sənayesində zərbə təsirli daşqıranlar orta və narın xırdalamada, bəzən isə kobud xırdalamada tətbiq
edilir. Zərbəli daşqıranlar çəkicli və rotorlu olur (cədvəl 5).
Çəkicli daşqırana daxil olan ilk material çəkic və sındırıcı tavaların
onlara endirdiyi zərbə
nəticəsində parçalanır. Bundan başqa, material kolosnikli şəbəkənin üzərində yerləşərkən fırlanan
çəkiclərlə əzilir və ovulur.
Çəkicli daşqıranlar konstruksiyalarına görə aşağıdakılara bölünür: rotorun sayına görə - birrotorlu
və ikirotorlu, çəkicin bərkidilmə üsuluna görə - oynaqlı asılmış
və sərt bərkidilmiş, çəkiclərin
yerləşdirilməsinə görə - birsıralı, çoxsıralı. Sement sənayesində, əsasən, çəkicli birrotorlu daşqıranlar
tətbiq olunur.
Çəkicli daşqıranlarda xırdalanma dərəcəsi aşağıdakı həddə olur: birrotorluda 10...12,
ikirotorluda 15...20.
Çəkicli birrotorlu daşqınlar mergelin, slantsın, gipsin və kömürün ilk xırdalanmasında,
əhəngdaşının isə ikinci pillədə xırdalanmasında tətbiq olunur.
Çəkicli birrotorlu daşqıranlar (şəkil 5,a) daxilində oynağa oturdulmuş çəkicləri (3) olan rotor (2)
yerləşdirilmiş gövdədən ibarətdir. Rotorun fırlanması zamanı çəkiclər mərkəzdənqaçma qüvvəsinin təsiri
altında radisu istiqamətində dartılır və yüklənən materiala çırpılaraq onları parçalayır.
Eyni zamanda
çəkiclər öz oxu ətrafında rotorun fırlanmasının əksi istiqamətinə dönür.
Dostları ilə paylaş: