Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix10.03.2022
ölçüsü0,83 Mb.
#114804
1   ...   4   5   6   7   8   9   10   11   12
Turkan Aslanova Ixtisasi Ingilis ili olan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




73 

 

 



                                                     N Ə T İ C Ə 

 

Müasir  dünyada  qlobal  ünsiyyət  dili  statusunu  əldə  etmiş,  qlobal  miqyasda 

dominant  rol  oynamaqda  olan  ingilis  dilini  xarici  və  yaxud  ikinci  dil  kimi  öyrənən 

insanların dayanmadan artmaqdadır.  

 

Azərbaycanın  dünya  dövlətləri  ilə  hərtərəfli  əlaqələrinin  inkişaf  etdirilməsi 



müasir  dünyada  aparıcı  xarici  dillərin,  xüsusilə  də  ingilis  dilinin  öyrədilməsi  və 

öyrənilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən birinə çevrilir. Bu gün ingilis 

dili ökləmizin ali və orta təhsil müəssisələrində tədris edilən əsas fənnlərdən biridir. 

Son  zamanlar  xarici  dillərin,  o  cümlədən  də  ingilis  dilinin  tədrisi  sahəsində  ciddi 

dəyişikliklər baş verməkdədir. Orta və ali təhsil müəssisələrində ingilis dilinin tədrisi 

ilə  bağlı  mövcud  olan  problem  və  çətinlikləri  aradan  qaldırmaq  üçün  dövrün 

tələblərinə uyğun olmayan tədris proqramlarına yenidən baxılmalı, innovativ ideya və 

metodlar dillərin tədrisi praktikasına tətbiq edilməlidir. Onu da qeyd etmək lazımdır 

ki, bu gün xarici dillərin, o cümlədən də ingilis dilinin kommunikativ-yönümlü tədrisi 

prioritet  məqsəd  kimi  qoyulur.  Bu  isə  dilöyrənənlərin  öyrənilən  xarici  dilə 

kommunikasiya vasitəsi kimi istifadə etmək qabiliyyətinə yiyələnməyi başlıca vəzifə 

kimi irəli sürür.  

 

İxtisası xarici dil olan ali məktəblərdə ingilis dilinin öyrənilməsində əsas məqsəd 



ixtisas kimi  tədris  edilən xarici  dildə  kommunikativ kompetensiyaya  yiyələnməkdir. 

Qoyulan  məqsədə  nail  olmaq  üçün  dil  fakültələrində  ixtisas  dilinin  tədrisi 

kommunikativ-yönümlü, 

funksional-yönümlü 

şəkildə 

təşkil 


edilməli 

və 


kommunikativ  yanaşmanın  əsasında  duran  kommunikativlik,  interaktivlik 

prinsiplərinə  riayət  etməklə  həyata  keçirilməlidir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 

tələbə-yönümlülük  prinsipinin  təlim  prosesinə  tətbiq  edilməsi  müəyyən  problem  və 

çətinliklərlə müşayiət edilir.  

 

İxtisası  xarici  dil  olan  ali  məktəblərdə  təhsil  alan  tələbələrə  öyrənilən  dildən 



qüsursuz,  sərbəst,  yaradıcı  və  ən  önəmlisi,  kommunikasiyanın  baş  verdiyi 

situasiyalara  uyğun  olan  şəkildə  istifadə  etməklə  kommunikativ  niyyətlərinə  nail 




74 

 

 



olmaq  bacarıqlarının  inkişaf  etdirilməsidir.  Apardığımız  araşdırmaların  nəticələri 

aşağıdakı şəkildə ümumiləşdirilə bilər: 

1)  Xarici dildə kommunikativ kompetensiyanın inkişaf etdirilməsi məqsədinə 

nail olmaq üçün dil fakültələrində ixtisas dilinin təlimi prosesi kommunikativ 

yanaşmanın əsasını təşkil edən kommunikativlik, interaktivlik və tələbə-

yönümlülük prinsiplərinə riayət etməklə qurulmalıdır. 

 

2)  Tələbə yönümlülük prinsipinin əsas tələblərindən biri təlim prosesinin 



tələbələrin tələbat və ehtiyaclarını nəzərə almaqla təşkil edilməsi və həyata 

keçirilməsidir. 

 

3)  Dil fakültələrində ixtisas dili kimi tədris edilən ingilis dilinin təlimi prosesinə 



tələbə-yönümlülük prinsipinin tətbiq edilməsi onu tələb edir ki, burada 

istifadə edilən metod və üsulların, təlim xüsusiyyətlərini, onlarda olan bilik, 

vərdiş və bacarıqların səviyyəsini, maraq dairələrini, məqsədlərini, ehtiyac və 

tələbatlarını nəzərə almaqla seçilməlidir. 

 

4)  Tələbələr dilöyrənmə prosesinə fəal, təşəbbüskar iştirakçılar qismində cəlb 



edilməlidir. Tələbələr təlim prosesində obyekt deyil, subyekt kimi çıxış 

etməlidirlər. 

 

 

 



 

 

 



 

 

 



 

 



75 

 

 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin