Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,75 Mb.
səhifə5/6
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#7327
1   2   3   4   5   6

*Cədvəl Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında tərtib edilmişdir
Azərbaycanın 2015-ci ildə coğrafı regionlar üzrə idaxlınm və ixracınım quruluşuna aid Cədvəl 5-in təhlili də maraqlı nəticələr əldə etməyə imkan verir. Beləki, göründüyü kimi ilbəil Avropa regionuna ixracın payı sürətlə artır. Göründüyü kimi, 2015-ci ildə cəmi ixracın 71,5%-i Avropaya istiqamətlənmiş, əvvəlki ilə nəzərən 12,4% artım təşkil etmişdir. tdxalda da Avropanm payı ən yüksək olmuş, əvvəlki illərə nəzərən artım müşahidə edilmişdir. İdxalda ikinci Asiya regionudur.

Azərbaycan Respublikasının Milli İqtisadiyyat perespektivi üzrə strateji Yol Xəritəsində dünyaya səmərəli inteqrasiyanın perespektivləri müəyyənləşdirilir.İdxalı əvəzləyən məhsullar istehsalı və rəqabətqabiliyyətli məhsullar istehsalı hesabına hazır məhsul ixracının stimullaşdırılması xüsusi ilə vurğulanır. Beynəlxalq iqtisadi əməkdaşlığm inkişafı və inteqrasiya prosesbrinin sürətlənməsi ilk növbədə ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir ki, bu zaman da əsas istiqamətlərdən biri də dünya təsərrüfat əlaqələrində və beynəlxalq iqtisadiyyatda böyük çəkiyə və rola malik müxtəlif təşkilatlarla əlaqələri genişləndirməkdən ibarət olmalıdır. Azərbaycan da müstəqillik qazandığı ilk illərdər etibarən beynəlxalq və regional təşkilatlar və inteqrasion qurumlarla əlaqələ qurmağa və bu əlaqələri dərinləşdirməyə çalışmışdır.



Cədvəl 3.5

Azərbaycan Respublikası və Avropa Birliyi ölkələri arasındakı 2006-2015-ci illər üzrə ticarət dövriyyəsi (min ABŞ dolları)


Olkələr

2006

2007

2008

2009

2010

2011

2012*

Cəmi

11 638 908,7

11 771 747,6

54 926 021,1

20 824 469,3

27 960 821,8

36 326 867,0

33 560 842,4

Cəmi-AB ölkələri

5 267597,6

3 349009,0

29 015049,5

8 050826,2

11 775728,1

18 924555,7

13 848464,2

Almaniva

412 820.4

491 858,6

804 136,7

640 949,2

616 973,9

1 368 654,9

1 744624,3

Avstriya

42 559,7

49 165,9

73 375,7

72 459,0

88 353,0

97548,5

264582,8

Belçika

39 444,0

57 294,6

60 839,3

74 220,0

45 786,7

59729,1

60226,6

Bolqanstan

21 782,3

15 877,5

211 531,7

137 104,2

149 465,7

446318,2

623536,8

Böyük Britaniya və Şimali Irlandiyanın Birləşmiş Krallığı

459 362,3

414 280,2

1 311 930,4

471 610,8

309 198,8

501594,5

822845,4

Çexiya Respublikası

25 529,2

19 876,9

21 367,5

29 421,2

38 014,5

306581,7

609986,2

Danimarka

13 188,9

15 408,4

18 523,8

10 847,6

13 240,1

44618,4

22285,9

Estoniya

2 172,2

15 058,9

6 178,2

2210,1

7 113,6

4805,6

6315,3

Finlandiya

167 732,0

151 566,6

406 692,3

75 840,0

39 833,6

65961,2

51910,1

Fransa

403 341,0

362 644,5

2 455 505,0

1 468 325,8

1 992 659,1

4 645 509,6

1 941478,6

İrlandiya

8 591,9

9 205,4

12 314,5

9 437,2

7 915,4

12519,2

45938,7

İspaniya

69 019,9

71 343,1

1 525 740,6

331 466,4

197 521,8

319380,2

158384,7

İsveç

84 445,3

13 683,7

85 455,3

122 227,4

42 830,1

86334,1

63762,1

İtaliya

2 970 014,3

1 081 820,0

19 410565,1

3 916 177,8

7 162 466,0

9 595 564,7

5 809616,1

Kipr

27 185,7

35 239,6

24 684,9

2 880,8

43 314,2

70702,6

73644,5

Latviya

10 257,4

5 325,8

7 857,9

8 662,9

10 599,1

26909,7

14257,0

Litva

6 740,3

17 071,9

26 279,5

14 934,8

28 252,1

25044,4

24007,0

Lüksemburq

1 575,7

1 584,3

1 457,9

53 907,1

10 020,9

27886,6

14616,4

Macanstan

10418,3

12 159,2

17 086,1

14 109,3

14 339,7

36784,9

23767,4

Malta

22 574,6

119 931,5

1 13 633,7

83 669,2

117 046,7

268942,3

51992,8

Niderland

105 579,6

108 088,7

1 433 734,7

120 952,9

175 319,2

147982,2

160934,7

Polşa

26 542,3

31 587,5

122 011,8

33 010,9

31 492,3

122627,2

48739,0

Portuqaliya

22 368,3

5 093,8

265 558,1

29 639,8

225 367,3

327454,9

245998,8

Rummiya

119 380,3

88 425,9

201 450,7

65 108,8

117 189,4

67937,8

83589,7

Slovakiya

2 402,4

4 073,4

13 773,7

11 138,7

18 233,8

19116,1

26278,2

Sloveniya

5 217,4

5 502,2

85 865,7

65 088,3

6 092,6

11059,8

6106,0

Yunanıstan

187 351,9

145 840,9

297 498,7

185 426,0

267 088,5

216987,3

849039,1

Ümumi dövriyyədə xüsusi çəki % ilə

45,3%

28,4%

52,8%

38,7%

42,1%

52,1%

41,3%

* Cədvəldə 2006-2015-ci illər materialları əsasında tərtib edilmişdir. Dövlət Gömrük Komitəsinin məlumatları üzrə göstəricilər Azərbaycan Dövlət Statistika Komitəsinin göstəricilər isə Dövlət Gömrük Komitəsinin məlumatları
Avropa Birliyi ilə əlaqələrin gücləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin, prioritet istiqamətlərindən birini təşkil edir. Doğrudur artıq Avrasiya ittifaqına inteqrasiya prioritetlərdən birinə cevrilməkdədir. Azərbaycan AB-nin Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 1994-cü ildən etibarən AB ilə ümumi ticarət dövriyyəsi daima ümumi ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini təşkil

Son illər Azərbaycanın ümumi ticarət dövriyyəsində AB-nin payı 40-50% arasında dəyişir (cədvəl 3.5). Bu о deməkdir ki, AB-i Azərbaycanın xarici ticarət əlaqələrində mühüm mövqeyə malikdir və dövriyyənin təxminən yarısı bu birlik ölkələrinin payma düşmüş olur. Bütün bu deyilənlər AB - Azərbaycan münasibətlərinin yüksək səviyyədə qurulmasmdan və strateji əməkdaşlıq xarakteri daşımasmdan bir daha xəbər vermis olur. AB ölkələri arasmda Azərbaycanla yüksək ticarət münasibətlərinə uzun illərdir ki, İtaliya, Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlər^malikdirlər. 2011-ci ildə AB dövlətləri arasında ticarət dövriyyəsi üzrə siyahıya 50,1% paya malik olan İtaliya başçılıq etmişdir. 2015-ci ildə AB dövlətləri arasında ticarət dövriyyəsi İtaliyanın payı 42%-ə malik olmuşdur.

Azərbaycanın iştirak etdiyi inteqrasiya bloklarından biri və əhəmiyyətlisi də MDB-dir. MDB keçmiş SSRİ məkanında yarandığından bu ölkələr arasında ənənəvi olaraq formalaşmış təsərrüfat əlaqələri müəyyən səviyədə də olsa fərqli prisipdə inkişaf edir. Bəzən bu ölkələr bazar prinsiplərindən çox siyasi dəstəkdən irəli gələn əməkdaşlıq prinsiplərinə üstünlük verirlər. Nəticədə, ölkələrin qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsi azalmaqda davam edir. Xüsusilə gözə çarpan üzv ölkələrin Rusiya ilə ticarət dövriyyəsinin həcminin azalmasıdır.Lakin, bu geriliyin aradan qaldırılması son dövrlərdə dünyada baş verən bir sıra siyasi-iqtisadi dəyişikliklərin təsiri altında aktuallaşmışdır. MDB çərçivəsində inteqrasiyanın dərinləşməsinin iqtisadi cəhətdən o qədər də səmərəli olmadığından qeyri-perspektivliliyi Azərbaycan da daxil olmaqla, müstəqil dövbtlərin öz milli inkişaf strategiyalarmın yaranmasma səbəb oldu. Lakin, bütün bunlara baxmayaraq həb də Azərbaycanla MDB ölkələri arasında ikitərəfli münasibətlər uğrula inkişaf edir ki, bunu da Cədvəl 3.6-nın təhlilindən geniş görmək olar. Cədvəldən də göründüyü kimi Azərbaycanın həm ümumi xarici ticarətində, həm də MDB ölkələri ilə ticarət əlaqələrində Rusiyanın payı olduqca yüksək olmuşdur.Son illər bu istiqamətdə fərqli yanaşmalar müşahidə olunmaqdadır.Bu ölkələrin bir qismi Avrasiya iqtisadi birliyi şəklində inteqrasiya bloku formalaşdırmaqdadırlar.
3.2 Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya siyasəti

Dünyada iqtisadi inteqrasiyanın mövcud vəziyyətini tədqiq edərək bu qənaətə gəlmək olar ki, Azərbaycan müstəqillik əldə etməsi ilə iqtisadi inkişafının müxtəlif səviyyəsinə adekvat çevik inteqrasiya siyasəti yeritmişdir. Milli müstəqilliyin ilkin illərində əsas məqsəd dünya birliyinin tədricən bərabərhüquqlu üzvünə çevrilmək, dünyanın iqitsadi-suyasi təşkilat və qurumlarıda təmsil olunmaq, dünya ölkələri tərəfindən real tanınmaq olmuşdur. Eyni zamanda dünya ölkələri ilə yeni prinsiplər bazar prinsipləri ilə əməkdaşlıqda diqqət mərkəzində saxlanılmışdır. Keçmiş İttifaqa daxil olan respublikalarla əməkdaşlığın yeni prinsipləri diqqətdən kənarda qalmamışdır. Ənənəvi olaraq bu müstəqil ölkələrdə tarixən formalaşmış iqtisadi əlaqələrə yenidən baxılmış və milli mənafelərə uyğun gələnləri təsərrüfat subyektinin bazar təsərrüfatçılıq prinsipinə uyğun yenidən qrulmuşdur. Doğrudur xarici iqtisadi əlaqələrin formalaşmasının ilkin mərhələsində siyasi çalarlarda təsirsiz ötüşməmişdir. Lakin, tədricən bu siyasi çalarlar öz yerini daha çox iqtisadi prinsiplərə vermişdir.Dünya iqtisadiyyatına inteqrasiya bütövlükdə müstəqilliyin möhkəmləndirilməsində əvəzsiz rol oynayır. İqtisadi inteqrasiya ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşmasında ondan milli mənafeyə uyğun faydalanmasında və bütövlükdə milli iiqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Təbii ki, dünya iqtisadiyyatından faydalanmaq ölkələrin yalnız istək və arzularından aslı deyil. Dünya bazarına çıxa biləcək məhsula malik olmaq və xarici ölkələrin marağına uyğun gələn milli iqtisadiyyat sahələrin olması zəruridir. Beləki müstəqilliyin ilkin mərhələsində Azərbaycan əsasən dünya bazarına xam neftlə çıxa bilirdi. Xarici ölkələrin isə Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesi diqqətini çəkirdi. Azərbaycan iqtisadiyyatında əsas xarici investisiya cəlbedici sahə olan neft sənayesi Azərbaycanın dünyaya inteqrasiyasında əvəzsiz rol oynamasıdır. Azərbaycan iqtisadiyyatının təmin olunması ilə xarici ölkələrlə əməkdaşlıq sferası genişlənir. İqtisadiyyatın mühüm sahələrindən olan kənd təsərrüfatında, informasiya-kommunikasiya texnologiyaları sahəsində, turizmin inkişaf əhəmiyyətli rol oynamaqdadır. Milli iqtisadiyyat prespektivləri strateji yol xəritəsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya siyasətinin yeni üfüqlərini müəyyənləşdirmişdir.

Ümumiyyətlə Azərbaycan Respublikasının dünya iqtisadiyyatına müstəqilliyin ilk illərindən başlayaraq inteqrasiya siyasətini iki mərhələyə və bir neçə istiqamətə bölmək olar:


  1. müstəqillik əldə olunanadək SSRİ-nin tərkibində olarkən;

  2. müstəqil Azərbaycan Respublikasmın inteqrasiya siyasəti;

İlkin dövr kimi Sovet Azərbaycanın inzibati amirlik sistemində yalnız ittifaqa üzv ölkələrlə məhdud yaxmlaşmaları olmuşdur ki, bunlar da yalnız mərkəzdən idarəolunan ticarət əməliyyatları ilə məhdudlaşdırılmışdır. Lakin bu əlaqələr ittifaqdaxili səciyyə daşıyırdı, primitiv bir səviyyə kimi xarakterizə oluna bilər, bunlar ayrı-ayrı ittifaq respublikalarınm iqtisadi mənafeyindən daha çox vahid xalq təsərrüfatı kompleksinin tələbləri baxımından qiymətləndirilirdi. 1992-1993-cü illərdən başlayaraq Azərbaycanm xarici ticarət əlaqələrində kəmiyyət və keyfıyyət baxımından müəyyən dəyişikliklər baş vermişdir.

Ulu öndər Heydər Əliyev tərəfındən əsası qoyulmuş Azərbaycan Respublikasmın beynəlxalq inteqrasiya siyasətinin əsas prinsiplərinə söykənərək ölkəmiz dünyanm aparıcı beynəlxalq təşkilatları ilə əlaqələr qurmağa başlamış, onların bir çoxuna üzv qəbul edilmişdir. Ən əsası isə bu təşkilatlara üzvlük Azərbaycanın iqtisadi müstəqilliyini məhdudlaşdırmamış, əksinə üzv dövlətlərlə bərabərsəviyyəli, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına səbəb olmuşdurmilli mənafeyinin rellaşmasına əlverişli şərait yaranmışdır. Məhz bunun nəticəsidir ki, Avropa Birliyinə daxil olan ölkələrdən fərqli olaraq ölkəmizin müstəqil iqtisadi siyasət yürütmək imkanı vardır.Həmdə imkan kifayyət dərəcədə artıq reallaşır.Bu imkanın reallaşmasının yeni istiqamətləri strateji yol xəritəsində öz əksini tapmışdır. İqtisadi müstəqilliyimizin qorunması söykənən inteqrasiya siyasətinin inkişaf etdirilməsinin yolları ölkəmizin daxil olduğu inteqrasiya bloklarına üzv ölkələrlə əlaqələrin daha da genişləndirilməsi, yeni ticarət partnyorlarmın tapılması və yeni inteqrasiya bloklarmda birləşməkdən ibarətdir. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın xarici iqtisadi fəaliyyəti dünyanın 150-dən çox ölkəsini əhatə edir.Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-coğrafı mövqeyi əməkdaşlıq imkanlarını artırır.Təbii ki, inteqrasiya siyasəti dəyişilən ictimai-iqtisadi şəraitə uyğun dəyişilir və yeniləşir.Bu yeniləşmə iqtisadi inkişafın səviyyəsini əks etdirməklə yanaşı inteqrasiyanın inkişaf səviyyəsini özündə əks etdirməlidir.Hər şeydən əvvəl inteqrasiyanın əhatəliliyi genişlənir,əməkdaşlığın bütün formalarını özündə əks etdirir.

Ölkəmizin inteqrasiya siyasətində əsasən GÜÖAM, QİƏT, İslam Konfransı təşkilatı, IƏT, MDB və Avropa Birliyi ölkələri ib əlaqələri fərqlənir.

1997-ci il 10 oktyabrda Avropa Şurasınm Sammitində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentləri GUAM adlı - iqtisadi-siyasi forumu yaratdıqlarını bəyan etdilər. Prezidentlər Avropa-Asiya nəqliyyat dəhlizinin yaradılmasında əməkdaşlığın vacibliyini vuğulayaraq ölkələr arasında dostluq və əməkdaşlığın, mövcud iqtisadi imkanlarının reallaşması üçün bu sahədə qarşılıqlı fəaliyyətin yaxşı təməl olduğunu bəyan etdilər.Döğrudur son dövlər bu inteqrasiya birliyi real grçəklikdə o qədərdə fəal deyil.GUAM çərçivəsində qərarlar konsensusla qəbul edilir. GUAM ölkələri arasında bəzi fıkir ayrılıqları, о cümlədən azad ticarət zonasının 'yaradılması, təşkilatın genişlənməsinin predmet və subyektləri mövcud idi. Belə ki, konkret olaraq, GUAM ölkələri arasında iqtisadi əlaqələrin lazımi səviyyədə olmaması üzv dövlətlərin iqtisadi inkişafmm aşağı səviyyədə olması ilə bağlıdır. GUAM ölkələrində xarici investisiyalar əhalinin hər nəfəri üçün 5-15 ABŞ dolları (Azərbaycanda - 64 ABŞ dolları) səviyyəsindədir. Ölkələrin idxal-ixracında əsas yeri xammal, yarımfabrikat və ərzaq məhsulları tutur. Məhz buna görə də, GUAM ölkələri arasında əməkdaşlığm dərinləşməsi - ticarətin mərhələ-mərhələ sərbəstləşdirilməsi, milli iqtisadiyyatların struktur inkişaf konsepsiyalarının. razılaşdırılması kimi tədbirlərdən çox asılıdır.Keçid dövrünün ilkin mərhələsində GUAM-ın daha səmərəli regional təşkilata çevrilməsinə zəmin yaradacaq bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlərə əsasən aşağıdakılar aid edilirdi:

1. Azad ticarət zonalarının yaradılması üçün hazırlıq
görülməsi;


  1. Müxtəlif istiqamətli iqtisadi siyasətin aparılması və gerçəkləşdirilməsi;

  2. Milli valyutaların qarşılıqlı dönərlilik şərtləri haqqında razılığın əldə edilməsi və sazişin imzalanması;

4. Biznes strukturlarının iqtisadi, ticarəti, nəqliyyat, maliyyə, elm, informasiya və başqa sazişlərdə konkret layihələrə cəlb edilməsi ilə əməkdaşlığın genişləndirilməsi və prioritet istiqamətlərində ixtisaslaşmış orqanlarm yaradılması;

Döğrudur bir inteqrqasiya birliyi kimi regionda baş vermiş siysi-idtisadi durumun dəyişməsi nəticəsində GUAM öz aktuallığını itirir və ya yumşaq demiş olsaq kifayyət dərəcədə zəifləmişdir.

Ölkəmizin üzv olduğu təşkilatlardan biri də əvvəldə qeyd etdiyimiz kimi MDB-dir ki, buraya da keçmiş SSRİ ölkələrinin əksəriyyəti ilə birlikdə Azərbaycan da üzv olmuşdur. Bu təşkilat çərçivəsində də ticarət əlaqələrimiz qənaətbəxş səviyyədə olsa da inteqrasiya olunma surəti xeyli zəifdir. İnteqrasiyanın zəif getməsinin səbəbbri isə ölkələr arasındakı inkişafın bərabər səviyyədə olmaması, hərbi münaqişələr, Rusiyanın təşkilatda hegemonluq etmək istəyi və sairə göstərilir.

Xarici ölkəbrlə iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi olkənin iqtisadi inkişafında inteqrasiyanın üstünlüklərindən bəhrələnməyə əlverişli şərait yaradar.Bu xüsusi ilə son dövlər dövlət proqramlarında da öz əksini tapmışdır.Milli iqtisadiyyat vəiqtisadiyyatın əsas sektorlarının inkişafı yol xəritəsi dünya iqtisadiyyatına inteqrqsiyanın yeni mütərəqqi istiqamətlərinin gündəmə gətirilməsini aktuallaşdırmışdır.Dünyanın aparıcı dövlətlərinin maraq dairəsində olan coğrafi ərazidə yerləşən ölkəmizdə dünyamn nəhəng dövltlərinin mənafeyi toqquşur, onlar arasında siyasi mövqelərdə çox ciddi ziddiyətlər yaranır.Ölkəmizmilli iqtisadi inkişafa dahada dinamiklik vermək məqsədi ilə xarici ölkələrlə əməkdaşlığa üstünlük verməklə milli maraqlarını rellaşdırmağa çalışır.

Sadalanlar bir daha əyani şəkildə göstərirki iqtisadiyyatda baş verən keyfiyyət dəyişikləri Azərbaycanın dünyaya inteqrasiyasının bir göstəricisi kimi də çıxış edə bilər. Sürətli və dinamik inkişafı tımin etmək üçün Azərbaycan daimi olaraq beynəlxalq inteqrasiyaya qoşulmalı və öz potensial imkanlarmdan istifadə edərək orada fəal iştirak etməlidir, xarici iqtisadi əlaqələri təkmilləşməlidir.

Xarici ticarət əlaqələrinin inkişafının nəzəri-metodoloji prinsiplərinə əsaslanaraqbelə qənaətə gəlmək olar ki,Azərbaycan Respublikası dünya iqtisadiyyatına inteqrasiyanın səmərəliliyini yüksəltmək məqsədi ilə bir sıra prinsiplərə əməl etməlidir. Azərbaycan Respublikasının Milli iqtisadiyyat perespektivi üzrə Strateji Yol Xəritəsinin qarşıya qoyduğu məsələlər prinsiplərin rellaşması zmanı müəyyənedici olmalıdır.

1.Ölkənin malik olduğu iqtisadi resurslardan səmərəli istifadə etməklə xarici iqtisadi fəaliyyətin səmərəliliyin yüksəltmək və milli iqtisadi inkişafa əlverişli şərait yaratmaq .Ölkələrin malik olduğu rəqabət üstünlüyündən faydalanmaqla dünya bazarına çıxış imkanlarının genişləndirilməsi sahəbrinin inkişafına da təkan verə bibr.

2. Rəqabətqabiliyyətlilik nəzərə alınmaqla ixracyönümlü məhsul vəxidmətlərin istehsalında və reallaşdırılmasında innovativ` texnologiyalarmdan istifadə imkanlarının genişləndirilməsi nəticəsində sahibkarlığın bütün formalarının stimullaşdırılması zəruridir. Ölkənin ixrac potensialınm genişləndirilməsi beynəlxalq bazarlarm standartlarma cavab verən likvidli məhsul istehsalından asılıdır. Keyfıyyətli, rəqabət qabiliyyətli məhsulun isiehsalı qabaqcıl texnologiyaların istehsalatda və sosial yeniliklərin cəmiyyəjdə tətbiqini tələb edir. Xüsusilə bu gün aktual olan yeyinti məhsullarmm keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məsələsi istehsal, yaxud da emal prosesinin bütün mərhələlərində keyfıyyətə nəzarət sistemlərinin tətbiqini zəruri edir.Bunun nəticəsi olaraq rəqabət qabiliyyətli məhsul istehslının stimullaşdırılması dahada aktualaşır.Elmi-texniki tərəqqinin məqsədi əmək və material resurslarma qənaət edilməklə məhsul istehsalınm artırılmasma,xərclərin azaldılmasına ,əhalinin həyat səviyyəsinin yüksəldilməsində tapır..

3. Rəqabətqabiliyyətli məhsul istehsal etmək məqsədi ilə təsərrüfat subyektlərinin müəyyən məhsulların istehsalında ixtisaslaşma səviyyəsinin yüksəldilməsi və təkmilləşməsi diqqət mərkəzinə gətirilir.

İxtisaslaşma əmək məhsuldarlığının yüksəldilməsinin və rəqabət qabiliyyətli məhsul istehsalının əsas amillərindən biridir.

Hər bir ölkənin o cümlədən də milli iqtisadiyyatımızın müəssisələrinin ixtisaslaşması beynəlxalq ixtisaslaşması və müqayisəli üstünlüyünün əldə edilməsi, həmçinin onların ölkədaxili ixtisaslaşmasına uyğun olaraq həyata keçirilir, qarşılıqlı əlaqədə olan beynəlxalq sistemdə iştirak edərək müəyyən növ məhsul istehsal edir və ixrac edirbr. Tamamilə aydındır ki, ixrac zamanı müəyyənləşdirimiş kvotalar təsərrüfat subyektlərinin fəaliyyətinə həlledici təsir göstərir.

Struktur siyasəti çevik həyata keçiriməlidir.Milli iqtisadiyyatın struktur xüsusiyyətləri də ixrac kvotasına təsir edən əhəmiyyətli amillərdəndir. Daxili və xarici ticarətin təkmilləşdirilməsi, idxal və ixracın səmərəliliyinin yüksəldilməsi, ölkələrin beynəlxalq əmək" bölgüsündə fəal iştirakı nəqliyyat və infrastrukturun yüksək inkişaf səviyyəsinə çatdırılmasından da asılıdır. Təbii olaraq ölkənin bütün nəqliyyat növlərindən istifadəyə eyni dərəcədə əhəmiyyət verməsi, beynəlxalq yükdaşımalarm intensivliyini artırmaq üçün dünya vahid nəqliyyat sisiteminə qoşulması və ondan səmərəli faydalanması ölkənin tranzit ölkə kimi əhəmiyyətini artıracaqdır. Ölkəmizin əlverişli coğrafı mövqeyi, Avropanı Asiya ilə birləşdirən əsas nəqliyyat yollarmın buradan keçməsi, bir sira stratejı əhəmiyyətli layihələrdə ölkənin fəal iştirakı son dövrlər nəqliyyatda yükdaşımalarının keyfıyyət və kəmiyyətinə müsbət təsir etmişdir. Bu gün avtomobil nəqliyyatı sahəsində özəl sektorun inkişafı, ölkə gəmiləri ilə yükdaşımalarm səmərəli həyata keçirilməsi, ölkə ərazisindən neft və neft məhsullarınm boru kəməri vasitəsib beynəlxalq bazarlara ötürülməsı və dəmir yolu əlaqələrində maneələrin aradan qaldırılması daşınmaların həcminin artmasma da təsir etmişdir.



  1. Azərbaycan iqtisadiyyatının yeni çağrışlarına uyğun olaraq daxili və xarici ticarəti tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılmasının sürətləndirilməsi. Ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi, dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi və beynəlxalq әтәк bölgüsündə fəal iştirakı bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlarm tələblərinə uyğunlaşdırılmasmı tələb edir. Daxili bazarın qorunması fəaliyyətinin stimullaşdırılmasına yönəldilən tədbillər xarici ticarətin tənzimlənməsi sahəsində görülən işlərdən bilavasitə asılıdır.Bu sahədə olan çox ciddi problemləri həll etmək məqsədi ilə iqtisadi fəaliyyətitəkmilbşdirmək və tənzimləmək üçün milli iqtisadiyyatm ixrac yönümünə uyğun formalaşdırılması və idxalı əvəz edən istehsal sahəbrinın yaradılması məsələləri başlıca prioritetbr olaraq müəyyən edilmişdir. Bu istiqamətdə işbrin sürətləndirilməsi məqsədilə bir sıra fərmanlar imzalanmış, Dövlət Proqramları qəbul edilmiş və idarəetmə sahəsində təkmilləşdirmələr aparılmışdır.Qarşıda duran bu problemlərin həlləində iqtisadiyyat sahələrinin strateji yol xəritəsi müstəsna rol oynayacaq.Daxili bazarın qorunması iqtisadiyyatın təhlükəsizliyi baxımındanda zərüridir.

Ümumiyyətlə, son illərdə, xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə əlverişli imkanlar yaradılması məsəbsi mütəmadi olaraq olmaqla beynəlxalq maliyyə inistitutları dövbtin diqqət mərkəzində olmuşdur.

Lakin keçmiş SSRİ çərçivəsində bərqərar olmuş təsərrüfat əlaqələrinin dağılması Azərbaycan iqtisadiyyatına həddən artıq mənfi tə'sir göstərdi.Qırılmış iqtisadi əlaqələrin qısa bir müddətdə bərpası o qədərdə asan məsələ deyil.İqtisadiyyat qapalı olduğundan istesal olunan məhsulların əhəmiyyətli hissəsinin daxili bazar üçün nəzərdə tutulduğundan rəqabətqabiliyyətli deyildi. Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması səbəbindən onun Qərb bazarlarına çıxarıla bilinməməsi, ənənəvi bazarlarm itirilməsi və bununla yanaşı yeni bazarların mənimsənilməməsi nəticəsində sənaye istehsalı sürətlə aşağı düşdü. 1995-ci ildən həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatında bir sıra müsbət irəliləyişlərə nail olunmuşdur.

Bildiyimiz kimi Azərbaycan hökumətinin qarşısında duran əsas məqsədlərdən әn başlıcası xarici ticarətin strukturunda qeyri - neft məhsullarınm payını ilbəil artırmaq və idxalı əvəzləyəcək məhsul istehsal edən sahələrinin inkişafını təmin etmək istiqamətində ciddi işlərin görülməsindən nəticədə külli miqdarda valyuta ehtiyyatlarının yaradılmasına və ona qənatdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı hələ ki, hazır məhsul ixracında məhdud imkanlara malikdir baxmayaraq ki bu istiqamətdə çox ciddi işlər aparılır. Demək olar ki, respublikanın potensial olaraq sata bildiyi məhsullarınm hamısı dünya bazrında kifayət qədərdir. Belə halda çevik marketinq taktikası, aşağı kontrakt qiymətləri, dünya standartlarına və yüksək keyfiyyətə malik olma kimi müəyyən şərtlər daxilində ayrı-ayrı məhsulların (maşmqayırma və yüngül sənaye, məişət texnikası məhsulları və s.) bazara çıxarılmasma stavka edilə bilər. İndiki vəziyyətdə hazır məhsul ixracının genişlənməsində əsas maneə sənayedə emal sahəsinin çox zəif olmasıdır. Beləki, hələ 1990-cı ildə maşınqayırma sahələrinin məhsullarının ixracımn yalnız 12%-i dünya standartları səviyyəsində idi. İxracın kifayət qədər inkişaf etməməsinin səbəblərindən biri kapital yığımı prosesinin xüsusiyyətidir.

Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün Azərbaycan Respublikasınm beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlığı daha da genişləndirilir, bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətləndirilməsi nəticəsində milli iqtisadi inkişaf üçün daha da əlverişli şərait yaranır.

Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasmda müəyyən zaman kəsiyində Azərbaycan Ümumdünya Ticarət Təşkilatmm tam hüquqlu üzvü olacaqdır. Azərbaycanın dünya iqtisadiyyatına intaqrasiyasının dərinləşməsi tiqamətində məqsədyönlü tədbirlər görülməsi nəticəsində iqtisadiyyatın əsas sektorları milli mənafelərin reallaşmasına dahada əlverişli şərait yaradacaq.

Aparılan nəzəri və faktiki təhlilin nəticələrinə əsaslanaraq və konkret şəraitin tələblərini və dünya təcrübəsini nəzərə alaraq bu qənaətə gəlirik ki, hazırda Azərbaycanda xarici iqtisadi fəaliyyətin inkişafı, о cümlədən ÜTT-nin tələbləri əsasında tamamlanması və təkmilləşdirilməsi, həmçinin tədiyə balansının tənzimlənməsi məqsədilə müvafıq tədbirlər görülməsi (ixrac və idxalı əvəz edən məhsul istehsalının stimullaşdırılması və s.),milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarının inkişafı strateji yol xəritəsinə uyğun olaraq ixrac və valyutaya nəzarət sisteminin təkimiilləşdirilməsi milli iqtisadi inkişafda yaranan və yarana biləcək çox ciddi problemlərin həllində əhəmiyyətli rol oynayacaq.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin