Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
86 turk

3.Türk xalqları yaşayan bölgələrdə Stolıpin aqrar 
islahatının həyata keçirilməsi 
 
  Birinci  rus  inqilabının  qarşısında  duran  əsas  məsələ-
lərdən  biri  də  aqrar  məsələnin  həll  olunması  problemi  idi.  İn-
qilabın  yatırılmasından  sonra  çarizm  bu  problemi  islahatlar 
yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədar-
ların əlində saxlayaraq aqrar böhranın səbəblərini  aradan qal-
dırmağa  çalışırdı.  I  Rusiya  inqilabının  məğlubiyyətlə  nəti-
cələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi 
ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur.  
 
1905-1907-ci  illər  inqilabı  Rusiyada  aqrar  məsələsini 
onun  burjua  inkişafının  milli  xüsusiyyəti  olduğunu  tamamilə 
təsdiq  edərək,  bunu  başlıca  məsələ  kimi  bütün  kəskinliyi  ilə 
irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm 
mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesab-
sız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 
1905-1907-ci  illər  inqilabı  dövründə  kəndli  hərəkatından  qor-
xuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini 
dayandıra  bilən  tədbirlər  görmək  qərarına  gəldilər.  1905-ci  il 
noyabrın  3-də  çar  hökuməti  mülkədarlardan  torpağı  satın  alıb 


 
96
kəndlilərə  satan  Kəndli  torpaq  bankının  fəaliyyətini  genişlən-
dirmək  haqqında  fərman  verdi.  Torpaq  məsələsi  ilə  əlaqədar 
daha  geniş  tədbirlər  işləyib  hazırlamaq  məqsədi    ilə  hökumət 
1906-cı  il  yanvarın  6-da  kəndlilərin  pay  torpaqlarına  malik 
olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlan-
ması  üçün  “xüsusi  müşavirə”  adlanan  bir  müşavirə  çağırdı. 
Müşavirə  zadəganlara  məxsus  torpaq  fondunun  toxunulmaz-
lığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası 
olan  “Birləşmiş  zadəganlar  şurası”nın  xüsusi  sifarişini  yerinə 
yetirdi. Müşavirə mülkədar torpaqlarının onlardan hətta qismən 
alınmasına dair bütün təklifləri rədd etdi və 1906-cı il yanvarın 
25-də  kəndlilərin  öz  icma  torpaqlarından  istifadə  etməsində 
dəyişiklik  haqqında  yekdilliklə  qərar  çıxardı.  Bu  qərarda  de-
yilirdi ki, icma torpağını yenidən dövraşırı bölüşdürməmiş cə-
miyyətdə onun üzvü olan hər bir kəndlinin özünə məxsus icma 
torpaq  payını  xüsusi  mülkiyyətə  çevirməyi  tələb  etməyə  ix-
tiyarı vardı.     
 
Bir  müddətdən  sonra  həmin  qərar  hökumət  tərəfindən 
bəyənildi və o,  Stolıpinin aqrar siyasətinin təməlini qoydu. Bu 
tədbirdə kəndli icma torpaq sahibliyini ləğv etmək və kəndliləri 
öz  pay  torpaqlarının  xüsusi  sahiblərinə  çevirmək  nəzərdə  tu-
tulurdu.  1906-cı  il  martın  4-də  çar  hökuməti  yer  quruluşu  ad-
lanan  komissiyalar  yaratmaq  qərarına  gəldi.  Bu  komissiyalar 
kəndli  torpaq  sahibliyinin  ehtiyaclarını  aydınlaşdırmaqla  məş-
ğ
ul  olmalı,  Kəndli  bankının  əməliyyatlarında  ona  kömək  et-
məli, kəndlilərin bir yerdən başqa  yerə köçürülməsini asanlaş-
dırmalı, dövlət torpaqlarını icarəyə götürməkdə kəndlilərə yar-
dım  göstərməli  idi.  Komissiyalar  pay  torpaqlarından  istifadə 
edilməsinin  ən  yaxşı  üsuluna  və  kənd  icmalarının  daha  xırda 
təsərrüfat vahidlərinə bölünməsinə dair təkliflər verə bilərdilər.     
Komissiyalar  quberniyalarda  və  qəzalarda  yaradılırdı. 
Komissiyalara  quberniyalarda  qubernatorlar,  qəzalarda  isə  za-
dəganların  seçilmiş  nümayəndələri  başçılıq  edirdilər.  Bu  ko-
missiyaların  üzvlərinin  əksəriyyəti  hökumət  orqanları  tərə-


 
97
findən  təyin  olunurdu.  Beləliklə,  hökumət  icma  kəndli  torpaq 
sahibliyinin ləğv edilməsini öz nəzarəti altına alırdı və kəndli-
lərin  özlərinə  məxsus  torpaqları  bölüşdürməsinə  imkan 
vermirdi.  
   1906-cı il iyunun əvvəlində çar hökuməti kəndli icması-
nın  ləğv  edilməsi  və  icma  torpaqlarının  kəndlilərin  şəxsi  mül-
kiyyətinə  çevrilməsi  barədə  öz  təkliflərini  baxılmaq  üçün 
birinci  Dövlət  dumasının  müzakirəsinə  verdi.  Əslində  isə  o, 
istəmirdi  ki,  Duma  onun  təklifini  müzakirə  etsin.  Tezliklə  I 
Duma  buraxıldı  və  icma  kəndli  torpaq  sahibliyindən  xüsusi 
torpaq sahibliyinə keçmək haqqında fərman 1906-cı il noyabrın 
9-da  Dövlət  duması  tərəfindən  təsdiq  edilmədən  elan  olundu. 
Bu fərmana əsasən, icma torpağına sahib olan hər bir kəndliyə 
icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq 
hüququ  verilirdi.  Fərman  mülkiyyətçi  kəndlilərə  köhnə  yerdə 
yaşamaqda  davam  etmək,  yaxud  onlara  mülkiyyət  kimi 
ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda 
kəndlilər otrub, ikinci halda isə xutor sahibləri adlanırdılar. 
  1910-cu il iyunun 14-də II Nikolay Dumanın və Dövlət 
ş
urasının qəbul etdiyi “kəndli torpaq sahibliyinə dair” qanun la-
yihəsini təsdiq etdi. Yeni aqrar qanunu 1906-cı il 9 noyabr fər-
manının prinsiplərini bərqərar edir və icma torpaq sahibliyinin 
ləğv edilməsi üçün daha böyük imkanlar  yaradırdı. 1910-cu il 
qanunu ilə artıq məcburi qaydada bütün icmaçı kəndlilər, əgər 
onların  yaşadığı  icmalarda  ödəncə  keçildiyi  vaxtdan  icma 
torpağı  yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər 
vəziyyətinə  keçirilirdilər.  1911-ci  il  29  may  qanununa  görə 
kəndlilərin icmadan çıxması üçün kəndli yığıncağının razılığını 
almaq  işi  də  xeyli  asanlaşırdı.  İndi  bu  iş  kəndli  yığıncağında 
səslərin üçdə iki hissəsinə əsasən deyil, sadəcə olaraq səs çox-
luğuna əsasən mümkün idi.  
 
Hökumət  yer  quruluşu  komissiyalarından  istifadə  edə-
rək, məcburi qaydada icma kəndli torpaq sahibliyini dağıtmağa 
və  kəndliləri  torpaqdan  yeni  “azad  etmə”  işinə  başladı.  1906-


 
98
1916-cı  illər  ərzində  hökumət  16  milyon  kəndli  həyətindən 
yalnız 2,1-2,3 milyon həyəti, yəni bu həyətlərin hamısının təq-
ribən 14,4 faizini icma sahibliyindən xüsusi mülkiyyətə keçirə 
bildi. Lakin, icmadan ayrılmış kəndlilərin az olmasına baxma-
yaraq,  onların  bir  çoxu  tamamilə  var-yoxdan  çıxdı  və  öz 
torpağını itrdi.    
 
Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətlə mübarizə 
aparırdılar.  Onlar  öz  nümayəndələrini  yer  quruluşu  komissi-
yalarına göndərməkdən imtina edir, kəndlilərin icmadan ayrıl-
ması  üçün  cəmiyyətin  razılığını  vermir,  torpağın  öz  xüsusi 
mülkiyyətinə  keçirilməsi  barədə  ərizə  verən  kəndliləri  təqib 
edir və onları öz ərizələrindən imtina etməyə məcbur edirdilər. 
Hökumət öz siyasətindən əl çəkmək istəmir, kəndlilər isə buna 
kütləvi  etirazla  cavab  verdilər.  Kəndli  hərəkatı  yenidən 
yüksəlməyə başladı.      
 
Çar  hökuməti  kəndlilərin  mübarizəsini  zəiflətmək  və 
müəyyən  mənada  məhdudlaşdırmaq  məqsədilə  Stolıpin  aqrar 
qanunun  qüvvəsini  yalnız  bir  sıra  mərkəzi  quberniyalar  ilıə 
məhdudlaşdırıb,  qeyri  rus  quberniyalarının  əksəriyyətini,  o 
cümlədən Qafqazı, Orta Asiyanı və Volqaboyunun bir sıra böl-
gələrini bu qanunun qüvvəsi dairəsindən çıxardı. Çar hökuməti 
bu  rayonlarda  öz  aqrar  siyasətini  köhnə  torpaq  münasibətləri 
ə
sasında  yeritməkdə  davam  edərək,  rus  kəndlilərini  milli  ra-
yonların kəndlilərindən  ayırmağa  çalışırdı.  Lakin çar hökumə-
tinin bu tədbiri müvəffəqiyyət qazanmadı.       
Rusiyanın ucqarlarında  Stolıpinin aqrar islahatı yarımçıq 
və məhdud şəkildə həyata keşirilirdi. Orta Asiyada kənd icma-
larının  dağılması  nəticəsində  torpaqlar  kəndlilərə  xüsusi  mül-
kiyyət kimi deyil, yalnız müvəqqəti istifadəyə veriliridi. Kəndli 
icmanın  dağılmasından  sonra  torpağın  sahibi  hesab  edilsə  də, 
xüsusi mülkiyyətçi kimi heç bir sənəd almırdı. O, öz torpağını 
yalnız  dövlət  torpaqları  üzərində  hüququ  olan  şəxsə  verə  bi-
lərdi. Orta Asiya, Sibir və digər milli rayonların kəndliləri mər-
kəzi  quberniyaların  kəndlilərinə  nisbətən  daha  məhdud 


 
99
hüquqlar  əldə  etdiklərinə  görə  dəfələrlə  mərkəzi  hökumətə 
ş
ikayət  ərizələri  və  tələblər  göndərmişdilər.  Türk  xalqları  re-
gionlarının  əksəriyyətinin  kəndliləri  də  onlara  ruslarla  eyni 
hüquqların verilməsini tələb edirdilər. 
  Stolıpin aqrar islahatı Volqaboyu, Sibir və Krımda mü-
vəffəqiyyət  qazana  bilmədi.  O,  ucqarlarda  natamam  şəkildə 
həyata  keçirilmişdi.  Məhdudiyyətlər  Sibirdə  daha  çox  nəzərə 
çarpırdı.  Sibir  torpaqları,  o  cümlədən  türklərin  yaşadıqları 
ə
razilər,  yenə  də  əvvəlki  kimi  Dövlətin  mülkiyyəti  olaraq  qa-
lırdı. Volqaboyu ərazilərdə islahat məcburi şəkildə həyata keçi-
rilirdi. Burada islahatdan boyun qaçıran və ona qarşı çıxan hər 
bir şəxs üç ay müddətinə həbs edilməli və ya cərimə olunmalı 
idi. Aqrar islahatın həyata keçirilməsi nəticəsində Krımda pay 
torpaqları daha çox azalmışdı. Bu isə bir tərəfdən yoxsul təsər-
rüfatların  sayının  artmasına,  digər  tərəfdən  isə  muzdlu  əmək-
dən  istifadə  edən  iri  qolçomaq  təsərrüfatlarının  çoxalmasına 
səbəb olurdu.  
  İnqilabdan  əvvəlki  dövrə  nisbətən  çar  hökumətinin 
köçürmə  siyasəti  də  dəyişikliyə  uğradı.  Hökumət,  köçürməni 
məhdudlaşdırmaq siyasətindən kəndlilərin kütləvi surətdə Orta 
Asiya,  Sibir  və  başqa  yerlərə  köçürülməsi  siyasətinə  keçdi. 
Kəndlilərin  köçürülməsi  Stolıpin  aqrar  islahatının  tərkib  his-
səsini  təşkil  edirdi.  Köçürmə  siyasətində  məqsəd,  Rusiyanın 
mərkəzi  quberniyalarında  torpaq  çatışmamazlığını  aradan  qal-
dırmaq,  inqilabi  əhval-ruhiyyədə  olan  kəndliləri  mərkəzdən 
uzaqlaşdıraraq Sibir və Qazaxıstana göndərmək, milli ucqarlar-
da  ruslaşdırma  siyasəti  yeritmək  və  qeyri-rus  xalqları  milli-
müstəmləkə zülmü altında saxlamaq üçün köçürülən ruslardan 
bir  vasitə  kimi  istifadə  etmək  idi.  Orta  Asiya,  Sibir  və  digər 
bölgələrə  köçürülən  kəndlilər  yerli  əhalidən  alınmış  torpaqla 
təmin  edilirdi.  Çar  hökumətinin  köçürmə  siyasətini  həyata 
keçirən  məmurlar  ən  münbit  torpaqları  yerli  əhalidən  alaraq 
onları  qeyri-münbit  torpaqları  çəkilməyə  məcbur  edirdilər.  Bu 
isə bölgələrdə yerli əhalinin üsyanlarına səbəb olurdu. Bu dövr-


 
100
də  Rusiyanın  mərkəzi  quberniyalarında  kəndli  çıxışları  zəif-
lədiyi halda, Orta Asiyada bu hərəkat güclənməkdə idi.  
Çarizmin köçürmə siyasəti də onun özünə qarşı çevrildi. 
Çar  hökuməti  bu  siyasət  nəticəsində  “həm  Rusiyada,  həm  də 
ucqarlarda kəndlilərin narazılığının artmasına və onların vəziy-
yətinin  daha  da  ağırlaşması”na  nail  oldu.  Köçürülənlərin  sayı 
1905-ci  ildə  39  min,  1906-cı  ildə  141  min,  1907-ci  ildə  427 
min, 1908-ci ildə 665 min nəfər idi. Sonra, köçürülənlərin sayı 
xeyli  azalmağa  başladı.  1909-cu  ildə  köçürülənlərin  sayı  619 
min,  1910-cu  ildə  316  min  və  1911-ci  ildə  183  min  nəfər  idi. 
Bununla bərabər, 1910-cu ildən etibarən geri qayıdanların sayı 
sürətlə artdı. Bu, çar hökumətinin köçürmə siyasətinə bağladığı 
bütün ümidlərin boşa çıxması demək idi. 
  Bu  siyasətin  müvəffəqiyyətsizliyinin  iki  başlıca  səbəbi 
var  idi.  Birinci  səbəb  ondan  ibarət  idi  ki,  köçürülənlər  əsasən 
yoxsullar  idi.  Onlar  Orta  Asiyaya,  Sibirə  və  başqa  yerlərə  öz 
vəziyyətlərini  yaxşılaşdırmaq  ümidi  ilə  köçürdülər.  Onlar 
satdıqları torpaqdan və əmlakdan əldə etdikləri az məbləğə və 
dövlətdən aldıqları azacıq pulu yola xərclədiklərindən, köçürül-
dükləri yeni yerdə özlərinə təsərrüfat düzəltmək üçün vəsaitləri 
qalmırdı.  Aldanıb  var-yoxdan  çıxanların  bir  hissəsi  köçürül-
dükləri yerdə varlıların əsarəti altına düşür, köçürülənlərin çox 
hissəsi  isə  peşmançılıqla  öz  köhnə  yurdlarına  qayıdırdı.  İkinci 
səbəb, köçürmə işinin düzgün təşkil edilməməsindən ibarət idi. 
Köçürülənlərdən ötrü çox zaman təsərrüfat üçün yararlı torpaq 
ayırıb vermirdilər. Kifayət qədər borc verilmirdi. Köçürmə si-
yasəti  qarşısında  sırf  siyasi  məqsədlər  qoyan  çar  hökuməti 
onun  iqtisadi  nəticələri  barəsində  düşünmürdü.  Köçürülənlərə 
kömək  göstərilməsinin  təşkili  üçün  geniş  tədbirlər  əsla  görül-
mürdü. Nəticə etibarı ilə köçürülmə siyasəti kütləvi köçürülmə 
rayonlarında  iqtisadi  və  siyasi  vəziyyətin  kəskinləşməsinə 
səbəb oldu. 
Kəndli  bankının  fəaliyyəti  də  müvəffəqiyyətsizliyə  uğ-
radı.  1906-cı  ildən  1916-cı  ilədək  Kəndli  bankı  6,5  milyon 


 
101
desyatin  torpaq  almış  və  kəndlilərə,  başlıca  olaraq  qolçomaq-
lara  təqribən  4,1  milyon  desyatin  torpaq  satmışdı.  Bu  müddət 
içərisində  Bank  torpaqlarında  və  Kəndli  bankının  yardımı  ilə 
alınan  torpaqlarda  280  minədək  otrub  və  xutor  təsərrüfatı 
yaradılmışdı.  Kəndli  torpaq  bankı  torpaqların  satışı  ilə  yanaşı 
onları icarəyə də verirdi. İcarəyə verilmiş torpaqların haqqı ya 
pulla,  ya  da  natura  şəklində  ödənilirdi.  Kazan  quberniyasında 
pulla icarə üstünlük təşkil etmişdi.  
Çar hökuməti müsəlman dininə etiqad edən xalqları təh-
lükəli hesab edirdi, çünki Stolıpinin yazdığı kimi, “gərgin gün-
lərdə qiyamçı Zaqafqaziyanın, zahirən sakit görünən Volqabo-
yunun və narahat Türküstanın özgə xalqları inqilab cəbhəsində 
olacaqlar”. Çarizm müsəlman əhali arasında inqilabi hərəkatın 
qarşısını  almaq  üçün  bütöv  tədbirlər  sistemi  işləyib  hazırladı. 
Bu  tədbirlərdən  ən  başlıcası  “müsəlmanların  xristianlaşdırıl-
ması” deyilən tədbir idi. Hökumət bu məqsədlə Kazanda ruhani 
akademiyası  nəzdində  xüsusi  olaraq  missionerlik  şöbəsi  açdı 
ki, bu şöbə çox keçmədən öz məzunlarının böyük bir qrupunu 
müsəlman  rayonlarına  göndərdi.  Çar  missionerləri  bir  çox 
rayonlarda polis orqanlarının köməyi ilə xristianlığı yayırdılar. 
  Stolıpin  aqrar  islahatı  kənd  təsərrüfatında  kapitalizmin 
inkişafını gücləndirdi. Lakin aqrar islahatlar bütövlükdə höku-
mətin və mülkədarların gözlədikləri nəticələri vermədi. Mülkə-
darlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin 
aqrar  siyasəti  nəticəsində  nəinki  zəifləmədi,  əksinə  gücləndi. 
Çar hökuməti iqtisadi inkişafın və sinfi mübarizənin gedişində 
qarşıya  qoyulmuş  vəzifəni  yerinə  yetirə  bilmədi.  Stolıpin 
islahatı kəndli məsələsini gündəlikdən həll edib  çıxarmadı.  İs-
lahat bütün çətinlikləri və qüsurlarına baxmayaraq türk xalqları 
yaşayan bölgələrdə kapitalizmin inkişafı, bank və maliyyə sis-
teminin  yaranması,  yeni  sənaye  sahələrinin  meydana  gəlməsi, 
burjuaziya və fəhlələrin təşəkkülünə səbəb olmuşdu.    
 
 


 
102

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin