Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
86 turk


partiyasını yaratdılar.  
Türkiyə  xalqının  milli-azadlıq  mübarizəsinin  qələbəsi 
Antanta  dövlətlərinin  planlarını  boşa  çıxardığı  üçün  onlar 
Lozanna  konfransını  çağırmağa  məcbur  olmuşdular.  Lozanna 
sülh  konfransı  1922-ci  il  noyabrın  20-də  İsveçrənin  Lozanna 
şə
hərində  açıldı.  İki  aydan  artıq  davam  edən  müzakirələrdən 
sonra Lozanna konfransında əsas məsələlər üzrə razılığa gəlin-
mədiyi üçün 1923-cü il fevralın 4-də konfrans işini dayandırdı. 
Konfransın  ikinci  sessiyası  öz  işinə  1923-cü  il  aprelin  23-də 
başladı.  Antanta  dövlətləri  ilə  Türkiyə  arasında  uzun  danışıq-


 
127
lardan  sonra  1923-cü  il  iyulun  24-də  Lozannada  sülh  müqa-
viləsi  imzalandı.  Lozanna  konfransında  türk  diplomatiyası 
böyük uğur qazanaraq öz iradəsini dünyaya qəbul etdirə bildi. 
Konfransın  qərarlarına  görə  yeni  Türk  dövlətinin  beynəlxalq 
aləmdə  müstəqil,  bütün  digər  dövlətlərlə  bərabər  bir  varlıq 
olduğu qətiliklə tanınırdı. Antanta dövlətləri həmçinin kapitul-
yasiyaların  və  onlara  əsaslanan  qeyri-bərabər  müqavilələrin 
ləğvi ilə razılaşdılar.   
Konfransda  ən  çox  mübahisə  doğuran  məsələ  boğazlar 
məsələsi olmuşdur. Belə ki, boğazlardan istifadənin bütün döv-
lətlər  üçün  açıq  olması  məsələsi  böyük  dövlətlər  tərəfindən 
israrla  müdafiə  olunurdu.  Boğazlara  Antanta  dövlətlərinin 
nəzarəti  məsələsinə  isə  türk  tərəfi  razı  olmurdu.  Sonda  qəbul 
edilən  razılaşmaya  görə  bütün  ölkələrin  hərbi  gəmiləri  istisna 
olmaqla  digər  gəmilərin  boğazlardan  sərbəst  keçişi  təmin 
olunurdu. Ankara hökuməti güzəştə getdi və boğazlar üstündə 
beynəlxalq nəzarət qoyuldu. 
Bu  konfrans  türk  dövlətinin  varlığının  bütün  dünyada  bir-
mənalı olaraq qəbul edildiyini göstərirdi. Bu konfransdan sonra 
yeni  yaradılmış  Türkiyə  dövləti  dünyanın  bütün  ölkələri  ilə 
bərabərhüquqlu  münasibətlər  yaratmaq  imkanı  əldə  etdi.  13 
oktyabr 1923-cü ildə Ankara Böyük Millət Məclisinin qərarı ilə 
Türkiyə  dövlətinin  mərkəzi  oldu.  1923-cü  il  oktyabrın  29-da 
TBMM  Türkiyəni  respublika  elan  etdi.  Bundan  sonra  respub-
lika  prezidentinin  seçkisi  başlandı.  Ankara  millət  vəkili  Mus-
tafa  Kamal  paşa  yekdilliklə  Türkiyə  Respublikasının  ilk  pre-
zidenti oldu.  
 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin