Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix10.03.2022
ölçüsü0,83 Mb.
#114804
1   2   3   4   5   6   7   8   9   ...   12
Turkan Aslanova Ixtisasi Ingilis ili olan

 

1.2.  Dil  fakültələri  tələbələrinə  ingilis  dilinin  kommunikativ-yönümlü  təliminin 

linqvistik əsasları 

 

 

İxtisası xarici dil olan ali məktəblərdə ixtisas kimi tədris edilən xarici dili tədris 



edən müəllimləri və xarici dil öyrənən tələbələri birləşdirən maraqlardan ən önəmlisi 

ixtisas  dili  kimi  tədris  edilən  xarici  dildən  ünsiyyət  vasitəsi  kimi  istifadə  etməkdir. 

Qeyd edilməlidir ki, müəllim və tələbələrin kommunikasiyanın əhəmiyyəti haqqında 

fikirlərin  üst-üstə  düşdüyü  ilə  eyni  zamanda  onların  xarici  dilin  aspektləri  olan 

leksika,  qrammatika  və  tələffüzün  öyrədib-öyrənilməsinə  dair  fikirləri  çox  çox  vaxt 

tamamilə  fərqli  olur.  Xarici  dilin  öyrədilməsinin  əsas  məqsədini  həmin  dildə  şifahi 

nitq  ünsiyyətinin  aşılanmasında  görən  dil  müəllimləri  eyni  zamanda  dilin 



19 

 

 



aspektlərinin, xüsusilə də qrammatikanın vacibliyini qeyd edirlər. Dilin aspektlərinin 

tədrisinə bir qədər fərqli münasibət bəsləyən tələbələr xarici dilin, xüsusilə də  müasir 

dünyada  qlobal  ünsiyyət  vasitəsi  kimi  qəbul  edilmiş  ingilis  dilinin 

mənimsənilməsində linqvistik bilikləri minimum dərəcəyə endirməyi məqsədəuyğun 

hsab  edirlər.  Dilin  aspektlərinin,  o  cümlədən  də  xüsusi  əhəmiyyət  kəsb  edən 

qrammatikanın  öyrədib-öyrənilməsinə  bu  cür  münasibəti  törədən  ən  mühüm 

amillərdən  biri  mövcud  olan  çoxsaylı  qrammatik  qaydaların  öyrənilməsinin  əksər 

hallarda  dildən  kommunikasiya  məqsədləri  ilə  istifadə  etmək  bacarıqlarının 

formalaşdırılması  və  inkişaf  etdirilməsi  ilə  nəticələnmir.  Eyni  zamanda,  onu  da 

nəzərə  almaq  lazımdır  ki,  dilin  tədrisində  ixtisas  dili  kimi  tədris  edilən  xarici  dildə 

leksika,  qrammatika  və  tələffüz  sisteminin  mənimsənilməsinin  rolu,  yeri  və 

əhəmiyyəti  danılmazdır.  Müvafiq  olaraq,  xarici  dilin  tədrisi  prosesində  dilin 

aspektləri və kommunikasiya arasında tarazlığın yaradılması olduqca əhəmiyyətlidir. 

İxtisas dili dərslərində mənimsənilməli olan hər bir linqvistik struktur kommunikativ 

cəhətdən əhəmiyyətli olmalıdır. Dil fakültələrində təhsil alan tələbələrə tədris edilən 

xarici dildə dil və nitq vərdişlərinin və artıq mənimsənilmiş və mənimsənilməli olan 

linqvistik  vahidlərdən  adekvat  şəkildə  istifadə  etmək  bacarıqlarının  aşılanması  və 

beləliklə,  tələbələrdə  öyrənilən  dildən  qüsursuz  və  adekvat  şəkildə  istifadə  etmək 

bacarıqlarının formalaşdırılması burada əsas vəzifə kimi qəbul edilməlidir.  

 

Dil  fakültələri  tələbələrində  dil  vərdişləri  olan  leksik,  qrammatik  və  tələffüz 



vərdişlərinin  formalaşdırılması  dilin  funksiyasının  onlara  aşılanması  prosesində 

həyata  keçirilməlidir.  Bu  cür  qurulan  tədris  prosesi  dilin  aspektləri  və  xarici  dilin 

funksional-yönümlü,  kommunikativ-yönümlü  şəkildə  öyrədib-öyrənilməsinə  xidmət 

edir.  Belə  ki,  kommunikasiya  üçün  vacib  olan  leksik  vahidlərin,  qrammatik  və 

intonasiya  strukturları  arasında  olan  fərqlərin  tələbələrə  aşılanması  induktiv  və 

deduktiv yolla həyata keçirilə bilər. Linqvistik vahid və strukturların öyrədilməsinin 

induktiv  yolla  baş  verdiyi  halda  qaydaların  mənimsənilməsi  tələbələrin  ixtisas  dili 

dərslərində fəal şəkildə iştirakının təmin edilməsi yolu ilə həyata keçirilir (18, s.168). 




20 

 

 



 

Linqvistik  vahid  və  strukturların  mənimsənilməsi  kommunikativ-yönümlü, 

tələbə-yönümlü  şəkildə  həyata  keçirildiyi  təlim  kontekstində  müəllimin  rolu 

diskussiyaları 

təşkil  etmək  və  tələbələrin  fəaliyyətini  düzgün  şəkildə 

istiqamətləndirməkdir.  Kommunikativ-yönümlü  tapşırıqların  yerinə  yetirilməsində 

tələbələrə kömək etmək məqsədilə müəllim yazı taxtasında bir neçə strateji xarakterli 

ifadələrini yaza bilər.  

 

İngilis  dilində  danışan  hər  hansı  şəxsin  sözünü  kəsmək,  dəqiqləşdirmək,  söz 



almaq,  şərh  etmək  və  digər  əvvəlki  dərslərdə  keçmiş  ifadələrin  istifadə  olunması 

tələbələrə  artıq  mənimsənilmiş  və  mənimsənilməli  olan  linqvistik  materialları  və 

funksiyaları təkrarlamaq üçün imkanlar yaradır (8, s.97-98). 

 

Dərsin  əvvəlində  müəllim  mənimsənilməli  olan  və  kommunikativ  məna  kəsb 



edən  linqvistik  vahidləri  yazı  taxtasında  yazaraq  tələbələrə  iki  cümləni  müqayisə 

etmək və onların arasında olan leksik və qrammatik fərqləri təhlil etməyi təklif edir. 

Növbəti  mərhələdə  müəllim-tələbələrə  mənimsənilmiş  leksik  vahidlərdən  və 

qrammatik  strukturlardan  istifadə  etməklə,  fikir  və  ideyalarını  cütlük  şəklində 

müzakirə  etmək  tapşırığı  verir.  Diskussiya  prosesində  müşahidəçi  qismində  çıxış 

edən  müəllim  həmin  prosesə  müdaxilə  etməməli,  diskussiya  iştirakçılarına 

mövqelərini  sərbəst,  yaradıcı  şəkildə  bildirmək  üçün  imkan  verilməli,  onlara 

mənimsənilməli  olan  kommunikasiya  strategiyalarından  istifadə  etməklə  qoyulan 

kommunikativ məqsədlərə nail olmaqda yardımçı olmalıdır. Ehtiyac duyularsa, yəni 

kommunikasiya iştirakçıları kobud səhvlər buraxdığı halda, müəllim mənimsənilməli 

olan strategiyalardan müvafiq şəkildə istifadə edərək tələbələrin fəaliyyətini düzgün 

istiqamətdə  yönəltməlidir.  Diskussiya  prosesində  iştirak  edən  tələbələr  deyilənləri 

dəqiqləşdirmək  istədiyi  halda  kommunikativ  situasiyaya  uyğun  olan  linqvistik 

vahidlərdən istifadə edərək məqsədlərinə nail olmağa çalışmalı və bu cür tapşırıqların 

öhdəsindən  uğurla  gələ  bildikləri  halda,  onlarda  kommunikativ  bacarıqların  tələb 

edilən səviyyədə formalaşdırılması təmin edilə bilər.  

 

Diskussiyada düzgün istiqamətdə keçmədiyi halda, diskussiyanı düzgün şəkildə 



yönəltmək,  kommunikasiyada  iştirak  etməkdən  imtina  edən,  təbiətcə  ünsiyyətcil 


21 

 

 



olmayan tələbələri həvəsləndirərək, onları dərsdə baş verən proseslərin iştirakçılarına 

çevirmək müəllimin başlıca vəzifəsidir.  

 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  diskussiya  prosesində  tələbələrin  problem  və 



çətinliklərlə  üzləşdiyi  halda,  müəllimin  onlara  müəyyən  dərəcədə  kömək  etməyi 

istisna  edilmir.  İxtisas  dili  dərslərinin  bu  cür  təşkil  edildiyi  halda,  tələbələr  bir  çox 

məqsədlərə  tezliklə  nail  ola  bilir.  Dilin  aspektlərini  və  dilin  funksiyalarını 

mənimsəməklə  bərabər,  dil  fakültələrində  təhsil  alan  tələbələrdə  tənqidi  təfəkkür 

iştirak edir və onlar tədrisdə müstəqilliyin ilk addımlarından olan özlərinin öyrənmə 

strategiyalarını dərk etməyə qadir olmaqla tələbə-yönümlülük prinsipinə riayət etmiş 

olurlar.  Tələbələrin  nailiyyətlərini,  onların  ingilis  dilində  tənqidi  düşünmək 

qabiliyyətini  düzgün,  müasir  dövrün  tələblərinə  cavab  verən  şəkildə  təşkil  edilmiş 

ixtisas dili dərslərində fəal şəkildə iştirak edən tələbələr stressdən azad olan münasib 

mühitə  ünsiyyətə  qoşulmağı  öyrənirlər.  Tələbə-yönümlülük  prinsipinin  əsasında 

qurulan  ingilis  dilinin  təlimi  prosesinin  məqsədyönlü,  sistemli,  mərhələli,  asandan 

çətinə  doğru  təşkil  edidliyi  halda,dil  fakültələri  tələbələrində  ixtisas  dili  kimi  tədris 

edilən  xarici  dildə  kommunikasiya  qurmaq  tədricən  asanlaşır.  Önəmlisi  odur  ki, 

tələbələrin  əksəriyyəti  tərəfindən  maraqsız,  darıxdırıcı,  yorucu  bir  proses  kimi 

qiymətləndirilən  leksika,  qrammatika  və  tələffüz  sisteminin  öyrənilməsi  prosesi 

kommunikativlik,  interaktivlik  və  tələbə-yönümlülük  prinsiplərinə  riayət  etməklə 

təşkil olunarsa, maraqlı, əyləncəli və zövq verə bilən prosesə çevrilə bilər.  

 

Lakin onu da nəzərə almaq lazımdır ki, bu yolla keçirilən ilk dərslər tələbələrə 



müəyyən  dərəcədə  çətin  və  darıxdırıcı  görünə  bilər.  Lakin  onlar  özlərinin  dil 

sahəsində  olan  biliklərinin.  Dil  və  nitq  vərdiş  və  bacarıqlarının  inkişaf  etdiyini 

anladığı  halda,  təlim  prosesinin  fəal  iştirakçılarına  çevrilir.  Tələbələr  yorucu  və 

darıxdırıcı  hesab  etdikləri  xarici  dil  dərslərindən  tədricən  zövq  almağa  başlayırlar. 

Günün  tələblərinə  uyğun  olaraq,  dilin  aspektləri  olan  leksika,  qrammatika  və 

tələffüzün  kommunikativ-yönümlü,  funksional-yönümlü  şəkildə  tədris  edilməsi, 

nəticə  etibarilə  mənimsənilmiş  linqvistik  strukturlardan  kommunikasiya  prosesində 

qüsursuz, adekvat şəkildə istifadə etmək bacarığına xidmət etməlidir.  




22 

 

 



 

İxtisas  dili  olan  xarici  dilin  leksikası,  qrammatikası  və  fonetikasının  uğurlu 

şəkildə  tədris  edilməsi  üçün  ilk  növbədə  prioritetləri,  yəni  birinci  növbədə 

mənimsənilməli  olan  linqvistik  vahid  və  strukturları  müəyyənləşdirmək  vacibdir. 

Belə  ki,  ilk  növbədə  azərbaycanlı  tələbələr  üçün  ingilis  dilinin  leksikası, 

qrammatikası  və  fonetikasında  hansı  sahələrin  daha  çətin  olduğu  və  problem, 

çətinliklərə  səbəb  ola  bilən  linqvistik  vahid  və  strukturları  müəyyənləşdirmək 

lazımdır. Linqvistik vahidlərin semantikası və onların qrammatik mənasını tələbələrə 

aşılamaq  üçün  hansı  üsullara  (deduktiv  və  ya  induktiv)  üstünlüyün  verilməsi 

haqqında düzgün qərar qəbul etmək dil fakültələrində təhsil alan tələbələr tərəfindən 

mənimsənilməli  olan  linqvistik  materialların  seçilməsi  və  onların  düzgün  şəkildə 

tələbələrə  təqdim  edilməsi  müasir  metodikanın  olduqca  aktual  və  vacib 

məsələlərindən  biridir.  Linqvistik  materialların  həddindən  artıq  çox  olması  və 

auditoriya saatlarının həmin materialların tam həcmdə mənimsənilməsi üçün kifayət 

qədər  olmaması  məsələnin  həllinə  maneələr  törədə  bilən  amillərdəndir.  Zaman 

faktorundan  başqa.  Digər  bir  önəmli  amil  xarici  dilin  aspektlərinin  tam  həcmdə 

tələbələr  tərəfindən  mənimsənilməsinin  nə  dərəcədə  əhəmiyyətli  olmasıdır.  Xarici 

dillərin  tədrisi  sahəsində  fəaliyyət  göstərən  mütəxəssislər  belə  hesab  edirlər  ki, 

mənimsənilməli  olan  linqvistik  materialların  həcmi  və  məzmunu  xarici  dilin  tədris 

edildiyi  hər  bir  konkret  kontekstdən  bilavasitə  asılı  olaraq  qoyulan  məqsəd  və 

vəzifələr uyğun olmalıdır. İxtisası xarici dil olan ali məktəblərdə təhsil alan və tədris 

edilən xarici dilə ixtisas kimi yiyələnməyi qarşılarında məqsəd kimi qoyan tələbələrə 

aşılanmalı olan linqvistik bilik, vərdiş və bacarıqları həm kəmiyyət, həm də keyfiyyət 

baxımdan digər təlim kontekstlərindən əhəmiyyətli dərəcədə fərqli olacaq.  

 

Belə  ki,  ingilis  dilinin  xarici  dil  kimi  tədris  edilməsi  məqsədilə  yazılan 



qrammatik  qaydalar  əksər  hallarda  həddən  artıq,  çətin,  müəyyən  dərəcədə  formal, 

yəni  tələbələrdə  müvafiq  vasitəsilə  mənimsənilmiş  bilikləri  praktikaya  tətbiq  etmək 

baxımından  tamamilə  yararsız  görünür  və  elə  bir  təəssürat  yaradır  ki,  onları 

yazanların  dili  öyrənənlərdə  dildən  qüsursuz  və  adekvat  şəkildə  istifadə  etmək 

qabiliyyətinin  formalaşdırılması  və  inkişaf  etdirilməsi  deyil,  daha  çox  tamamilə 



23 

 

 



mənasız  nəzəri  biliklərin  tələbələr  tərəfindən  mənimsənilməsidir.  Qrammatik 

qaydalar  adətən  dil  daşıyıcılarının  dillərdən  necə  istifadə  etdiklərini  əks  etdirirlər. 

Eyni  zamanda,  onu  da  nəzərə  almaq  lazımdır  ki,  qaydalar  dilin  sisteminin  təzahürü 

kimi  qəbul  edilməlidir.  Tədris  edilən  dildən  kommunikativ  niyyətlərinə  nail  olmaq 

üçün istifadə edən dil daşıyıcılarının nitqi isə dilin sistemi deyil, dildə mövcud olan 

normalar  ilə  idarə  olunur.  Onunla  əlaqədar  olaraq  qeyd  edilməlidir  ki,  hər  hansı  bir 

dilin, o cümlədən də ingilis dilinin sistemi və dildə mövcud olan normalar arasında 

ciddi  fərqlər  müşahidə  edilir.  İngilis  dilini  ixtisas  dili  kimi  öyrənən,  azərbaycanlı 

tələbələri  tərəfindən  törədilən  səhvlərin  böyük  əksəriyyəti  məhz  bu  səbəbdən,  yəni 

dilin  sistemi  və  mövcud  normaların  arasında  fərqlərin  olduğu  səbəbindən  buraxılır. 

Qeyd etmək lazımdır ki, ənənəvi olaraq dilin aspektləri olan leksika, qrammatika və 

fonetikanın  öyrədilməsi  dildə  mövcud  normaları  deyil,  məhz  dilin  sisteminin 

mənimsənilməsini prioritet məqsəd hesab edir.  

 

Dil fakültələrində istifadə edilən dərslik və dərs vəsaitlərinin əksəriyyəti, əsasən 



dil  sisteminin  öyrədilməsinə  yönəldilir,  dil  vahidlərinin  normativ  səviyyədə  istifadə 

edilməsi  haqqında  məlumatlar,  əksər  hallarda  sistemsiz,  pərakəndə  şəkildə  təqdim 

edilir.  Dil  fakültələrində  təhsil  alan  tələbələrə  dil  və  nitq  vərdişlərinin  aşılanması 

üçün  nəzərdə  tutulan  dərslik  və dərs vəsaitləri  ənənəvi olaraq “standart  ingilis  dili” 

(standart  English)-yəni  İngiltərədə  qəbul  edilmiş  ingilis  dilinin  variantının  əhatə 

edilməsini  nəzərdə  tutur.  Bununla  əlaqədar  olaraq,  belə  bir  sual  meydana  çıxır- 

“Məgər İngiltərədə istifadə edilən ingilis dili mövcud olan yeganə düzgün olan ingilis 

dilidir?”  Çox  güman  ki,  ABŞ,  Kanada,  Şotlandiya,  İrlandiya,  Avstriya,  Yeni 

Zelandiya, Cənubi Afrikada yaşayan və ingilis dilinin daşıyıcıları hesab edilən və bu 

dildən  təbii  olaraq  istifadə  edən  insanlar”  onların  ingilis  dilinin  düzgün  olmaması 

haqqında fikirlərilə razılaşmazlar (20, s.142). İngilis dilinin bu və ya digər variantının 

düzgün  olub-olmamasının  müəyyənləşdirilməsi  üçün  hansı  meyarlara  arxalanmaq 

düzgün  olardı?  Mütəxəssislərin  fikrincə,  ən  obyektiv  meyar  linqvistik  qaydalardan 

düzgün  şəkildə  istifadə  etməkdir.  Eyni  zamanda,  nəzərə  almaq  lazımdır  ki,  ingilis 

dilinin daşıyıcıları olan hətta linqvistik savada malik olan insanlar da heç də həmişə 



24 

 

 



mövcud linqvistik qaydalara riayət etmirlər. Bu cür vəziyyət onunla izah edilə bilər 

ki,  kommunikasiya  prosesi  xüsusilə  də  şifahi  ünsiyyət  prosesi  dilin  sisteminin 

təzahürü  olan  qaydalar  deyil,  dildə  mövcud  olan  normalarla  idarə  olunur.  Xarici 

dilləri,  xüsusilə  də  qlobal  dili  statusunu  qazanmaq  ingilis  dilini  tədris  edərkən, 

leksika,  qrammatika  və  fonetikanın  əhəmiyyəti,  rolu,  yerini  və  eləcə  də 

mənimsənilməli  olan  linqvistik  vahid  həcmini  və  strukturların  həcmini,  onların 

tələbələrə  aşılanması  zamanı  istifadə  ediləcək  ən  səmərəli  metod  və  üsulları 

müəyyənləşdirmək  olduqca  vacibdir.  İngilis  dilinin  tədrisinin  hansı  təlim 

kontekstində  baş  verdiyi  də  nəzərə  alınmalıdır.  Linqvistik  vahid  və  strukturların 

tələbələrə  aşılanması  prosesində  həm  məzmun,  həm  də  istifadə  edilən  metod  və 

üsullar təlim kontekstilə bilavasitə əlaqəlidir. İngilis dilini ixtisas dili fakültələrində 

öyrənən 


tələbələrə 

qrammatik 

qaydaların 

öyrədilməsi 

özü-özlüyündə 

kommunikasiyanın  qrammatik  cəhətdən  qüsursuzluğunu  və  adekvatlığını  təmin  edə 

bilməz. Kommunikativ dil təliminin prioritet kimi qəbul edildiyi dövrdə ingilis dilini 

ixtisas dili kimi tədris edən müəllimlər tələbələrə real, həqiqi ingilis dilini, yəni real, 

gündəlik  həyatda  istifadə  edilən  ingilis  dilini  öyrətməli,  dil  fakültələrində  təlim 

prosesini  məhz  bu  istiqamətdə  qurulmalıdır.  Qrammatikanın  tədrisinə  gəldikdə 

müəllim mənimsənilməli olan hər bir qrammatik vahidin kommunikasiya prosesində 

düzgün  və  adekvat  şəkildə  istifadə  edilməsini  təmin  etmək  üçün  bütövlükdə  tədris 

prosesini,  o  cümlədən  qrammatikanın  öyrədilməsi  prosesi  kommunikativ-yönümlü 

funksional-yönümlü  şəkildə  qurulmalı  və  tələbə  yönümlülük  prinsipinə  riayət 

etməklə  təşkil  edilməlidir.  Məlumdur  ki,  xarici  dillərin  tədrisində  iki,  bir-birindən 

əhəmiyyətli  dərəcədə  fərqli  olan  istiqamət  mövcuddur:  qrammatik-yönümlü  və 

kommunikativ-yönümlü təlim. Adı çəkilən yanaşmaların əsasını təşkil edən pedaqoji 

prinsiplər  də  bir-birindən  köklü  şəkildə  fərqlənir:  qrammatika-yönümlü  təlim 

mənimsənilməli  olan  linqvistik  vahidlərin,  qrammatik  qaydaların,  leksik  vahidlərin, 

fonem və intonasiya modellərinin dil fakültələrində təhsil alan və ingilis dilini ixtisas 

dili  kimi  öyrənən  tələbələrin  ingilis  dili  sahəsində  olan  bilik  səviyyələrinə  uyğun 

olaraq planlı şəkildə, əksər hallarda kommunikasiya prosesindən təcrid edilmiş halda 




25 

 

 



onlara  aşılanmasına  xidmət  edir.  Kommunikativ  yanaşmanın  əsasında  duran 

kommunikativlik,  interaktivlik  və  tələbə-yönümlülük  prinsipləri  isə  tədris  edilən 

xarici dilin kommunikasiya vasitəsi kimi mənimsənilməsində görür və buna müvafiq 

olaraq,  təqdim  edilən  hər  bir  linqvistik  vahidin,  hər  bir  nitq  strukturunun 

kommunikativ cəhətdən məna kəsb etdiyini nəzərdə tutur. Başlıca məqsəd tələbələri 

müxtəlif  xarakterli  kommunikativ  tapşırıqların  yerinə  yetirilməsi  prosesinə  cəlb 

etməklə  onları  kommunikativ  niyyətlərinə  nail  olmaq  üçün  zəruri  olan  linqvistik 

vahidlərdən  və  nitq  strukturlarından  adekvat  şəkildə  istifadə  etmək  bacarıqlarının 

formalaşdırılmasını təmin etməkdir. Mənimsənilməli olan linqvistik vahidlər və nitq 

strukturları tələbələrə hazır şəkildə təqdim edilməməlidir. Kommunikativ niyyətlərinə 

nail  olmaq  istiqamətində  fəaliyyətə  cəlb  olunan  tələbələr  zəruri  olan  linqvistik 

vahidləri, lüğətlər, eləcə də müxtəlif orijinal mənbələrə müraciət etmək yolu ilə əldə 

edirlər. Bu da öz növbəsində tələbələrin kommunikasiya prosesinə fəal, nəticələrində 

bilavasitə maraqlı olan iştirakçıları qismində cəlb edilməsini nəzərdə tutur. 

 

Müasir  dövrdə  üstünlük  kommunikativ-yönümlü  təlimə  verilir.  Eyni  zamanda 



onu  da  nəzərə  almaq  lazımdır  ki, heç  bir metod  və  ya  üsul  təkmil  deyil,  metodların 

hər  biri  konkret  təlim  kontekstinə  uyğun  şəkildə  istifadə  edilməklə  tədris  prosesinin 

daha  səmərəli  şəkildə  qurulması  və  daha  uğurlu  nəticələrin  əldə  edilməsi  üçün 

imkanlar  yaradır.  Müxtəlif  təlim  şəraitlərində  eyni  müvəffəqiyyətlə  istifadə  edilə 

bilən,  universal  bir  metod  mövcud  deyil  (6,  s.17).  Kommunikativ  yanaşmanın 

üstünlüklərinə baxmayaraq, onu hər dərdə dərman kimi qəbul etmək heç də düzgün 

olmazdı (6, s.128).  

 

Mütəxəssislər  belə  hesab  edirlər  ki,  bu  gün  populyarlığını  itirməkdə  olan, 



dillərin  tədrisinə  qrammatik  yanaşmanın  təzahürü  olan  qrammatik-tərcümə 

metodunda  müsbət  cəhətlərinin  olduğu  da  qeyd  edilməlidir.  Dilin  aspektlərinin  hər 

hansı  dilin  öyrədib-öyrənilməsində  əhəmiyyəti,  rolu  və  yeri  danılmazdır.  Lakin, 

leksika,  qrammatika  və  fonetikanın  öyrədilməsinin  özü-özlüyündə  bir  məqsəd  kimi 

qoyulması  heç  də  düzgün  olmazdı.  Təlim  prosesində  qrammatika  və  dilin  digər 

aspektləri arasında, eyni zamanda dilin aspektləri, nitq bacarıqları və kompetensiyalar 




26 

 

 



arasında  hər  bir  təlim  kontekstinə  uyğun  olan  şəkildə  müvafiq  balansın 

yaradılmasıdır.  Dillərin  tədrisi  prosesində  istifadə  edilən  yanaşma  metodların  və 

çatışmayan  cəhətləri  haqqında  danışarkən,  tədrisin  qrammatika  –yönümlü  tərzdə 

müsbət  təşkil  edildiyi  zaman  tələbələrin  daha  “qüsursuz”  vərdişlərə  yiyələnməsi, 

törədilən  səhvlərin  sayının  minimuma  endirilməsi  və  nitqlərin  qrammatik  cəhətdən 

daha  düzgün  şəkildə  təşkil  edildiyi  qeyd  edilməlidir.  Təlim  prosesinin  funksional-

yönümlü,  kommunikativ-yönümlü  şəkildə  təşkil  edildiyi  zaman  onların  daha  fəal, 

daha  təşəbbüskar  olduğu,  lakin  səhvlərin,  xüsusilə  də  qrammatika  səviyyəsində 

törədilən səhvlərin xeyli çox olduğu qeyd edilir.  

 

İxtisas  dili  kimi  tədris  edilən  ingilis  dilinin  tədrisi  prosesini  səmərəli  şəkildə 



təşkil  etmək  üçün  ilk  mövcud  təlim  kontekstində  məqsəd  və  prioritetlərin  düzgün 

şəkildə  müəyyənləşdirilməsi  xüsusi  önəm  kəsb  edir.  Təlim  prosesində  məqsədlər 

düzgün  qoyulduğu  halda,  tədrisin  məzmunu  və  istifadə  ediləcək  metod,  üsul  və 

informasiya-kommunikasiya 

texnologiyalarının  müəyyənləşdirilməsi,  prioritet 

məsələlərin  qoyuluşu  məsələsi  də  xeyli  dərəcədə  asanlaşır. Dil fakültələrində  ingilis 

dilinin ixtisas dili kimi təlimi kontekstində məqsəd və vəzifələri müəyyənləşdirərkən, 

ilk növbədə mövcud reallıqdan çıxış etmək vacibdir. Məlumdur ki, bu gün ölkəmizdə 

xarici dillərin, o cümlədən ingilis dilinin tədrisinin məqsədlərini müəyyənləşdirərkən, 

şagird  və  tələbələrin  hansı  bilik,  vərdiş,  bacarıq  və  kompetensiyalara  yiyələnməli 

olduqları, hansı linqvistik vahidlərindən, hansı nitq nümunələrindən istifadə etməklə 

kommunikasiya  prosesini  qurmaq  və  bu  prosesdə  iştirak  edərək  kommunikativ 

niyyətlərinə necə yiyələnməli amillər kimi götürülməlidir. Ali təhsil müəssisəslərində 

ingilis  dilini  öyrənən  tələbələrdən  danışarkən  burada  əsas  məqsəd  kommunikativ 

bacarıqlara  deyil,  qrammatik  bilikləri  əldə  etməklə  kommunikativ  kompetensiyanın 

formalaşdırılmasıdır.  Məhz  bu  səbəbdən  ixtisası  dil  olan  ali  məktəblərdə  ingilis 

dilinin tədrisi prosesini ənənəvi olaraq qrammatika-tərcümə metodunun prinsiplərinə 

əsaslanaraq  qurulması  qəbuledilməzdir.  Günün  tələblərinə,  müasir  tələblərə  uyğun 

şəkildə tərtib edilən kurrikulum və proqramlara qətiyyən uyğun olmayan, qrammatik-

yönümlü  şəkildə  təşkil  edilən  tədrisin  həyata  keçirilməsi  ilk  baxımdan  paradoksal 




27 

 

 



görünsə  də,  əslində  heç  də  paradoksal  kimi  qəbul  edilməməlidir.  Məlumdur  ki, 

məktəbimizin məzunlarının böyük əksəriyyətini təşkil edən abituriyentlər ali məktəbə 

daxil olarkən digər fənlərdə olduğu kimi, xarici dildən, o cümlədən ingilis dilindən də 

test  imtahanı  verməlidirlər.  Test  imtahanı  isə  yalnız  qrammatik  biliklərin 

yoxlanılmasına  yönəldiyindən  orta  təhsil  müəssisələrində  xarici  dilin  tədrisi 

prosesinin məhz bu istiqamətdə qurulması normal bir hal kimi qəbul edilməlidir. Eyni 

zamanda onu da qeyd etmək lazımdır ki, əslində bu cür vəziyyət hal-hazırda dünyada 

geniş yayılmış və dillərin tədrisi sahəsində mövcud olan metodlardan ən məqbul və 

münasib  olan,  müasir  dövrün  tələblərinə  əhəmiyyətli  dərəcədə  cavab  verən 

kommunikativ  yanaşmanın  prinsiplərinə  tamamilə  ziddir  və  prinsip  etibarilə,  qəbul 

edilməzdir.  Onu  da  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  ali  təhsil  müəssisələrində  də, 

çox vaxt dilin təliminin bu istiqamətdə təşkil edildiyi hallar müşahidə edilir.  

 

Metodistlərin və ingilis dilini ixtisas dili kimi tədris edən müəllimlərin fikrincə, 



kommunikativ  yönümlü  təlim  dilin  aspektləri  olan  qrammatika,  leksika  və  fonetika 

sahəsində  tələbələri  fəallaşdıraraq  onlarda  kommunikativ  bacarıqların  lazımı 

səviyyədə formalaşdırılması ilə bərabər, aşılanmalı olan nitq materiallarının səmərəli 

fəal şəkildə  mənimsənilməsinə xidmət  edir. Kommunikativ təlimin  üstünlüklərindən 

danışarkən, burada tələbələrin yaş və bilik səviyyələrindən asılı olmayaraq onlarda dil 

aspektləri,  o  cümlədən  də  qrammatikanın  mənimsənilməsi  və  müvafiq  vərdiş  və 

bacarıqların,  o  cümlədən  qrammatik  vərdiş  və  bacarıqlarının  formalaşdırılmasıdaha 

yüksək  səviyyədə  baş  verir  və  nəticə  etibarilə  xarici  dili,  o  cümlədən  ingilis  dilini 

kommunikativ-yönümlü  şəkildə  öyrənən  tələbələr  daha  yüksək  nailiyyətləri  əldə 

etməyə qadir olurlar (27: 477-478). 

 

Eyni  zamanda,  qeyd  edilməlidir  ki,  kommunikativ-yönümlü  tədrisin  ilkin 



pillələrində  tələbələr  tərəfindən  buraxılan  həm  dil,  həm  də  nitq  səhvlərinin,  o 

cümlədən  materialların  istifadəsi  zamanı  törədilən  səhvlərin  miqdarı  ənənəvi  olan 

qrammatika-yönümlü  təlim  vasitəsilə  dil  öyrənən  tələbələr  ilə  müqayisədə  çoxluq 

təşkil  edir.  Kommunikativ  yanaşmanın  tətbiq  edildiyi  təlim  kontekstində 

mənimsənilməsi  prosesinin  başlanğıc  dövründə  çoxsaylı  səhvlər  törədən  tələbələrdə 



28 

 

 



dil  duyma  qabiliyyəti  formalaşır  və  həmin  tələbələr  tərəfindən  törədilən  səhvlərin 

sayı  əhəmiyyətli  dərəcədə  azalır.  İngilis  dilinin  qrammatik  yönümlü  təlimi  zamanı 

proqramda  mənimsənilməsi  nəzərdə  tutulan  linqvistik  vahidlər,  o  cümlədən 

qrammatik strukturları müəllim tərəfindən tələbələrə hazır şəkildə və əksər hallarda 

deduktiv  üsulla  təqdim  edilir.  Ənənəvi  olaraq,  müəllim  qrammatik  materialları 

tələbələrin  ana  dilləri  ilə  müqayisəli  şəkildə  izah  edir.  Tərcümədən  geniş  şəkildə 

istifadə  edilir. Əksər hallarda  tədris  edilən  xarici dildən  (ingilis  dilindən) tələbələrin 

ana  dili  olan  Azərbaycan  dilinə,  nadir  hallarda  isə  ana  dilindən  ingilis  dilinə 

tərcümələr  edilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  tələbələr  qaydaları  öyrənməli, 

bəzən  hətta  əzbərləməli  olur,  mənimsənilməli  olan  qrammatik  və  intonasiya 

strukturlarının dəfələrlə təkrarlanma yolu ilə öyrənilməsinə üstünlük verilir.  

 

Mənimsənilmiş  və  mənimsənilməli  olan  linqvistik  strukturların  cümlə  və 



situasiyalarda  istifadəsinə  yönəldilmiş  tapşırıqların  yerinə  yetirilməsinə  də  xüsusi 

önəm verilir. Eyni zamanda, təəssüflə qeyd edilməlidir ki, yəni qrammatik-yönümlü 

tərzdə  təşkil  edilmiş  təlim  prosesi  mənimsənilmiş  linqvistik  vahidlərin  yaradıcı 

kommunikasiya  prosesində  qüsursuz,  sərbəst  və  kommunikasiyanın  baş  verdiyi 

situasiyaya uyğun olan şəkildə istifadə edilməsini təmin edə bilmir. Mənimsənilmiş 

linqvistik  strukturlardan  yaradıcı  kommunikasiya  prosesində  istifadə  etmək 

bacarığının  tələbələrdə  formalaşdırılması  dil  fakültələrində  çalışan  mütəxəssislərin 

qarşısında  qoyulan  əsas  məqsədlərdəndir.  Qrammatik-yönümlü  təlim  daha  çox 

linqvistika  sahəsində  nəzəri  biliklərin  əldə  edilməsi,  proqramda  verilən  söz  və  söz 

birləşmələri, intonasiya və qrammatik strukturlar haqqında məlumatın əldə edilməsini 

üstün  tutur,  əldə  edilmiş  biliklərin  praktikaya  tərtib  edilməsinə  isə  kifayət  qədər 

diqqət  verilmir.  Diqqət  mərkəzində  olan  əsas  məsələlərdən  biri  linqvistik 

materialların  əldə  edilməsini  üstün  tutur,  əldə  edilmiş  biliklərin  praktikaya  tərtib 

edilməsinə  isə  kifayət  qədər  diqqət  verilmir.  Diqqət  mərkəzində  olan  əsas 

məsələlərdən  biri  linqvistik  materialların  istifadə  edilməsi  haqqında  qaydaların 

mükəmməl  şəkildə  mənimsənilməsi  və  həmin  materiallardan  istifadə  edərkən 

səhvlərin törədilməməsidir. Qrammatik yanaşma üzərində qurulan təlim nitqin leksik, 



29 

 

 



qrammatik  və  tələffüz  cəhətdən  qüsursuz  olmasını  prioritet  hesab  edir.  Qrammatik-

yönümlü tədris irəli sürülən məqsədə, yəni xarici dil materiallarının düzgün, qüsursuz 

şəkildə  istifadə  etmək  bacarığının  formalaşdırılmasına  nail  olmaq  istiqamətində 

qurulur.  Tədris  edilən  dildə  kommunikasiya  vasitəsi  kimi  istifadə  etmək 

bacarıqlarının  aşılanmasına  kifayət  qədər  önəm  verilmir.  Tələbələrdə  tədris  edilən 

xarici  dildə  kommunikativ  bacarıqların  aşılanmasını  əsas  məqsəd  kimi  irəli  sürən 

kommunikativ-yönümlü  təlim  materiallarının  kommunikasiya  prosesində  sərbəst, 

səlis,  yaradıcı  şəkildə  istifadə  edilməsini  əsa  meyar  kimi  qəbul  edir.  Qoyulan 

məqsədlərə uyğun olaraq, kommunikativ-yönümlü təlim prosesi tələbələrdə linqvistik 

vahidlərin  kommunikasiya  prosesində  kommunikativ  niyyətlərinə  nail  olmaq  üçün 

sərbəst şəkildə istifadə etmək bacarığının formalaşdırılması istiqamətində qurulur.  

 

Dil  fakültələrində  xarici  dillərin,  xüsusilə  də  ixtisas  dili  olan  ingilis  dilinin 



tədrisi  barəsində  danışarkən,  tələbələrdə  kommunikativ  bacarıqların  deyil,  daha  çox 

kommunikativ 

səriştənin 

formalaşdırılmasından  getməlidir.  Məlumdur  ki, 

kommunikativ  kompetensiyanı  təşkil  edən  əsas  komponentlər  aşağıdakılardır: 

qrammatik  və  ya  linqvistik  kompetensiya,  diskursiv  kompetensiya,  sosiomədəni 

kompetensiya və strateji kompetensiya.  

 

Dil  fakültələrində  qoyulan  başlıca  vəzifələrdən  biri,  tələbələrdə  kommunikativ 



kompetensiyanın ayrılmaz tərkib hissəsi olan və onun əsasını təşkil edən qrammatik 

kompetensiyanın formalaşdırılmasıdır. Beləliklə, tədqiqat işimizin diqqət mərkəzində 

duran  əsas  məsələ  qrammatika  və  kommunikasiyanın  əlaqələndirilmiş  şəkildə, 

kommunikativlik,  interaktivlik  və  tələbə-yönümlülük  prinsiplərinə  riayət  etməklə, 

tələbələrə aşılanmasıdır. Dilin aspektlərinin, xüsusilə də öyrədib-öyrənilmənin xarici 

dillərin  tədrisi  metodikasının  ən  vacib  problemlərindən  olduğu  danılmazdır. 

Qrammatikanın  mənimsənilməsi  hər  hansı  xarici  dilin,  o  cümlədən  ingilis  dilinin 

öyrənilməsinin  əsas  şərtlərindəndir.  Eyni  zamanda  onu  da  vurğulamaq  lazımdır  ki, 

dilin  aspektlərinin,  o  cümlədən  də  xüsusi  əhəmiyyət  kəsb  edən  qrammatik  aspektin 

öyrədilməsi özü-özlüyündə bir məqsəd ola bilməz. Biz dilin aspektləri olan leksika, 

fonetika və qrammatikanı yeganə bir məqsədlə öyrənirik-dili kommunikasiya vasitəsi 



30 

 

 



kimi  mənimsəmək  üçün.  Belə  ki,  qrammatikanı  mənimsəmək  dilin  strukturunu 

öyrənmək  deməkdir.  Kommunikasiyanı  idarə  edən  qrammatik  quruluşu  bilmədən 

kommunikasiya  prosesini  düzgün  və  adekvat  şəkildə  qurmaq  qeyri-mümkündür. 

Qrammatik  strukturların  kommunikasiya  prosesindən  təcrid  olunmuş  şəkildə  deyil, 

kommunikasiya  prosesində  mənimsənilməsi  dilin  funksional-yönümlü  təlim 

prosesinin  daha  səmərəli  şəkildə  təşkil  edilməsi  və  daha  yüksək  nailiyyətlərin  əldə 

edilməsini təmin edən əsas şərtlərdəndir.  

 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  ingilis  dilini  ixtisas  dili  kimi  tədris  edən 



müəllimlərin  bəziləri  özlərini  məhz  kommunikativ-yönümlü  tədrisin  tərəfdarları 

olduqları  və  tədrisdə  kommunikativ  prinsiplərini  üstün  tutduqlarını  bəyan  edərək, 

reallıqda  qrammatik-yönümlü  təlim  prinsiplərinə  riayət  edirlər.  Kommunikativ 

təlimin  təşkil  edilməsi  və  həyata  keçirilməsinin  kifayət  qədər  mürəkkəb  bir  məsələ 

olması müəyyən dərəcədə paradoksal olan vəziyyəti törədən əsas səbəblərdən biridir. 

Məsələni  daha  çox  çətinləşdirən  ən  önəmli  amillərdən  biri  burada  aydın 

qiymətləndirmə  meyarlarının  olmamasıdır.  Məlumdur  ki,  təlim  prosesini  düzgün 

şəkildə təşkil etməyə kömək edir. Qrammatik-yönümlü təlim qiymətləndirmə zamanı 

tələbələrin  bilikləri  olduqca  aydın  şəkildə,  əksər  hallarda  testlər  vasitəsilə  yoxlanılır 

və  bu  zaman  tələbələrin  bilik  səviyyələrinin  yoxlanılması  və  qiymətləndirilməsi 

asanlıqla  həyata  keçirilir  və  tələbələrdə  qrammatik  biliklərin  hansı  səviyyədə 

olduğunu müəyyənləşdirməyə imkan verir.  

 

Onu  da  xüsusilə  vurğulamaq  lazımdır  ki,  burada  söhbət  vərdiş  və  bacarıqların 



deyil, 

məhz 


tələbələrin 

bilik 


səviyyəsini 

müəyyənləşdirməkdən  gedir. 

Qiymətləndirmə  problemi  kifayət  qədər  mübahisəli  olsa  da,  metodistlər  və  dil 

müəllimləri  arasında  testlərin  tələbələrdə  olan  bilik  səviyyəsini  müəyyənləşdirmək 

üçün  nə  dərəcədə  universal,  yararlı  və  obyektiv  olmasına  dair  fikir  müxtəlifliyinə 

baxmayaraq,  qrammatik-yönümlü  təlim  prosesinin  ayrılmaz  komponenti  olan 

testləşmə  sistemi  müəllim  və  ən  əsasən,  tələbənin  özündə  mövcud  bilik  səviyyəsi 

haqqında  təsəvvür  yaratmağa  imkan  verir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

kommunikativ  təlimdə  imkanların  olmadığından,  həm  müəllim,  həm  də  tələbələrdə 



31 

 

 



mənimsənilməli  olan  bilik  və  bacarıqların  qiymətləndirilməsi  üçün  obyektiv 

meyarların  mövcud  olmaması  və  burada  qiymətləndirmənin  müəyyən  dərəcədə 

təsadüfi  xarakterə  malik  olduğu  və  pərakəndə  şəkildə  həyata  keçirilməsi  haqqında 

təəssürat yarana bilər. Xarici dilin təlimi prosesinin ən vacib komponentlərindən biri 

olan  qiymətləndirmə  düzgün,  günün  tələblərinə  uyğun  olan  şəkildə  aparılması  bu 

prosesin  pərakəndə  şəkildə  həyata  keçirilməsi,  tələbələrdə  özünüqiymətləndirmə 

meyarları  olmadığı  halda  dilin  öyrənilməsinə  marağın,  motivasiyanın  itirilməsi  və 

nəticə  etibarilə  uğursuzluğa  gətirib  çıxara  bilər.  Göründüyü  kimi,  müasir  dövrün 

tələblərinə  əhəmiyyətli  dərəcədə  cavab  verən,  mövcud  olan  digər  metod  və 

yanaşmalarla müqayisədə mütərəqqi hesab edilən və həqiqətən də mütərəqqi ideya və 

fikirlərə  arxalanan  kommunikativ  təlim  əslində  təkmil  deyil.  Kommunikativ  təlimin 

çatışmayan  cəhətlərindən  ən  önəmlisi  burada  aydın  və  dəqiq  qiymətləndirmə 

meyarlarının  olmamasıdır.  Lakin  axtarışda  olan  metodist  alim  və  nəzəri  fikir  və 

ideyaları təcrübəyə tətbiq edən xarici dil müəllimləri mövcud vəziyyətdən çıxış yolu 

tapmağa  çalışırlar  və  bu  istiqamətdə  araşdırmaları  davam  etdirirlər.  Dilin  və  o 

cümlədən  də  linqvistik  vahid  və  strukturların  funksional-yönümlü,  kommunikativ-

yönümlü  mənimsənilməsi  yollarını  tədqiq  edərkən  ilk  növbədə  yoxlanılması  və 

qiymətləndirilməsi  yolları  və  meyarlarını  müəyyənləşdirmək  lazımdır.  Məsələni 

araşdıran  tədqiqatçıların  elmi-metodik  əsərlərinin  təhlili,  aparılan  təlim  nəticəsində 

tələbələr  tərəfindən  mənimsənilmiş  bilik  və  bacarıqların  düzgün  və  adekvat  şəkildə 

qiymətləndirilməsi 

tələbələrdə 

xarici 

dilin 


öyrənilməsinə 

motivasiyanın 

yaradılmasına təkan verən əsas amillər hesab edilə bilər. Aparılan müşahidələr belə 

bir fərziyyə irəli sürməyə imkan verir ki, kommunikativ yolla mənimsənilmiş bilik və 

bacarıqlar  məhz  bu  yolla  da,  yəni  kommunikativ  yolla  yoxlanılmalı  və 

qiymətləndirilməlidir.  Tələbələr  tərəfindən  mənimsənilmiş  linqvistik  bilik  və 

bacarıqların  yoxlanılması  da  məhz  bu  istiqamətdə  aparılmalıdır.  Dil  fakültələrində 

irəli  sürülən  əsas  məqsədlərdən  biri  mənimsənilməsi  nəzərdə  tutulmuş  linqvistik 

materialların  yaradıcı,  sərbəst  kommunikasiya  prosesində  qüsursuz  və  adekvat 

şəkildə istifadə edilməsi olduğu səbəbindən, tələbələrin onlarda müvafiq bacarıqların 




32 

 

 



hansı  səviyyədə  olması  da  məhz  kommunikativ  xarakterli  tapşırıqların  tələbələrə 

təqdim edilməsi yolu ilə baş verməlidir. 

 

Dil  fakültələrində  kommunikativ-təlim  prosesinin  həyata  keçirildiyi  bütün 



pillələrdə  tələbələrin  əldə  etdiyi  bilik  və  yiyələndiyi  vərdiş  və  bacarıqlarının 

yoxlanılması  müntəzəm  olaraq,  sistemi  şəkildə  aparılmalı  və  onların  qeydiyyatı 

aparılmalı,  təlim  kontekstinə  uyğun  olan  şəkildə  təhsil  məkanında  qəbul  edilmiş 

meyarlar  əsasında  həyata  keçirilməlidir.  Dil  fakültələrində  ingilis  dilini  ixtisas  dili 

kimi  öyrənən  tələbələri  həvəsləndirmək  və  onlarda  təlim  prosesinin  səmərəli  və 

nəticə-yönümlü şəkildə qurulması haqqında əminlik yaratmaq üçün onları müntəzəm 

olaraq  baş  verən  dəyişikliklər  haqqında  məlumatlandırmaq  və  əldə  edilən  nəticələri 

qruplarda  müzakirə  etməklə  daha  səmərəli  nəticələrin  əldə  edilməsi  üçün  zəmin 

yaratmış olur.  

 

Linqvistik  materialların  yaradıcı  kommunikasiya  qüsursuz  və  adekvat  şəkildə 



istifadə  etmək  bacarığının  tələbələrə  aşılamaq  məqsədilə  tələbələr  tərəfindən  onlara 

təqdim  edilən  kommunikativ  xarakterli  tapşırığın  yazılı  şəkildə  yerinə  yetirilməsi 

məqsədəuyğundur.  Tapşırıqların  tam  sərbəst,  müstəqil  şəkildə    yerinə  yetirilməsi 

tələbə-yönümlülük  prinsipi  üzərində  qurulmuş  təlim  prosesinin  mütləq tələblərindən 

biridir.  

 

İxtisası xarici dil olan ali məktəblərdə təhsil alan və ingilis dilini ixtisas dili kimi 



öyrənən  tələbələrin  və  onlara  ixtisas  dilini,  o  cümlədən  ixtisas  dilinin  aspektlərini 

tədris edən müəllimlərin qarşısında qoyulan əsas məqsəd tələbələrin linqvistik savada 

malik  olan  dil  daşıyıcıları  səviyyəsinə  yaxın  olan  səviyyədə  ixtisas  dilinə 

yiyələnməsidir.  Xarici  dilin  mənimsənilməsi  prosesi  intensiv  və  gərginlikdən  azad 

olmalıdır.  Başlıca  vəzifə  isə  tələbələrə  linqvistik  qaydaları  aşılamaqla  bərabər, 

onlarda  tədris  edilən  xarici  dildən  qüsursuz  və  yaradıcı  şəkildə  istifadə  etməklə 

kommunikasiya  prosesində  kommunikativ  niyyətlərinə  uğurlu  şəkildə  nail  olmaq 

qabiliyyətini  və  həmin  qabiliyyətdən  istifadə  etmək  yollarının  tələbələrdə 

formalaşdırılmasına təkan verməlidir.  



33 

 

 



 

Qlobal  dil  olan  ingilis  dilini  qrammatik-tərcümə  metodu  vasitəsilə  öyrənən 

şəxslər  qeyd  edirlər  ki,  dilin  öyrədilməsi  və  öyrənilməsi  prosesi  tələbələr  üçün 

maraqsız, onların ehtiyac və tələbatlarına uyğun olmayan təlim materiallarının tədris 

edilən  dildən  ana  dilinə  tərcümə  edilməsi,  leksik  vahidlərin  təcrid  edilmiş  şəkildə 

əzbərlənməsi,  sonsuz  qrammatik  qaydaların  təkrarlanması  formasında  həyata 

keçirilirdi  (6,  s.98-99).  Bununla  bərabər  ilk  baxışdan  maraqsız  və  son  dərəcədə 

əhəmiyyətsiz  görünən  bu  metod  vasitəsilə  dili  öyrənən  tələbələr  onlarda  ixtisas  dili 

olan  xarici  dil  sahəsində  kifayət  qədər  bilik  və  bacarıqların  olmasını  və  bu  yolla 

mənimsənilmiş  bilik  və  bacarıqların  onlara  dildən  funksional-yönümlü  şəkildə 

istifadə  etməyə,  dildə  danışmağa,  yazmağa,  oxumağa  və  eşidib-anlamağa  imkan 

verdiyini qeyd edirlər. Eyni zamanda qeyd edilməlidir ki, xarici dilin bu yolla tədris 

edildiyi halda, ingilis dilini ixtisas dili kimi öyrənən tələbələrin dil daşıyıcılarına xas 

olmayan  xarakterə  malik  olur.  Dil  fakültələrində  ingilis  dilini  ixtisas  dili  kimi 

öyrənən  tələbələrdə  kommunikativ  bacarıqların  lazımı  səviyyədə  inkişaf  etdirilməsi 

üçün  həmin  şəxslərin  dil  daşıyıcıları  ilə  real  kommunikasiya  prosesinə  interaktiv 

şəkildə qoşulmaları mütləqdir. Yalnız bu yolla təbii, danışıq və dil daşıyıcılarına xas 

olan  bacarıqlarına  yiyələnmək  mümkündür.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki, 

qrammatik-tərcümə  metodu  vasitəsilə  əsas,  təməl  bacarıqlara  yiyələnməklə,  növbəti 

mərhələlərdə  kommunikativ  bacarıqlar  inkişaf  etdirilir  və  təkmilləşdirilir.  Dilin  və 

dilin  mühüm  aspektlərindən  biri  olan  qrammatikanın  və  dilin  olduqca  vacib  olan 

aspektləri olan leksika və fonetikanın tədrisində səmərəli nəticələrin əldə edilməsinin 

mümkün  olduğu  halda  tədqiqatçılar  ingilis  dilini  tədris  edən  müəllimlərinin 

qrammatik-yönümlü tədrisdən imtina edərək kommnukativ-yönümlü tədrisə üstünlük 

vermələrinin  səbəbini  araşdırarkən,  kommunikativ  təlimin  əsasını  təşkil  edən 

kommunikativlik,  interaktivlik  və  tələbə-yönümlülük  prinsiplərini  üstün  tutan 

metodistlər və müəllimlərin əksəriyyəti belə hesab edirlər ki, hər hansı xarici dilin, o 

cümlədən qlobal ünsiyyət dili olan ingilis dilinin tədrisinin əsas səbəbi kommunikativ 

bacarıqların  dilöyrənənlərə  aşılanmasıdır.  Əks  təqdirdə  linqvistik  biliklərin 

mənimsənilməsi tamamilə mənasız və nəticəsiz bir prosesə çevrilmiş olur (6. s.77). 




34 

 

 



 

Bu fikirlə razılaşmaq olduqca çətindir. Kommunikasiya prosesi həm şifahi, həm 

də  yazılı  formada  baş  verə  bilər.  Xarici  dillərin,  o  cümlədən  də  dilin  aspektlərinin 

tədrisinə  qrammatik-yönümlü  yanaşma  tətbiq  edilərkən,  kommunikasiyaya 

yiyələnməyi  əhəmiyyət  verilmir  və  müvafiq  olaraq,  linqvistik  materiallarının 

kommunikativ  kontekstdən  təcrid  edilmiş  şəkildə  mənimsənilməsini  nəzərdə  tutur. 

Real  və  ekspromt  şəkildə  baş  verən  kommunikasiya  üçün  imkan  və  şərait  olmadığı 

halda  kommunikativ  kompetensiyanın  tələbələrdə  formalaşdırılmasının  xarici  dil 

tədrisinin  başlıca  vəzifə  kimi  qoyulması  nə  dərəcədə  məqsədəuyğun  və  qoyulan 

məqsədə  nail  olmaq  nə  dərəcədə  realdır?  İngilis  dilinin  kommunikasiya  istifadə 

edilməsi  üçün  real  mühitin  və  dil  daşıyıcıları  ilə  birbaşa  ünsiyyətə  girmək 

imkanlarının  olmadığı  təlim  kontekstində  bu  sualı  cavablandırmağa  cəhd  edən  dil 

sahəsində çalışan mütəxəssislərin bəziləri reallıqda mövcud olan şəraitdə qrammatik-

yönümlü  təlim  prinsiplərinə  üstünlüyün  verilməsinə  bəraət  qazandırır  və  məhz 

qrammatik-tərcümə  metodundan  istifadə  etməklə  təlim  prosesinin  daha  səmərəli 

şəkildə  qurulması  və  müvafiq  nəticələrin  əldə  edilməsinə  xidmət  edə  bilər. 

Qrammatik-yönümlü  təlim  biliklərinin,  o  cümlədən  dilin  leksikası,  qrammatikası  və 

fonetikası sahəsində biliklərin sistem şəklində mənimsənilməsinə xidmət edir. Lakin 

mənimsənilmiş  bilikləri  dillərin  tədrisi  poetikasına  tətbiq  etmək  bacarıqlarının  bu 

üsuldan  istifadə  etməklə  inkişaf  etdirilməsi  qeyri-mümkündür.  Tələbələri 

kommunikasiya prosesinə cəlb etmək və onlarda motivasiyanı  yaratmaq üçün onları 

kommunikativlik  və  tələbə-yönümlülük  prinsipləri  üzərində  qurulmuş  çalışma  və 

tapşırıqların  yerinə  yetirilməsi  istiqamətində  yönəltmək  lazımdır.  Qrammatik-

yönümlü  təlimdə  kommunikativ-xarakterli  tapşırıqlardan  bir  vasitə  kimi  istifadə 

edilsə də, burada əsas məqsəd kommunikativ bacarıqların aşılanması deyil, linqvistik 

materiallarının tələbələr tərəfindən mənimsənilməsidir.  

 

Qeyd edilməlidir ki, bu gün vaxta qənaət etmək imkanı verən problemlərin həll 



etmə  yolları,  eləcə  də  mövcud  metod  və  üsullar  alqışlanır.  Kommunikativ-yönümlü 

təlim prosesində mərhələli şəkildə təqdim edilən autentik mətnlər vasitəsilə tələbələr 

dil  daşıyıcılarının  mədəniyyəti  ilə  tanış  olmaq  imkanı  əldə  edirlər.  Dil  və 



35 

 

 



mədəniyyətin vəhdət təşkil etdiyini nəzərə alaraq, mədəniyyətlə tanışlıq müvafiq dilin 

daha  yüksək  səviyyədə  mənimsənilməsini  təmin  edə  bilən  ən önəmli  amillərdəndir. 

Bəzən  hətta  tələbələr  üçün  maraqlı  olmayan,  onların  yaş  səviyyələrini,  ehtiyac  və 

tələbatlarını  nəzərə  almadan  seçilmiş  autentik  mətnlərdə  dil  daşıyıcılarının 

mədəniyyəti  ilə  bağlı  dəyərli  məlumatları  özündə  ehtiva  edir.  Bu  cür  mətnlərin 

istifadə  edilməsi  ixtisas  dilinin  keyfiyyət  baxımından  daha  yüksək  səviyyədə 

mənimsənilməsinə  xidmət  edir.  İngilis  dilinin,  qrammatik-yönümlü  yanaşma  və 

kommunikativ-yönümlü  yanaşma  arasında  müqayisə  apararkən  onu  vurğulamaq 

lazımdır  ki,  müasir  dövrün  tələbələrinə  cavab  verən  və  dillərin  tədrisində  istiqamət 

kimi qəbul edilmiş kommunikativ-yönümlü təlimlə yanaşı qrammatik-yönümlü təlim 

də  müəyyən  dərəcədə  öz  aktuallığını  saxlamaqdadır.  Bunun    səbəbi  ali  məktəblərə 

qəbul  imtahanlarının  test  üsulu  ilə  keçirilməsi,  bolonya  prosesinə  qoşulmuş  ali 

məktəblərin  özündə  də  ssessiya  imtahanlarının  test  üsulu  ilə  təşkil  edilməsindədir. 

Xaricdə  təhsillərini  davam  etdirmək  arzusunda  olan  şəxslər  İELTS  imtahanlarını 

verib  tələb  edilən  balları  qazanmaq  üçün  ingilis  dilini  kommunikativ-yönümlü 

üsullardan  istifadə  etməklə  bərabər,  qrammatik-yönümlü  təlim  vasitəsilə  öyrənməli 

olurlar. Kommunikativ kompetensiyanın tələbələrə aşılanması xarici dillərin, xüsusilə 

də  ingilis  dilinin  tədrisində  prioritet  sahə  elan  edildiyinə  və  proqramlarda  məhz 

kommunikativ yanaşmaya üstünlüyün verilməsinə baxmayaraq, kommunikativ təlim 

yuxarıda  qeyd  edilən  imtahanların  uğurla  verilməsi  və  balları  qazanmaq  üçün  tələb 

edilən düzgün və dəqiq dil vərdişləri və bacarıqları, eləcə də dil sahəsində biliklərin 

lazımı  səviyyədə  mənimsənilməsini  təmin  edə  bilmir.  Beləliklə  də,  ingilis  dilinin 

ixtisas  dili  kimi  tədrisindən  danışarkən  müasir  dövrdə  tələbələrin  maraq,  tələbat  və 

ehtiyaclarına  əsaslanmaqla  kommunikativlik,  interaktivlik  və  tələbə-yönümlülük 

prinsiplərinə  riayət  etməklə  dil  fakültələrində  ingilis  dilinin  təlim  prosesinin  daha 

düzgün  və  səmərəli  şəkildə  təşkil  edilməsini  təmin  etmək  mümkündür. 

Kommunikativ  təlim  qlobal  miqyasda  əsas  ünsiyyət  dili  kimi  qəbul  edilmiş  ingilis 

dilini  öyrənən  tələbələrin  maraqlarına  daha  uyğun  olsa  da,  göründüyü  kimi,  bəzi 

hallarda,  hətta  bu  gün  qrammatik-yönümlü  təlim  üsullarına  müraciət  etmiş  oluruq. 



36 

 

 



Metodist-alim  və  ingilis  dilini  ixtisas  dili  kimi  tədris  edən  müəllimlərin  qarşısında 

duran başlıca vəzifə deyilənləri nəzərə almaqla konkret təlim kontekstində hər hansı 

yeganə  bir  metod  deyil,  tədrisin  hər  bir  mərhələsində  qoyulan  məqsəd  və 

vəzifələrdən,  eləcə  də  tələbələrin  maraq,  tələbat  və  ehtiyaclarından  asılı  olaraq 

istifadə  edilməsi  daha  səmərəli  olan  metod  və  üsulları  müəyyənləşdirmək  və  onları 

uğurla həyata keçirməkdir.  

 

İxtisası  dil  olan  ali  məktəblərdə  təhsil  alan  tələbələrin  qarşısında  duran  əsas 



məqsədlərdən  biri  lazımı  linqvistik  bilikləri  əldə  etməklə  test  üsulu  ilə  verilən 

imtahanlara  hazırlaşmaqdır.  Dil  fakültələrində  ixtisas  dilinin  tədrisindən  danışarkən 

hansı  linqvistik  biliklərin  əldə  edilməsinin  zəruri  olduğu,  hansı  dil  və  nitq 

vahidlərinin prioritet təşkil etdikləri müəyyənləşdirilməlidir. Mənimsənilməli olan dil 

və  nitq  vahidləri  tələbələrin  səviyyələrinə  uyğun  olmalı,  müvafiq  təhsil  pillələrində 

qoyulan məqsədlərə nail olmaqla xidmət etməli, aydın və tələbələr üçün maraqlı olan 

tərzdə onlara təqdim edilməlidir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


37 

 

 



II FƏSİL 

İNGİLİS DİLİ FAKÜLTƏSİNDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRƏ İXTİSAS DİLİ 

OLAN XARİCİ DİLİN TƏLƏBƏ-YÖNÜMLÜ TƏLİMİ METODİKASI 

 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin