2.
Portlandsementin istehsal üsulları
Hər bir xammal üçün elə hazırlanma üsulu seçilməlidir ki, bu qarışıqda xammalın az enerji məsrəfi
ilə narın xırdalanmasına və bərabər yayılmasına imkan versin. Bu baxımdan
sement sənayesində
hazırlanma texnologiyasına görə fərqlənən üç üsuldan istifadə olunur: yaş, quru və kombinə edilmiş.
Yaş üsulda xammal qarışığının üyüdülməsi su mühitində aparılır və nəticədə nəmliyi 30...50 %
olan suspenziya şəklində şlam alınır. Quru üsulda xammal qarışığını narın
üyüdülmüş quru toz
halında hazırlayırlar. Ona görə də üyüdülməzdən əvvəl xammallar qurudulur. Kombinə edilmiş üsul
ya yaş, ya da ki, quru üsula əsaslanır. Birinci halda xammal qarışığı yaş üsuldakı kimi şlam halında
hazırlanır, sonra süzgəclərdə 16...18 % nəmliyə qədər süzülür və yarımquru halda sobaya verilir.
İkinci halda xammal qarışığı quru üsuldakı kimi hazırlanır, sonra 10...14 % su ilə dənəvərləşdirilir və
alınmış 10...15 mm ölçülü dənələr sobaya verilir. Hər üsul bir-birindən əməliyyatların ardıcıllığına
və istifadə olunan avadanlıqlara görə fərqlənən bir sıra texnoloji sxemlər üzrə aparılır.
Yaş üsul. Bu üsulla istehsal zamanı xammal xırdalanaraq su ilə qarışdırılır.
Yaş üsulla
portlandsementin istehsalında, xammalın xassələrindən asılı olaraq bir-birindən xammal qarışığının
hazırlanma üsulu ilə fərqlənən bir sıra sxemlərdən istifadə olunur (şəkil 1).
Dostları ilə paylaş: