Azərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan memarliq və İNŞaat universiteti “İnşaat” fakültəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix10.10.2022
ölçüsü0,7 Mb.
#118187
1   ...   6   7   8   9   10   11   12   13   14
31423bcf1d54c90afb89a3a5a2f02905

Vallı daşqıranlar. Bu daşqıranlarda material bir-birinin əksinə fırlanan hamar və ya dişli vallar 
arasında əzilir. Bu daşqıranlar birvallı və ikivallı olur. Vallı daşqıranlar əsasən gili, təbaşiri və digər 
plastiki material
ları xırdalamaq üçün tətbiq olunur. Vallı daşqıranların məhsuldarlığı xırdalanmaya daxil 
olan mate
rialın parçalarının ölçüsündən, fırlanma tezliyindən və vallar arasındakı məsafədən asılıdır. 
Vallar arasındakı məsafə artdıqca məhsuldarlıq da artır. Lakin materialın xırdalanma dərəcəsi azalır. 
İkivallı dişli daşqıranlarda yumşaq materiallar üçün xırdalanma dərəcəsi 10...15, bərk süxurlar üçün isə 
3...4 olur. Vallı daşqıranların məhsuldarlığı valların fırlanma sürətindən də asılıdır.
Val
ların fırlanma tezliyi azaldıqca materialın vallar arasından keçmə sürəti azalır. Vallar həddindən çox 
sürətlə fırlanarkən materiallar vallar arasından parçalanmadan sürüşüb keçir. Hər iki halda daşqıranın 
məhsuldarlığı azalır. Valların ən sərfəli fırlanma sürəti aşağıdakı kimi olmalıdır: 
• 
yumşaq materialların xırdalanması zamanı 5m/san qədər; 
• 
Bərk materialların xırdalanması zamanı 2m/san qədər. 
Zərbəli daşqıranlar. Bu daşqıranlarda materiallar sürətlə fırlanan işçi orqana (bilə və çəkicə) 
və əksetdirici elementlərə (futerə, kolosnikli şəbəkəyə) zərbə ilə dəyməklə xırdalanır. Sement 
12 


sənayesində zərbə təsirli daşqıranlar orta və narın xırdalamada, bəzən isə kobud xırdalamada tətbiq 
edilir. Zərbəli daşqıranlar çəkicli və rotorlu olur (cədvəl 5). 
Çəkicli daşqırana daxil olan ilk material çəkic və sındırıcı tavaların onlara endirdiyi zərbə 
nəticəsində parçalanır. Bundan başqa, material kolosnikli şəbəkənin üzərində yerləşərkən fırlanan 
çəkiclərlə əzilir və ovulur. 
Çəkicli daşqıranlar konstruksiyalarına görə aşağıdakılara bölünür: rotorun sayına görə - birrotorlu 
və ikirotorlu, çəkicin bərkidilmə üsuluna görə - oynaqlı asılmış və sərt bərkidilmiş, çəkiclərin 
yerləşdirilməsinə görə - birsıralı, çoxsıralı. Sement sənayesində, əsasən, çəkicli birrotorlu daşqıranlar 
tətbiq olunur.
Çəkicli daşqıranlarda xırdalanma dərəcəsi aşağıdakı həddə olur: birrotorluda 10...12, 
ikirotorluda 15...20. 
Çəkicli birrotorlu daşqınlar mergelin, slantsın, gipsin və kömürün ilk xırdalanmasında, 
əhəngdaşının isə ikinci pillədə xırdalanmasında tətbiq olunur. 
Çəkicli birrotorlu daşqıranlar (şəkil 5,a) daxilində oynağa oturdulmuş çəkicləri (3) olan rotor (2) 
yerləşdirilmiş gövdədən ibarətdir. Rotorun fırlanması zamanı çəkiclər mərkəzdənqaçma qüvvəsinin təsiri 
altında radisu istiqamətində dartılır və yüklənən materiala çırpılaraq onları parçalayır. Eyni zamanda 
çəkiclər öz oxu ətrafında rotorun fırlanmasının əksi istiqamətinə dönür. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin