Azərbaycan respublikasi təHSİl naz


 Türk xalqları Birinci Dünya müharib



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
86 turk

4. Türk xalqları Birinci Dünya müharibəsi illərində 
 
 
Birinci  dünya  müharibəsi  böyük  imperialist  dövlətləri 
arasındakı  ziddiyyətlərin  kəskinləşməsi  nəticəsində  baş  verdi. 
İ
mperializm  dövründə  kapitalizmin  qeyri-bərabər  inkişafının 
xüsusilə  güclənməsi  nəticəsində  XX  əsrin  əvvəllərində  böyük 
dövlətlər  arasındakı  ziddiyyətlər  son  dərəcə  kəskinləşdi.  Bu 
ziddiyyətlərin  ən  başlıcası  ingilis-alman  ziddiyyətləri  idi. 
İ
qtisadi inkişaf sürəti cəhətdən İngiltərəni ötüb keçən və dünya 
bazarında  onu  sıxışdıran  Almaniya  Yaxın  və  Orta  Şərqdə, 
həmçinin  Afrikada  geniş  işğalçılıq  siyasəti  apararaq  Britaniya 
müstəmləkə  imperiyasının  bütövlüyünə  təhlükə  törədirdi. 
İ
ngiltərə bütün qüvvəsini Almaniyanın işğalçı siyasətini sarsıt-
mağa  və  öz  müstəmləkə  torpaqlarını,  dənizlərdəki  hökmran-
lığını qoruyub saxlamağa sərf edirdi. 
Fransız-alman  ziddiyyətləri  də  olduqca  mürəkkəbləş-
mişdi. Fransa tərəfi Almaniyanın 1871-ci ildə işğal etdiyi Elzas 
və  Lotaringiyanın  qaytarılmasını  tələb  edirdi.  Fransanın 
Afrikadakı  müstəmləkələri  üstündə  Almaniya  və  Fransa  Afri-
kada da toqquşurdular. 
 Beynəlxalq  münasibətlərdə  bir  tərəfdən  Rusiya,  digər 
tərəfdən  isə  Almaniya  və  Avstriya-Macarıstan  arasındakı  zid-
diyyətlər  də  mühüm  yer  tuturdu.  Çar  Rusiyası  bu  ölkələrlə 
Yaxın  Şərqdə  və  Balkanlarda  toqquşurdu.  Avstriya-Macarıs-
tanın  Balkanlarda  güclənən  işğalçılıq  siyasəti,  burada  Rusiya 
təsirini  tamamilə  sarsıtmaq  təhlükəsi  yaradırdı.  Rusiya  ilə  Al-
maniya arasında ciddi iqtisadi ziddiyyətlər də var idi.  
Başlıca imperialist dövlətləri arasındakı ziddiyyətlər iki 
düşmən  qruplaşmanın  yaranmasına  səbəb  oldu.  Hər  iki  qrup-
laşma  üzvləri  öz  hökmranlığını  möhkəmlətmək  və  xalqları 
ə
sarət  altına  almaq  məqsədi  ilə  dünyanı  yenidən  bölüşdürmək 
planları  hazırlayırdılar.  İmperialist  dövlətlərinin  hazırlıqları 
birinci dünya müharibəsinə gətirib çixartdı.  


 
103
Müharibəni  1914-cü  ilin  avqustunda  Almaniya  başlasa 
da İngiltərə, Rusiya, Fransa da müharibəyə az maraq göstərmir-
dilər.  Birinci  dünya  müharibəsi  müharibə  edən  ölkələrin  iqti-
sadiyyatı qarşısında müstəsna tələblər qoydu. Müharibə, bütün 
iqtisadiyyatı  cəbhənin  ehtiyaclarını  ödəməyə  keçirməyi  tələb 
edirdi. Rusiya öz iqtisadi geriliyi, ictimai və siyasi quruluşunun 
çürüklüyü nəticəsində xüsusilə ağır vəziyyətə düşdü. Rusiyanın 
müharibəyə  hazır  olmaması,  müharibə  başlanan  kimi  birinci 
növbədə özünü silah və  döyüş sursatının çatışmamasında  gös-
tərdi.  Təhlükəli  vəziyyət  yaranmasına  baxmayaraq,  çar  hö-
kuməti  hərbi  istehsalın  genişləndirilməsi  üçün  uzun  müddət 
ciddi tədbirlər görmədi. Çar hökuməti hələ müharibədən əvvəl 
hərbi məhsul istehsal edən iri xüsusi müəssisələrə top və mərmi 
sifarişi verməklə kifayətləndi.  
Müharibə  Rusiyanın  onsuzda  geridə  qalmış  iqtisadiyya-
tını  bərbad  hala  saldı.  15  milyona  qədər  fəhlə  və  kəndli  cəb-
həyə  çağırıldığı  üçün  təsərrüfatdan  ayrılmışdı.  Cəbhəyə  gedən 
fəhlələri qadınlar və yeniyetmələr əvəz etmişdilər. İş şəraiti də 
pisləşmişdi. İş vaxtından çox, istirahət günləri və gecələr işlə-
mək qanuni hala çevrilmişdi. Kənddə də vəziyyət ağırlaşmışdı.  
Müharibənin  elə  ilk  günlərindən  nəqliyyat,  birinci  növ-
bədə dəmiryol nəqliyyatı ağır vəziyyətə düşdü. Dəmiryol tikin-
tisi  demək  olar  ki,  dayandırıldı.  Dəmiryollarında  vaqonlar  və 
parovozlar  çatışmırdı.  Dəmiryol  nəqliyyatı  yük  daşımaları  hə-
yata  keçirə  bilmirdi.  1916-cı  ildə  nəqliyyat  ordu  üçün  ərzaq 
daşınmasını  ancaq  əlli  faiz  yerinə  yetirdi.  Müharibə  illərində 
kənd təsərrüfatında da vəziyyət çox ağır oldu. Ən çox iş qabi-
liyyətli kənd  əhalisinin orduya səfərbər  edilməsi kənd təsərrü-
fatının kəskin tənəzzülünə səbəb oldu. 1914-cü ildə əkilmiş tar-
laların  20  faizindən,  1916-cı  ildə  isə  əkilmiş  tarlaların  15  fai-
zindən  taxıl  yığılmadı.  1915-ci  ildə  Rusiyada  ümumi  taxıl 
yığımı  1913-cü  ildəkinə  nisbətən  20  faiz,  1916-cı  ildə  isə  30 
faiz azaldı. 1916-cı ilin sonlarına yaxın Rusiya dərin təsərrüfat 
böhranı keçirirdi. Sənaye, kənd təsərrüfatı və nəqliyyat bərbad 


 
104
hala  düşmüşdü.  Müharibə  edən  ölkələrin  heç  birində  dağıntı 
Rusiyadakı  kimi  deyildi.  Müharibə  dövründə  İngiltərə  öz  sər-
vətinin 15 faizini itrdiyi halda, çar Rusiyasının itkisi 60 faiz idi. 
Birinci dünya müharibəsi Rusiyanın milli ucqarlarının da 
iqtisadiyyatını  səfərbər  etmişdi.  Sənayenin  bir  çox  sahələri 
cəbhə  üçün  işləyirdi.  Müharibə  başlayandan  sonra  kəndlilərin 
vəziyyəti    daha  da  ağırlaşmışdı.  Rusiya  hökuməti  cəbhə  üçün 
vacib olan xammal və sənaye məhsullarının daşınmasını möh-
kəmləndirmək  üçün  bir  sıra  tədbirlər  görmüşdü.  1916-cı  ilin 
aprelində  Fərqanə  dəmiryolu  istifadəyə  verilmişdi.  Yeni  se-
ment  və  pambıqtəmizləmə  zavodları  işə  salınmışdı.  Müharibə 
şə
raitində başqa kənd təsərrüfatı bitkiləri əvəzinə yalnız cəbhə-
ni toxuculuq məmulatı ilə təchiz etmək üçün pambıq əkilməsi 
xalq  kütlələrinin  narazılığına  səbəb  oldu.  1916-cı  ilin  payızın-
dan  başlayaraq  kənd  təsərrüfatının  bütün  sahələrində  tənəzzül 
baş  vermişdi.  1917-ci  ildən  etibarən  həm  sənaye  və  həm  də 
kənd  təsərrüfatı  sahələri  böhran  keçirirdi.  Çələkən  adasında 
neft  hasilatı  10  dəfə  azalmışdı.  Duz,daş  kömür  çıxarılması  da 
dayanmaqda idi. Yun və boyaq məhsullarının olmaması nəticə-
sində  xalça  istehsalı  azalmışdı.  Ölkədə  maliyyə  böhranı  tə-
minatsız istiqrazların buraxılmasını artırmışdı.  
Orta  Asiya  əhalisinin  sosial-iqtisadi  vəziyyəti  xeyli  ağır-
laşmışdı. Ölkənin təsərrüfatına dağıdıcı təsir göstərən müharibə 
bu regionun sosial-iqtisadi problemlərini daha da kəskinləşdir-
mişdi.  Türküstanda  1913-cü  ilə  nisbətən  1916-cı  ildə  sənaye 
məhsullarının qiyməti 4 dəfə artmışdı. Çoxişlənən, tələbat mal-
larını  tapmaq  çətinləşmişdi.  1916-cı  ilin  payızında  şəhərlərdə 
yoxsulluq  son  həddə  çatmışdı.  Kəndlilərdən  alınan  müxtəlif 
vergilər getdikcə artırılırdı. Əhalinin ən çox narazılığına səbəb 
olan, etiraz doğuran hərbi istiqrazların yayılması və müharibəni 
“qələbə  ilə  sona  çatdırmaq”  naminə  tez-tez  pul  və  əşya  ianəsi 
toplanması idi. 
 
Müharibə  illərində  Tatarıstanın  sənaye  müəsissələrinin 
çoxu  cəbhə  üçün  işləyirdi.  Ordunu  təchiz  etmək  və  geyim 


 
105
hazırlamaq  üçün  toxuculuq  məmulatı  istehsalı  xeyli  geniş-
ləndirilmişdi. Kazan şəhərindəki ən iri gön-dəri fabriki daha da 
böyüdülmüşdü.  Tatarıstan  sənayesinin  hərbiləşdirilməsində 
1915-ci ildə yaradılmış Kazan hərbi-sənaye komitəsinin böyük 
rolu  olmuşdu.  Onun  köməyilə  sahibkarlar  əlverişli  hərbi  si-
farişləri  yerinə  yetirmək  üçün  müqavilələr  bağlamışdılar. 
Müharibə  bütövlükdə  Tatarıstanın  sənayesinə  də  mənfi  təsir 
göstərmişdi.  İxtisaslı  fəhlələrin  çatışmaması,  istehsalda  əmək 
məhsuldarlığını  aşağı  salmış  və  məhsulun  keyfiyyətini  pisləş-
dirmişdi.  Orta  və  xırda  müəssisələrin  çoxu  istehsalı  ya  ixtisar 
etmiş və  ya da dayandırmışdı. Cəbhə üçün işləyən bəzi müəs-
sisələr də məhsul istehsalını ixtisar etməyə başlamışdılar. Mü-
haribə  illərində  Tatarıstanda  əkin  sahələri  də  xeyli  azalmış  və 
məhsuldarlıq  aşağı  düşmüşdü.  Kənd  təsərrüfatı  alətləri  və  iş 
heyvanı çatışmırdı.  
 
Müharibənin  birinci  ilindən  Başqırdıstanda  sənaye 
müəssisələrinin  xeyli  hissəsi  hərbi  sursat  istehsalına  keçmişdi. 
Dövlətə məxsus müəssisələr çuqun, polad, top mərmiləri, silah 
istehsal  edirdilər.  Başqırdıstanda  daş  kömür  çıxarılması  xeyli 
artmışdı.  Burada  dağ-mədən,  metallurgiya  sənayesində  müha-
ribənin  yaratdığı  canlanma  1916-cı  ilin  payızına  qədər  davam 
etmişdir. Bundan sonra ölkıdə baş verən təsərüüfat dağıntısının 
təsiri altında sənaye məhsullarının azalması prosesi başlamışdı. 
Kişilərin  cəbhəyə  səfərbərliyə  alınması  və  atların  müsadirə 
edilməsi  yüzlərlə  ailəni  işçi  qüvvəsi  və  qoşqu  heyvanından 
məhrum etmişdi. 1917-ci ildə atı və inəyi olmayan kəndli təsər-
rüfatları bütün təsərrüfatların 30 faizini təşkil edirdi. Başqa böl-
gələrdə olduğu kimi burada da əhalinin sosial-iqtisadi vəziyyəti 
xeyli  pisləşmişdi.  Müharibə  nəticəsində  meydana  çıxan  çətin-
liklərlə  bağlı  ən  zəruri  məhsulların  qiyməti  artmağa  başladığı 
halda, fəhlələrin real əmək haqqı azalırdı.   
 
Müharibə  illərində  Krım  bilavasitə  döyüş  zonasında 
yerləşirdi.  Düşmənin  hərbi  gəmiləri  yarımadanı  hətta  yaşayış 
məntəqələrini  dəfələrlə  artileriya  atəşinə  tutmuşdular.  Mühari-


 
106
bə  başlayandan  az  sonra,  burada  da  ərzaq  məhsullarının,  xü-
susən çörəyin qiyməti 3, ətin qiyməti 4,5, yağın qiyməti  5, kar-
tofun qiyməti isə 10 dəfə artmışdı. Əsgərlərin və hərbi yüklərin 
birinci  növbədə  daşınması  ilə  əlaqədar  olaraq  sənaye  müəs-
sisələri  xammal  və  yanacaq,əhali  isə  yaşayış  üçün  zəruri  olan 
məhsulları  ala  bilmirdi.  Ölkədə  işsizlər  ordusu  yaranmışdı. 
1916-cı  ildən  isə  şəhər  və  fəhlə  qəsəbələrində  zəruri  ərzaq 
məhsulları kartoçka sistemi ilə verilirdi. Tibbi yardım və sosial 
qayğı olduqca aşağı səviyyədə idi. Müharibənin bütün ağırlığı 
xalqın üzərinə düşürdü. Amansız milli-müstəmləkə zülmü, çar 
məmurlarının zorakılığı  və özbaşınalığı, müharibənin  gətirdiyi 
səfalətlər  kəndliləri  tamamilə  müflisləşdirir  və  onları  dilənçi 
kökünə salırdı.    
 
 Müharibə Sibirin iqtisadiyyatına da mənfi təsir göstər-
mişdi. Sibirin də fabrik və zavodlarının çoxu cəbhə üçün işlə-
yirdi. Cəbhənin tələbatı, sənaye üçün həlledici əhəmiyyət kəsb 
etdi. Sənayenin hərbi istehsala keçməsi, “dinc” istehsal deyilən 
sənaye  sahələrinin  azalması  ilə  bir  vaxtda  baş  verirdi.  Sənaye 
birtərəfli,  hərbi  istiqamətdə  inkişaf  edirdi.  Müharibə  Sibirdə 
sosial-iqtisadi problemlər də  yaratmışdı. Əmək qabiliyyətli in-
sanların  müharibəyə  getməsi  ailələrin  ciddi  çətinliklərlə  qarşı-
laşmasına səbəb olurdu. Kənd təsərrüfatında vəziyyət daha pis 
idi.  Əkilməyən  torpaq  sahələri  artır,  məhsuldarlıq  aşağı  dü-
ş
ürdü.  Çoxişlənən,  gündəlik  tələbat  məhsulları  tapılmır,  möh-
təkirlik  artırdı.  Kəndlilərdən  alınan  müxtəlif  vergilər  getdikcə 
artırılırdı.  Kəndli  təsərrüfatının  var-yoxdan  çıxması  prosesi 
güclənirdi.     
Rusiya  dövləti  müsəlman  xalqlarına  etibar  etmədiyinə 
görə,  gəncləri  əsgərliyə  çağırmırdı.  Çar  hökuməti  onlara  silah 
verməkdən ehtiyyat edirdi. Müsəlmanların orduya səfərbərliyə 
alınmaması  həm  də  bu  xalqların  hərb  sənətinə  yiyələnməməsi  
məqsədini  güdürdü.  Lakin  müsəlmanların  orduya  çağırılma-
ması    müqabilində  onlardan  xüsusi  vergi  alınırdı.  1916-cı  ilin 
15 iyun tarixli çar fərmanı ilə “özgə xalqlardan olan” vətəndaş-


 
107
lar müharibə ilə əlaqəli işlərə səfərbərliyə alındı. Bunu nəticə-
sində əmək qabiliyyətli əhali təsərrüfatdan ayrılaraq arxa cəbhə 
işlərinə  cəlb  olundu.  Bu  da  öz  növbəsində  xalq  təsərrüfatı 
sahələrində işləyənlərin sayını azaltmışdı. Kənd təsərrüfatı tex-
nikası  və  iş  heyvanları  çatışmırdı.  İş  heyvanlarının  çoxu,  xü-
susilə atlar cəbhə üçün səfərbər edilmişdi. Mal-qaranın sayı da 
azalmışdı.  
 
Müharibə milli-müstəmləkə zülmünü gücləndirib, məz-
lum xalqlara yeni əzab və işgəncələr gətirdi. 1916-cı ildə Orta 
Asiyada  çar  zülmünə  qarşı  milli  azadlıq  uğrunda  üsyanlar  baş 
verdi.  Qanuna  görə  orduya  səfərbərliyə  alınmamalı  olan  yerli 
ə
halinin  cəbhəyə  yaxın  yerlərdə  arxada  işləməyə  səfərbərliyə 
alınması  haqqında  1916-cı  il  25  iyun  tarixli  fərman  üsyanlara 
səbəb oldu. Belə ki, çağırış zamanı çoxlu sui-istifadəyə yol ve-
rilirdi.  Məmurlar  rüşvət  alaraq  varlı  çağırışçıları  azad  edir  və 
onların əvzinə çağırışçıların siyahısına çağırış yaşına çatmamış 
yoxsulları  daxil  edirdilər.  Çar  məmurlarının  bu  siyasəti  yerli 
ə
halinin narazılığına səbəb olurdu.   
1916-cı ilin iyulun 4-də Türküstanın Xocənt şəhərində sə-
fərbərlik əleyhinə üsyan  başlandı. Az sonra  Daşkənd, Səmər-
qənd, Kokand və Əndican əhalisi də üsyançılara qoşuldu. Av-
qustda Krasnovodsk qəzasında türkmənlər üsyan etdilər. Üsyan 
qaldırmış qırğızlar Prjevalsk və Tokmak şəhərlərini mühasirəyə 
aldilar.  Milli  burjuaziyanın  bəzi  nümayəndələri  isə  Rusiyanın 
ə
leyhinə  çıxaraq  Türküstandan  rusların  çıxıb  getmələrini  istə-
yirdilər.  Onlar  üsyançılarla  həmrəy  olaraq  əsasən  xan,  bəy  və 
din  xadimlərinin  mövqeyini  möhkəmləndirməyə  çalışırdılar. 
Özbək,  türkmən  və  qırğızların  zəif  təşkil  edilən,  aydın  proq-
ramı olmayan hərəkatı uzun sürə bilmədi. Onlar arasında hərə-
katın zəifliyinin səbəblərindən biri də o idi ki, çıxışlar bir-biri 
ilə əlaqələndirilmirdi. Üsyanların yatırılmasında Türküstan ge-
neral-qubernatoru  Kuropatkin  özünün  qəddarlığı  ilə  seçildi. 
Nəhayət,  rus  burjuaziyası  başa  düşdü  ki,  ucqarlarda  fəhlələrin 
və  kəndlilərin  səfərbərliyinin  keçirilməsi  ancaq  vəziyyəti 


 
108
gərginləşdirir.  1916-cı  il  iyulun  24-də  Dövlət  dumasının  üzvü 
Kerenski  Dumanın  adından  Ali  Baş  Komandanlığın  Qərargah 
rəisi general Alekseyevə göndərdiyi teleqramda pambıq yığımı 
mövsümü  qurtarana  qədər  çağırışı  dayandırmaq  göstərilirdi. 
Baş  Qərargahın  iclasında  ucqarlarda  səfərbərliyin  məhsul 
yığımı mövsümü qurtarana qədər təxirə salınması qərara alındı. 
Orduya  səfərbərlik  1916-cı  ilin  payızında  başlandı  və  dekab-
rında qurtardı. 
Çarizmin  milli-müstəmləkə  siyasətinə  və  yerli  hakim 
dairələrə  qarşı  üsyan  Qazaxıstanın  Turqay  vilayətində  daha 
ciddi  şəkil  almışdı.  Turqay  vilayətində  baş  vermiş  üsyana 
Amangəldi  İmanov başçılıq edirdi.  Üsyanda 50 min nəfərdən 
çox  insan  iştirak  edirdi.  İstər  canlı  qüvvə  və  istərsə  də  silah 
cəhətdən  yaxşı  təchiz  olunmamalarına  baxmayaraq  Amangəl-
dinin dəstələri müvəffəqiyyətlə döyüşürdülər. Üsyançılar polis 
məntəqəsi  binalarını  dağıdır,  çağırışçı  siyahılarını,  çarın  şə-
killərini  cırıb  məhv  edir,  yerli  hökumət  orqanları  nümayəndə-
lərini  öldürür  və  çar  qoşunu  cəza  dəstələrinə  hücum  edirdilər. 
Cəza  dəstələri  toplardan  istifadə  edib  üsyanı  vəhşicəsinə  ya-
tırdırdı.  Yerli  məmurlar  və  feodal  hakim  dairələr  üsyançıları 
çar  fərmanına  tabe  olmağa  çağırır,  üsyanın  yatırılmasına  kö-
mək edirdilər. 1917-ci il  fevralın 24-də qanlı döyüşdən sonra 
üsyançı  dəstələr  döyüşədöyüşə  geriyə-səhraya  çəkildilər. 
Amangəldinin başçılıq etdiyi üsyan məğlub olsa da milli azad-
lıq hərəkatı mütləqiyyətə ağır zərbələr vurdu. 
Orta Asiyanın bəzi rayonlarda yerli feodallar xalq hərə-
katından  öz  mənafeləri  üçün  istifadə  etmək  istəyirdilər.  Türk-
mənistanın  Təcən  qəzasında,  Şimali  Qırğızıstanın  bəzi  rayon-
larında,  Özbəkistanın  Cizək  qəzasında  xarici  dövlətlərin  ca-
susları ilə əlaqədar olan  yerli feodal əyanlar üsyana rəhbərliyi 
öz  əllərinə  keçirmişdilər.  Onlar  üsyançıları  rus  kəndlərinə 
basqın etməyə və heç bir günahı olmayan adamları öldürməyə 
təhrik edirdilər. Lakin hərəkat rayonların böyük əksəriyyətində 


 
109
milli-azadlıq  xarakteri  daşıyırdı,  hərəkatda  rus  fəhlələri  və 
yoxsul kəndlilər iştirak edirdilər. 
Beləliklə, birinci dünya müharibəsi dövründə, bütün ölkə-
də  olduğu  kimi,  türk  xalqları  yaşayan  bölgələrdə  də  əhalinin 
müflisləşməsi və onların ehtiyacının artması sosial-iqtisadi zid-
diyyətləri  kəskinləşdirdi.  Orta  Asiyada  baş  vermiş  üsyanlar 
müharibənin  törətdiyi  inqilabi  böhranın  güclənməsinə  təsir 
etmişdi. 
 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin