Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   2   3   4   5   6   7   8   9   ...   40
86 turk

LLƏRİ-XXI ƏSRİƏVVƏLLƏRİNDƏ 
 
1. Azərbaycan-Türkiyə münasibətləri................................ 
2. Azərbaycan Respublikasının Orta Asiyanın türk  
    dövlətləri ilə əlaqələri………………………………..... 
3. Türk dövlətləri çoxtərəfli siyasi əlaqələr sistemində..... 
 
Ə
dəbiyyat siyahısı............................................................ 
 
 
 
 


 
5
RUSİYANIN ORTA ASİYANI İŞĞAL ETMƏSİ 
 
1. XIX əsrin birinci yarısında Rusiyanın Orta Asiya  
xalqları ilə iqtisadi və siyasi əlaqələri 
 
Orta Asiya xalqları ictimai-iqtisadi, siyasi və mədəni in-
kişaf  səviyyəsinə  görə  geridə  qalırdılar.  Özbəklər,  qaraqal-
paqlar  oturaq  həyat  tərzinə  keçsələr  də  onlar  hələ  də  köçəri 
maldarlıqdan  tamamilə  əl  çəkməmişdilər.  Qazaxlar,  qırğızlar 
və  türkmənlərin  çox  hissəsi  köçəri  idilər.  Qazaxıstanın  təsər-
rüfat  həyatında  sənətkarlıq  və  ticarət  də  mühüm  yer  tuturdu. 
Dəri  məmulatı,  keçəçilik  və  yun  emalı  kimi  maldarlıqla  bağlı 
olan sənət sahələri inkişaf etmişdi. Mübadilə səciyyəsi daşıyan 
ticarət,  əsasən  yay  mövsümündə  aullar  arasında  həyata 
keçirilirdi. Qazax köçlərinin birliyinə aul deyilirdi. Qazaxıstan 
Kokand,  Buxara,  Xivə  xanlıqları  ilə  ticarət  əlaqələri  saxlayır, 
maldarlıq  məhsulları  və  mal-qara  ixrac  edir,  əkinçilik  məh-
sulları idxal edirdi. Ölkə ərazisinin genişliyi və əlverişli yolla-
rın olmaması daxili və xarici ticarətin inkişafına  mane olurdu. 
Ə
halinin  əksəriyyətinin  köçəri  və  yarımköçəri  həyat  tərzi 
keçirməsi,  feodal-patriarxal  qaydalarının  hökmranlığı,  juzlar 
arasında iqtisadi əlaqələrin zəifliyi Qazaxıstanda vahid və mər-
kəzləşdirilmiş  dövlət  yaratmağa  imkan  vermirdi.  Qazaxıstan 
ə
razisinin  bir  hissəsi  -  Kiçik  və  Orta  juz  XVIII  əsrin  30-40-cı 
illərindən  Rusiya  imperiyasının  tərkibinə  daxil  idi.  Qazaxıs-
tanda  Kiçik  və  Orta  juz  Rusiya  tərəfindən  işğal  edildikdən 
sonra bu ölkə ilə iqtisadi-ticarət əlaqələri genişlənməyə başlan-
mışdı.Yerli  sənətkarlıq  məhsulları  Rusiyadan  gətirilmiş  ucuz 
mallarla  rəqabət  apara  bilmirdi.  Bu  da  yerli  məhsulların  qiy-
mətlərinin  aşağı  düşməsinə  səbəb  olurdu.  Qazaxıstan  tədricən 
inkişaf  edən  rus  sənayesi  üçün  xammal  bazasına  çevrilirdi. 
Qazaxıstanda  xalqın  mövcud  üsul-idarəyə  qarşı  etirazları 
getdikcə  geniş  miqyas  alırdı.  Çar  hökuməti  isə  juzlara  təsirini 
gücləndirirdi. Belə şəraitdə qazaxlar XIX əsrin birinci yarısında 


 
6
rus müstəmləkəçilərinə qarşı mübarizə aparmışdılar.  Lakin on-
ların  müstəqillik  və  siyasi  birləşmə  uğrunda  apardıqları  mü-
barizə  uğursuzluqla  nəticələndi.  Qazaxıstanın  hələ  Rusiyaya 
tabe  edilməmiş  cənub  hissəsi  siyasi  cəhətdən  Orta  Asiya  xan-
lıqları  ilə  bağlı  idi.  Oturaq  əhali  məskunlaşan  bölgələrdə  şə-
hərlər də var idi ki, onlar ticarət və sənət mərkəzləri idi. Oturaq 
ə
hali, birinci növbədə özbəklər Orta Asiyanın Buxara, Kokand 
və Xivə xanlıqlarından ibarət olan üç əsas dövlət birləşməsi ya-
ratmışdılar.  Bunların  hər  birində  özbəklərdən  başqa  digər 
millətlərdən olan çoxlu əhali yaşayırdı. 
      Orta  Asiya  xanlıqlarından  ən  böyüyü  Kokand  xanlığı  idi. 
Xanlığın  əsas  ərazisi  Fərqanə  hövzəsi  idi  ki,  burada  özbək, 
tacik  və  qırğızlar  yaşayırdı.  Daşkənd  bu  xanlığın  tərkibinə 
daxil  idi  və  əlverişli  coğrafi  mövqedə  yerləşirdi.  Əkinçilik  və 
köçəri rayonları birləşdirən nöqtədə yerləşən Daşkəndin coğrafi 
mövqeyi  qədimdən  onun  inkişafına  əlverişli  təsir  göstərirdi. 
Orta  Asiya  ilə  Rusiyanın  iqtisadi  əlaqələrinin  inkişafı  Daş-
kəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox sərhəd 
məntəqələri uğrunda xanlıqlar arasında uzun sürən müharibələr 
gedirdi.  Kokand  xanlığında  Kokand  və  Daşkənddən  başqa 
ə
halisi  ticarət  və  sənətkarlıqla  məşğul  olan  Əndican,  Naman-
qan, Margilan, Xocənt, Çimkənd kimi şəhərlər var idi. 
     Buxara  xanlığı  Kokand  xanlığının  cənub-qərbində  yerlə-
ş
irdi.  Buxara  xanlığının  əsas  hissəsini  Zərəfşan  vadisi  təşkil 
edirdi ki, burada özbəklər və qismən taciklər yaşayırdılar. Orta 
Asiyanın qədim mədəni və iqtisadi mərkəzləri olan Buxara və 
Səmərqənd  bu  xanlığın  tərkibinə  daxil  idi.  Buxara  xanlığının 
ə
razisində  olan  şəhərlərdə  sənətkarlıq  yüksək  inkişaf  etmiş, 
pambıq  və  ipək  parçalar  toxunur,  mis  və  tuncdan  dulusçuluq 
məmulatları və soyuq silah hazırlanırdı. Şəhərlərdə sənətkarlar 
istehsal sahələri üzrə sexlərdə birləşmişdilər. 
    Xivə  xanlığının  torpaqları  Amudəryanın  aşağı  axını  bo-
yunda    yerləşmişdi.  Ərazisinə  və  əhalisinin  sayına  görə  Xivə 
xanlığı  digər  xanlıqlardan  xeyli  kiçik  idi.  Bu  xanlıqlardan 


 
7
başqa  Orta    Asiyanın  cənub  hissəsində  bir  neçə  xırda  feodal 
birləşmələri var idi ki, bunlar da gah bu xanlıqların hakimiyyəti 
altına düşür,  gah da onlardan ayrılırdılar. Xanlıqlarda  yaşayan 
tayfalar arasında daim hərbi toqquşmalar baş verirdi ki, bu da 
xalq  kütlələrinin  vəziyyətini  daha  da  ağırlaşdırırdı.  Vergilərin 
bütün  ağırlığı  kəndlilərin  və  sənətkarların  üzərinə  düşürdü. 
Vergiləri  xanın  məmurları  toplayırdılar.  Onlar  əhalinin  hesa-
bına yaşayır və olmazın özbaşınalıqlar edirdilər. 
 
XIX əsrin birinci yarısında Orta Asiyanın İran, Əfqanıs-
tan, Çin və Rusiya kimi qonşu ölkələrlə ticarət əlaqələri var idi. 
XIX  əsrin  20-40-cı  illərində  Rusiyanın  Orta  Asiya  xalqları  ilə 
ticarəti  daha  müvəffəqiyyətlə  inkişaf  edirdi.  Rusiya  hökumə-
tinin  bir  sıra  tədbirləri  buna  kömək  edirdi.  Karvan  yolu  ilə 
Orenburq  və  Petropavlovsk,  həmçinin  karvan  və  su  yolu  ilə 
Həştərxan vasitəsilə Orta Asiyadan Rusiyaya yun, quru meyvə, 
pambıq  aparılırdı.  Qazaxıstandan  Orenburqa  mal-qara  aparı-
lırdı.  Rusiya  Orta  Asiya  ilə  ticarət  əlaqələrini  genişləndirmək 
üçün dəmir, polad, mis, çuqun və onlardan hazırlanan məhsul-
ların  da  xanlıqlara  gətirilməsinə  icazə  vermişdi.  Rusiya  bazarı 
ilə  əlaqələrin  genişlənməsi xanlıqlar  üçün  böyük  perspektivlər 
açırdı. 
     XIX əsrin birici yarısında Orta Asiya iqtisadi cəhətdən Ru-
siyanın  təsiri  altına  düşmüşdü.  Bununla  əlaqədar  olaraq,  tica-
rətin  inkişafı  və  əmtəə-pul  münasibətlərinə  keçilməsi  təsər-
rüfatın natural qapalılığını dağıtmağa başlamışdı. Bu region ilə 
ticarət  əlaqələrinin  inkişaf  etdirilməsində  marağı  olan  çar 
hökuməti rus tacirlərinə himayəçilik edirdi. Rusiya dövləti Orta 
Asiya  ilə  iqtisadi  əlaqələri  möhkəmləndirmək  və  genişlən-
dirmək üçün bir sıra tədbirlər görmüşdü. Belə ki, ticarət yolları 
mühafizə olunur, tacirlərə müəyyən imtiyaz və üstünlüklər ve-
rilir,  gömrük  haqqının  minimuma  endirilməsi  ticarət  əlaqə-
lərinə müsbət təsir  göstərirdi. Rusiya Orta Asiya bazarında öz 
mövqeyini möhkəmləndirməyə çalışırdı. Orta Asiya ilə Rusiya 
arasında yerli məhsullarla mal dövriyyəsi getdikcə artırdı.  


 
8
    Çarizm  Orta  Asiyanı  zəngin  pambıq  mənbəyi  və  rus  səna-
yesinin,  xüsusilə  onun  sürətlə  inkişaf  edən  sahələrinin  malları 
üçün mühüm bazar kimi qiymətləndirirdi. Orta Asiya bazarının 
Rusiya iqtisadiyyatı üçün belə böyük əhəmiyyətə malik olması 
Rusiyanı  Orta  Asiyada  şəriksiz  hökmranlığa  can  atmağa  sövq 
edirdi.  Orta  Asiya  Rusiyanın  İran,  Əfqanıstan,  Hindistan  və 
Çinlə  ticarət  aparmasına  imkan  yaradırdı.  Orta  Asiya  ilə  iq-
tisadi əlaqələrin inkişafından istifadə edən çarizim bu yerlərdə 
müstəmləkə  işğallarını  genişləndirməyə  çalışırdı.  Çar  Rusi-
yasının  hakim  dairələri  Orta  Asiya  torpaqları  və  xalqları 
haqqında öz hərbi-müstəmləkə siyasətini hazırlayıb həyata ke-
çirməyə  çalışırdılar.  Çar  Rusiyasının  Orta  Asiyaya  yiyələn-
məsi, onun geniş işğalçı xarici siyasət planlarının həyata keçi-
rilməsini asanlaşdırmalı idi. Nüfuzlu hərbi və məmur dairələri 
işğal  olunacaq  ərazilərdə  gəlirli  və  yüksək  vəzifələr  tutmağı 
arzu edirdilər. 
 
Çar  hökuməti  bildirirdi  ki,  Rusiyanın  Orta  Asiya  ilə 
ticarət  əlaqələrinin  genişləndirilməsi  və  təhlükəsizliyin  təmin 
edilməsi üçün, ilk növbədə, Xivə xanlığı alınmalıdır. Rusiyanın 
Buxara  ilə  diplomatik  münasibətləri  Xivəyə  nisbətən  daha 
yaxşı idi. Xanlıqlar arasındakı hərbi toqquşmalar zamanı xivə-
lilər  rus  karvanlarını  Buxaraya  buraxmamağa  çalışırdılar. 
1839-1840-cı illərdə çar I Nikolayın icazəsi ilə Orenburq hərbi 
qubernatoru general V.Perovski Xivəyə yürüş etdi. Lakin ruslar 
iki  ay  ərzində  bütün  canlı  qüvvələrinin  xeyli  hissəsini  itirərək 
geri  qayıtmağa  məcbur  oldular.  Lakin  davam  etdirilən  danı-
ş
ıqlar  nəticəsində  əldə  olunan  razılığa  əsasən  Xivə  xanı  Ru-
siyaya  qarşı  düşmənçilik  hərəkətlərinə  yol  verməməyi,  ticarət 
karvanlarına  hücum  etməməyi  və  rus  mallarına  qoyulan  göm-
rüyü 5 faizə qədər azaldılması təəhüdünü öz üzərinə götürdü.     
 
Rusiya  XIX əsrin birinci yarısında  Orta Asiya  məsələ-
sinə    böyük    maraq  göstərirdi.  Rus  diplomatlarının  fəaliyyət-
lərinin  genişlənməsi  ilə  əlaqədar  olaraq  xanlıqların  iqtisadi  və 
siyasi  vəziyyəti,  Orta  Asiyaya  gedən  karvan  yolları  hərtərəfli 


 
9
öyrənilirdi. Bu dövrdə Orta Asiyada mövcud olan vəziyyət çar 
Rusiyası üçün əlverişli idi. Xanlıqlar arasında birlik yox idi və 
hər  bir  xanlıq  digərinin  hesabına  öz  ərazisini  genişləndirməyə 
çalışırdı.  Kokand  xanlığında  vəziyyət  daha  mürəkkəb  idi. 
Burada  yaşayan  xalqlar  arasında  daim  münaqişələr  olurdu. 
Feodallar  arasında  gedən  mübarizələr  də  xanlıq  hakimiyyətini 
zəiflədirdi.  Rusiya  Orta  Asiyada  mövcud  olan  xanlıqlar  ara-
sındakı daxili çəkişmələrdən istifadə etməklə siyasi əlaqələrini 
genişləndirir, gələcək planlarını həyata keçirmək üçün müvafiq 
tədbirlər proqramı üzrə hərəkət edirdi.   
XIX əsrin ortalarında çar hökuməti Orta Asiyaya doğru 
planlı şəkildə irəliləməyə başladı. Bu istiqamətdə çar hökuməti 
Sırdərya çayının mənsəbində bir sıra istehkam və qalaların in-
ş
asına  başladı.  Rusiyanın  Orta  Asiya  xanlıqları  ilə  XIX    əsrin 
ə
vvəllərindən  genişlənən  ticarət  əlaqələri,  eyni  zamanda  Rusi-
yanın  Orta  Asiya  xalqlarına  güclənən  siyasi  və  mədəni  təsiri, 
bu  ərazini  birləşdirməkdə  çarizm  üçün  əlverişli  şərait  yaratdı. 
Orta  Asiya  geniş  yarımdairə  şəklində  rus  sərhədləri  ilə  əhatə 
edilmişdi.  Rusiyanın  Sırdərya  boyunca  irəliləməsi  Cənubi 
Qazaxıstan əhalisi üzərində öz hakimiyyətini itirmək istəməyən 
Kokand  xanlığının  müqavimətinə  səbəb  oldu.  Rusiyanın  hərbi 
dəstələri Kokand qüvvələrini sıxışdırırdılar. Orenburq general-
qubernatoru Perovskinin dəstəsi 1853-cü ilin yayında Sırdərya 
çayı sahilindəki mühüm strateji məntəqə olan Kokand qalasını 
aldı. Kokand xanları həmin qalaya arxalanaraq qazaxların xeyli 
hissəsini uzun müddət özlərinə tabe vəziyyətində saxlamışdılar. 
1854-cü  ildə  Alma-Ata  qəsəbəsinin  yerində  ruslar  tərəfindən 
Vernoye  istehkamının  təməli  qoyuldu  ki,  bu  yer  sonralar 
böyüyüb Vernı (Alma-Ata) şəhərinə çevrildi. Semipalatinskdən 
Vernıya  qədər  Sibir  xətti  adlanan  yeni  bir  hərbi  yol  çəkildi. 
1854-cü ildə Rusiyanın hakim dairələri Sırdərya ilə Sibir hərbi 
xətlərini  birləşdirmək  qərarına  gəldilər.  Bu  xətlərin  birləşdi-
rilməsi  bütün  Qazaxıstanın  Rusiya  tərkibinə  qatılmasına  şərait 
yaratmalı  idi.  Beləliklə,  çarizm  Orta  Asiya  xanlıqlarına  qarşı 


 
10
həlledici  yürüşlərə  hazırlaşırdı.  Lakin  bu  planların  həyata 
keçirilməsi  bir  müddət  təxirə  salınmalı  oldu.  Buna  səbəb  Ru-
siyanın Krım müharibəsində məğlubiyyəti ilə onun beynəlxalq 
vəziyyətinin  xeyli  zəifləməsi  və  Rusiyada  təhkimçilik  hüqu-
qunun ləğv edilməsi ilə bağlı hazırlıq işləri idi. 
 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin