Rotorlu daşqıranlar (şəkil 5 v; 6) zərbəli təsirli olub, rotora sərt bərkidilmiş qısa möhkəm bil
və əksetdirici lövhədən ibarətdir. Materialın daşqırana yüklənməsi zamanı onun parçaları
güclü
zərbəyə məruz qalır və əksetdirici lövhəyə çırpılır. Materialın parçaları lövhəyə dəyibxırdalanır və
yenidən çəkiclərin üstünə atılır. Bu daşqıranlarda xırdalanma dərəcəsi 40...50 və xırdalanmış
materialın ölçüsü 20...25 mm olur.
Çənəli, çəkicli və konuslu daşqıranlara nisbətən rotorlu daşqıranın kütləsi və elektrik enerjisinin
sərfi az, məhsuldarlığı isə yüksək olur
.
Şəkil 6. Rotorlu daşqıranın sxemi.
1-
çəmbərə, 2-rotor, 3-növbəli pərlər, 4-əksetdirici tavalar, 5-tərpənməz
kolosniki şəbəkə, 6-
kolosniki şəbəkələrin oxları, 7-tərpənən kolosniki şəbəkə, 8-amartizasiya yayı.
Mövzuya aid suallar:
1. Portlandsementin
istehsalında hansı komponentlərdən istifadə olunur?
2. Portlandsementin
istehsal üsulları hansılardır?
3.
Xammalın xırdalanma prosesi necə həyata keçirilir?
4.
Hansı xırdalayıcı avadanlıqlardan istifadə olunur?
5.
Xırdalayıcı avadanlıqların iş prisipi necədir?
14