıldı.  Konf-
ransın  qərarı  ilə  bu  təşkilat  yerli  fəhlələr  arasında  təbliğat  və 
təşviqatı genişləndirməli idi. 
  1905-ci  ilin  avqustun  15-də  Nijni-Novqorodda  Ə.Top-
çubaşov,  İ.Qaspıralı, Y.Akçura oğlu, F.Kərimi və başqalarının 
təşəbbüsü  ilə  Ümumrusiya  müsəlmanlarının  birinci  qurultayı 
keçirildi. Çar Rusiyası işğalı altında olan türk xalqları ilk dəfə 
olaraq  birlikdə  milli  mübarizəyə  qoşulurdular.  Qurultayda 
Krım, Qafqaz, Kazan, Ural, Orta Asiya və Sibirdən nümayən-


 
84
dələr  iştirak  edirdi.  Qurultayın  keçirilməsinə  rəsmi  razılıq  ol-
madığından  nümayəndələr  gəzinti  qayığında  toplandılar.  Qu-
rultay  “Rusiya  Müsəlmanları  İttifaqı”  yaratmağı  qərara  aldı. 
“İttifaqın qarşısında aşağıdakı vəzifələr dururdu: 
1. Vahid hərəkat çərçivəsində bütün Rusiya müsəlman-
larının birləşdirilməsi; 
2.  Bütün  millətlərin  nümayəndələrinin  bərabər  surətdə 
təmsil  olunması  əsasında  konstitusiyalı  monarxiyanın  qurul-
ması; 
3.  Müsəlman  və  rus  əhalisinin  hüquqi  cəhətdən  bəra-
bərliyi, müsəlmanlara qarşı bütün ayrıseçkilik salan qanunların 
və idarəetmə metodlarının ləğv edilməsi; 
4.  Müsəlmanların  mədəni  və  maarif  tərəqqisinə  nail 
olunması; 
 
“Rusiya  Müsəlmanları  İttifaqı”nın  ikinci  qurultayı 
1906-cı il yanvarın 15-23-də Peterburqda keçirildi. Mübahisəli 
şə
raitdə keçən bu qurultayda İsmayıl bəy Qaspıralı sədr seçilsə 
də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy 
Topçubaşov  sədr  seçilmişdi.  Nümayəndələr  Əlimərdan  bəyin 
“İttifaq” üçün hazırladığı layihəni qəbul edib, bəzi çatışmazlıq-
ların  gələcək  qurultayda  aradan  qaldırılmasını  qərara  aldılar. 
Bu  arada  Bakıda  “Həyat”  qəzeti  nəşr  olunmağa  başlamış  və 
qurultay haqqında oxuculara ətraflı məlumatlar vermişdi.  
 
“İttifaq”ın üçüncü qurultayı  yenə də Nijni-Novqorodda 
1906-cı  il  avqustun  16-21-də  olmuşdur.  Qurultay  Ə.Topçuba-
ş
ovun sədrliyi ilə keçmişdir. Qurultay “İttifaq”ın Rusiyanın bü-
tün  müsəlmanlarının  mənafeyini  ifadə  edən  siyasi  partiyaya 
çevrilməsi haqqında qərar qəbul etdi. Qurultayda eyni zamanda 
türk xalqlarının siyasi, iqtisadi və mədəni problemləri müzakirə 
edilmişdi. Əsarətdə ömür sürən türklərin öz təşkilatlarını yarat-
dıqlarını görən çar rejimi bu hərəkatı boğmağa, “İttifaq” parti-
yasının fəaliyyət göstərməsinə hər cür maneələr törətməyə baş-
ladı.  Stolıpinin  irtica  rejimi  hakimiyyətə  gəldikdən  sonra 
“İttifaq”ın fəaliyyəti tamamilə qadağan edildi. 


 
85
 
Məğlubiyyətə  baxmayaraq,  1905-1907-ci  illər  inqila-
bında fəhlə sinfi və kəndlilər öz mübarizəsi ilə çar hökumətini 
bəzi  güzəştlərə  getməyə  məcbur  etdi.  Sənayenin  bir  sıra 
sahələrində  əməkhaqqı  artırıldı,  iş  günü  qısaldıldı.  Kəndlilər 
ödənc əməliyyatlarının ləğv edilməsinə nail oldular. Birinci rus 
inqilabı ölkədəki siniflərin və partiyaların mövqeləri arasındakı 
fərqi, onların əməli fəaliyyətləri əsasında dəqiq müəyyənləşdir-
di.  İnqilab  fəhlə  və  kəndliləri  siyasi  mübarizəyə  cəlb  etdi  və 
onlar  üçün  mühüm  siyasi  məktəb  oldu.  Bu  inqilab  məğlu-
biyyətlə nəticələnsə də çar üsul-idarəsini xeyli sarsıtdı. İnqilab 
beynəlxalq  imperializmin  müstəmləkəçilik  siyasətinə  qarşı 
azadlıq hərəkatının başlanmasına da təsir göstərdi.    
 
1905-1907-ci illər inqilabı, mərkəzdə olduğu kimi, milli 
ucqarlarda da, o cümlədən türk xalqları yaşayan bölgələrdə də 
məğlubiyyətlə  nəticələndi.  Birinci  rus  inqilabı  zamanı  türk 
xalqlarının  ictimai  hərəkatları  istər  rus,  istərsə  də  başqa  mət-
buat səhifələrində geniş təsir bağışlamışdı.  
 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin