Azərbaycan respublikasi təHSİl naz


partiyaları bir araya gəldilər və koalisyon hökumət yaradılması



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
86 turk


partiyaları bir araya gəldilər və koalisyon hökumət yaradılması 
şə
rtlərini  razılaşdırdılar.  20  fevralda  Ürküplünün  başçılığı 
altında  koalisyon  hökumət  təşkil  olundu.  S.Ürküplü  hökuməti 
dövründə mühüm hadisə 1965-ci il parlament seçkiləri oldu. 10 
oktyabrda keçirilən bu seçkilərdə ƏP deputat yerlərinin çoxunu 
qazandı və S. Dəmirəl başda olmaqla hökuməti təşkil etdi.   
Türkiyə və SSRİ iki ölkə arasında əlaqələrin inkişafına qar-
ş
ılıqlı  maraq  göstərirdilər.  Bu  isə  iki  ölkənin  iqtisadi  və  elmi-
texniki  əməkdaşlığına  şərait  yaradırdı.  1964-1965-ci  illərdə 
xarici  işlər  nazirlərinin  qarşılıqlı  səfərləri  həyata  keçirildi. 
1965-ci ilin avqustunda Türkiyənin baş naziri Moskvaya gəldi. 
1967-ci  ildə  iki  ölkə  arasında  imzalanmış  sazişə  əsasən  SSRİ 
Türkiyədə  yeddi  iri  sənaye  müəsissəsinin  tikilməsinə  kömək 
etməli  idi.  Tərksilah,  müstəmləkələrin  ləğvi  və  Yaxın  Şərq 
böhranı  kimi  məsələlərdə  SSRİ  ilə  Türkiyənin  mövqelərində 
oxşar  cəhtlər  var  idi.  1972-ci  ilin  aprelində  SSRİ  ilə  Türkiyə 
arasında münasibətlərin prinsipləri haqqında bəyannamə imza-
landı.  SSRİ-nin  köməyi  ilə  Türkiyədə  tikilən  müəssisələr 
içərisində  1977-ci  ildə  istifadəyə  verilən  İsgəndərun  metallur-
giya  kombinatı  böyük  əhəmiyyətə  malik  idi.  1978-ci  ilin 


 
140
yayında  Türkiyənin  baş  naziri  B.Ecevit  SSRİ-ə  rəsmi  səfərə 
gəldi.  1984-cü  ilin  sonunda  SSRİ  hökumətinin  sədri  N.Tixo-
novun  Türkiyəyə  səfəri  zamanı  1986-1989-cu  illərdə  iqtisadi 
və elmi-texniki əməkdaşlıq proqramı imzalandı.                     
      1960-cı  ildə  Kipr  istiqlaliyyət  aldıqdan  sonra  yunanlar 
türkləri  sıxıdırmağa  başladılar.  Kiprli  türklər  özlərini  müdafiə 
etmək  üçün  təxminən  12  min  nəfərlik  hərbi  birləşmə  təşkil 
etməyə  məcbur  oldular.  Buna  cavab  olaraq  Kipr  hökuməti 
hərbi  mükəlləfiyyət  tətbiq  etdi.  Yunanıstanın  təzyiqi  ilə  yeni 
orduya millətçi Qrivas komandan təyin edildi. Əslində bu ordu 
Yunanıstan  ordusunun  bir  hissəsi  kimi  fəaliyyət  göstərirdi. 
Gizli  olaraq  adaya  yunan  ordusunun  bir  diviziyası  da  gətiril-
mişdi.  Qrivas  1967-ci  ildə  “enozis”i  zorla  həyata  keçirmək 
üçün  türklərə  qarşı  hücum  əmri  verdi.  Lakin  say  üstünlüyünə 
baxmayaraq  yunanlar  türklərin  müqavimətini  qıra  bilmədilər, 
münaqişə  uzandı.  Yunanıstan  ilə  Türkiyə  arasında  müharibə 
təhlükəsi  yarandı.  Beynəlxalq  ictimaiyyətin  təzyiqi  altında 
1968-ci ildə Yunanıstan gizli olaraq Kiprə göndərdiyi diviziya-
sını  geri  çağırmağa  məcbur  oldu,  general  Qrivas  vəzifəsindən 
azad olundu və Kiprdən çıxarıldı.     
70-ci  illərin  əvvəllərində  Kiprdə  birləşmə  tərəfdarları 
yenidən  fəallaşdılar.  1971-ci  ildə  gizli  olaraq  Kiprə  qayıdan 
Qrivas  terrorçu  təşkilatı  yaratdı.  Məqsədi  Kiprə  Yunanıstanın 
müdaxiləsi  üçün  şərait  yaratmaqdan  ötrü  adada  vəziyyəti  gər-
ginləşdirmək idi. Qrivas tərəfdarları Milli qvardiyada üstünlük 
təşkil  edirdilər.  Milli  qvardiya  1974-cü  ilin  iyulunda  adanın 
cənubunda  türklərə  qarşı  qırğınlar  törətdi.  Türkiyənin  diplo-
matik səyləri heç bir nəticə vermədi. Türkiyə Kipri xarici mü-
daxilədən müdafiə etmək üçün 1974-cü il iyulun 20-də öz qo-
ş
unlarını adaya çıxardı. 1974-cü ilin oktyabrında Kipr problemi 
BMT  Təhlükəsizlik  Şurasında  müzakirə  olundu.  Qəbul  olun-
muş  qətnamədə  Kiprin  ərazi  bütövlüyünə,  müstəqilliyinə  və 
bloklara qoşulmamaq siyasətinə hörmət, bütün xarici qoşunla-
rın çıxarılması,  mübahisəli məsələlərinin yunan və türk icma-


 
141
ları  arasında  danışıqlıqlar  yolu  ilə  həll  edilməsi  nəzərdə  tutu-
lurdu.  1975-ci  ilin  yanvarında  BMT  baş  katibinin  vasitəçiliyi 
ilə icmalararası danışıqlar başlandı. 1975-ci ilin fevralında türk 
icmasının  rəhbərləri  Kiprin  türk  qoşunları  tərəfindən  tutulmuş 
hissəsində  Kipr  türk  dövləti  yarandığını  elan  etdilər.  1976-cı 
ildə  R.Denktaş  həmin  dövlətin  prezidenti  seçildi.  1983-cü  il 
noyabırın  14-də  bu  dövlət  Şimali  Kipr  Türk  Cümhuriyyəti 
adlandırıldı. BMT Təhlükəsizlik Şurası türk icmasının qərarını 
hüquqi qüvvəsi olmayan qərar adlandırdı. 
70-ci  illərdə  beynəlxalq  enerji  böhranı  nəticəsində  neft  və 
neft  məhsullarının  çox  sürətlə  artması  Türkiyə  iqtisadiyya-
tından da yan keçmədi. Türkiyədə iqtisadi çətinliklər qarşısında 
qaldı. Həm də aydın oldu ki, ölkədə yaradılmış iqtisadi istehsal 
infrastrukturunun  daxili imkanlara əsaslanmaq zəminində fəa-
liyyəti  mümkün  deyildir.  Ona  görə  ki,  Türkiyə  enerji  ehti-
yatlarının çox böyük hissəsini neft idxalı hesabına ödəyirdi və 
özünün daxili enerji mənbələri kifayət qədər az idi. Birdən-birə 
neft  və  neft  məhsullarının  qiymətinin  artması  ölkə  iqtisadiy-
yatını  böhran  həddinə  gətirib  çıxartdı.  Yaranmış  şəraitdə 
Türkiyə öz iqtisadi inkişaf kursuna korrektələr etməyə başladı 
və  bununla  da  sonrakı  illərdə  ölkənin  inkişaf  strategiyasının 
ilkin təməlləri qoyuldu.       
12  sentyabr  1980-ci  ildə  Türkiyədə  hərbi  çevriliş  oldu. 
Kenan  Evrenin  başçılıq  etdiyi  Milli  Təhlukəsizlik  Şurasının 
hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir 
mərhələnin  başlanğıcı  oldu.  Hərbi  çevriliş  nəticəsində  siyasi 
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin