Azərbaycan respublikasi təHSİl naz


Partiyaların  yenidən  fəaliyyətə  başlamalarına  icazə  veril-



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   24   25   26   27   28   29   30   31   ...   40
86 turk


Partiyaların  yenidən  fəaliyyətə  başlamalarına  icazə  veril-
məsi  Türkiyənin  siyasi  həyatında  çox  mühüm  hadisə  idi  və  o, 
ölkədə  çox  böyük  siyasi  fəallığa  səbəb  oldu.  Yeni  yaranmış 
partiyalar  içərisində  hərbçilərin  ümid  bəslədiyi  partiya  MDP 
idi.  Hərbçilər  öz  siyasi  arzularının  bu  partiya  tərəfindən  real-
laşacağına  inanırdılar.  Bu  partiyanın  yaradıcısı  istefada  olan 
general Turqut Sunalp idi. 1983-cü il mayın 20-də Ana Vətən 
Partiyası fəaliyyətə başladı. Bu partiyanın başçısı Turqut Özal 
oldu.  Parlament  seçkiləri  ərəfəsində  10-dan  çox  siyasi  partiya 
fəaliyyətə  başladı.  1983-cü  il  noyabrın  6-da  keçirilmiş  par-
lament seçkilərində Ana Vətən Partiyası səslərin 45 faizdən ço-
xunu topladı. Turqut Özalın başçılığı ilə hökumət təşkil olundu.  
Tədqiqatçıların  yekdil  fikrinə  görə  həmin  vaxtdan  Türkiyə 
həyatının  müxtəlif  sahələrində  yeni  bir  inkişaf  mərhələsi  baş-
ladı  ki,  tarixi  ədəbiyyatda  bu  liberal  dəyişikliklər  dövrü  kimi 
xarakterizə  olunur.  İstər  siyasi  həyatda,  istərsə  də  iqtisadi 
həyatda  liberal  dəyərlərə  üstünlük  verilməsi  Ana  Vətən  Par-
tiyasının  dönməz  fəaliyyət  kursu  oldu.  80-ci  illərdə  daxili  si-
yasi  həyatın  demokratikləşdirilməsi,  növbəti  parlament  seçki-
lərinin  demokratik  təməllər  əsasında  keçirilməsi,  mülki  haki-
miyyətin  daha  da  gücləndirilməsi  sahəsində  görülən  tədbirlər 
Özal hakimiyyətinin başlıca uğurları sayılır. Məhz bu səbəblərə 
görə Turqut Özal az bir zamanda istər ölkə daxilində, istərsə də 
ölkə  xaricində  öz  sözü  və  nüfuzu  olan  bir  baş  nazir  kimi 
tanındı. 
Ölkə  hərbi  üsul  idarədən  uzaqlaşdıqca  1982-ci  il  konstitu-
siyasına yenidən baxılmasına zəruriyyət yaranırdı. 1986-cı ilin 
aprelində Turqut Özalın təklifi ilə keçmiş siyasi liderlərin üzə-
rindəki  qadağalar  götürüldü.  Siyasi  qadağaların  ləğvi  imkan 
verdi  ki,  hərbi  çevrilişdən  əvvəl  partiya  başçıları  olan  siyasi 
liderlər  açıq  mübarizəyə  qoşulsunlar.  Yaranmış  şəraitlə  bağlı 
olaraq Ana Vətən Partiyası parlamentə vaxtından əvvəl seçkilər 


 
144
keçirilməsinə qərar verdi. TBMM və ölkə prezidenti bu təklifi 
dəstəklədilər. Seçkilər 1987-ci ilin noyabrına təyin olundu.  
AVP  seçki  qabağı  təbliğat  mərhələsini  yüksək  səviyyədə 
həyata  keçirdi.  Təbliğat  gedişində  daim  diqqət  mərkəzində 
duran  məsələ  iqtisadiyyatda  qazanılmış  nailiyyətlər  idi.  Bu 
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin