27
Rusiyadan bu yerlərə toxuculuq məhsulları, dəmir, mis, metal
məmulatları ixrac olunur, çay, ipək, pambıq parçalar, çini mə-
mulatı idxal edilirdi.
Krım Rusiyaya ilhaq edildikdən sonra Rusiya Qara də-
niz sahillərindəki torpaqlarını xeyli genişləndirdi. Həmin vaxt-
dan etibarən Rusiyanın Qara dəniz ticarəti başlandı. Rusiya hö-
kuməti Qara dəniz sahillərində bir sıra ticarət limanlarının açıl-
dığını elan etdi. 1794-cü ildə isə Odessa açıq liman elan olun-
du. Qara dəniz limanlarında gömrük rüsumları aşağı salındı.
XIX əsrin əvvəllərindən Krımda yeni şəhərlər salınır, əhali artır
və ticarət genişlənirdi. Sevastopol, Simferopol və Kerç kimi
şə
hərlər getdikcə böyüyürdü. Krımda kərpic, duz emalı və
şə
rabçılıq zavodları fəaliyyət göstərirdi. Sürətlə məskunlaşan
Qara dəniz sahilləri, Kuban və Krım Ümumrusiya bazarına
daxil olurdu.
Çoxmillətli Rusiya xalqları çar mütləqiyyətinin zülmü-
nü öz üzərlərində daha çox hiss edirdilər. Çar hökuməti milli
ucqarlarda birinci növbədə hələ keçmiş vaxtlardan saxlanılmış
olan müstəqil idarələri ləğv edir, sonra da bununla kifayət-
lənməyərək, qəti surətdə ruslaşdırma siyasəti yeridirdi. Tatarla-
rın, başqırdların, çuvaşların və başqa xalqların ruslaşdırılması
gücləndirildi. Milli zülm mədəniyyət sahəsində və ictimai hə-
yatın başqa sahələrində, həmçinin dini sahədə özünü göstərirdi.
Dostları ilə paylaş: