partiyalar və digər ictimai təşkilatlar ləğv edilmiş, ölkənin yeni
konstitusiyası və bir sıra yeni qanunlar qəbul olunmuş, Türkiyə
cəmiyyətinin siyasi quruluşunda ciddi dəyişikliklər baş ver-
mişdir.
Hərbi rəhbərlik Türkiyənin bağladığı bütün müqavilə və
sazişlərə, o cümlədən NATO-ya sədaqətli qaldığını, eyni za-
manda başda qonşu dövlətlər olmaqla bütün ölkələrlə hərtərəfli
ə
məkdaşlığı inkişaf etdirəcəyini bildirirdi. ABŞ ilə münasi-
142
bətlər istər NATO çərçivəsində, istərsə də ikitərəfli qaydada
inkişaf etməkdə idi. 29 noyabr 1982-ci ildə iki dövlət arasında
“Qarşılıqlı anlaşma haqqında memorandum”un imzalanması
Türkiyə-ABŞ yaxınlaşmasının yeni bir göstəricisi oldu. Sovet
dövləti ilə münasibətlər sovet qoşunlarının Əfqanıstanı işğal
etməsi, eləcə də bu dövlətin Türkiyədəki bəzi separatçı qüvvə-
ləri dəstəkləməsi, hətta təşkilatlandırması və silahlandırması
səbəbindən xeyli sərinləşsə də Ulusu hökuməti qonşu döv-
lətlərlə münasibətlərdə olan gərginliklərin aradan qaldırılma-
sına cəhd göstərdi.
ABŞ-ın rəsmi dairələri Türkiyədəki bu dövlət çevrilişini
razılıqla qarşıladılar, ona tərəfdar olub kömək edəcəklərini bil-
dirdilər. NATO da bu işə müsbət münasibətdə olduğunu bil-
dirdi. Lakin bəzi Avropa dövlətləri hərbi diktatura yaradılması
ilə əlaqədar Türkiyə demokratiyasının taleyi üçün narahat
olduqlarını bildirdilər.
MTŞ-nin qərarı ilə ictimai təşkilatların fəaliyyətinin qa-
dağan olunması barədəki göstəriş müəyyən qədər götürüldü və
beləliklə də ictimaiyyətin nüfuzlu dairələrinin konstitusiya layi-
həsinin hazırlanmasında iştirak etmələri üçün şərait yaradılmış
oldu. Yeni konstitusiya ətrafında Türkiyə mətbuatında geniş
diskussiya başlandı. 1982-ci il konstitusiyasının hazırlanma-
sında siyasi partiyalar iştirak etmədilər. 1982-ci il konstitu-
siyası 1924 və 1961-ci il konstitusiyaları ilə müqayisədə güclü
dövlət və nüfuzlu hakimiyyət olması məsələsinə daha çox
ə
həmiyyət verirdi.
1983-cü ilin aprelində qəbul olunmuş siyasi partiyalar haq-
qında qanun MTŞ-nin fəaliyyətinə qarşı partiyaların çıxış
etmələrini qadağan edirdi. Partiyalara həmçinin dindən siyasi
məqsədlər üçün istifadə etmək qadağan edilirdi. Həmin qanuna
ə
sasən partiyalar xarici təşkilatlardan hər hansı bir kömək ala
bilməzdilər. Partiyaların bütün işi və onların təbliğat fəaliyyəti
ancaq türk dilində olmalı idi. MTŞ partiyaların siyasi fəaliy-
143
yətinin qadağan olunması barədəki qanunun da 1983-cü il
aprelin 24-də ləğv olunması barədə qərar qəbul etdi.