İstifadə olunmuş ədəbiyyatların siyahısı
-
Vergi Məcəlləsi 2016.
-
Mülki Məcəllə 2016.
-
“Audit xidməti haqqında” Qanun.
-
“Banklar və bank fəaliyyəti haqqında” Qanun.
-
Mərkəzi Bankın təlimat, göstəriş və digər normativ aktları.
-
“Azərbaycan Respublikasında bank sistemində auditor fəaliyyətinin həyata keçirilməsi və lisenziyalaşdırılması qaydalarını təsdiq edilməsi haqqında” Mərkəzi Bankın İdarə Heyətinin Qərarı
-
Mərkəzi Bankın təlimat, göstəriş və digər normativ aktları.
-
F.Ə. Məmmədov, Y. A. Kəlbiyev. Vergi və vergitutma. Dərslik 2010.
-
T.Ə.Sadıqov, İ. Rzayev. Vergi uçotu və auditi. Dərslik 2014.
-
Vergi xəbərləri jurnalı.
-
Аудит банков. Под ред. Е.А. Лебедева. М., 2003
-
Седельникова Л.Б. Налоговый учет и учетная политика организаций для целей налогообложения – Москва.: НКФ Омега Л, 2002, 208 с.
-
Мудрых В.В. Ответчственность за нарушения налогового законнодательства: Учеб. пособие для вузов-М.: ЮНИТИ-ДАНА, 2001.-319 с.с.
-
Мизиковский Е.А., Елманова Е.Н., Пуреховская Е.В. Лабораторный практикум по бухгалтерскому учету: Учеб.пособие / Под.ред. д.э.н. проф Е.А.Мизиковского. М.: Юристь, 2003.
-
Медведев А. Н. Налог на добавленную стоимость: практика применения – М. - Главбух, 1999
-
Новиков Д.Ю. «Налог на прибыль в 2000 году», «Главбух», - М.: 2003.-230 с.
-
Незамайкин Н.В., Юрзинова И.Л.. Налогообложение юридических и физических лиц. М.: – 2004.
-
Пансков В. Г., Князев В. Г. Налоги и налогообложение: Учебник для вузов. – М.: МЦФЭР, 2003.– стр. 336.
-
Торшаева Ш. М. Основы аудита: Учебное пособие — Караганда: 2009–60
-
Балабанов И. Т./ Банки и банковское дело: Учеб. пособие для вузов / СПб.:Питер, 2011.- 304с.
-
Дюсембаев, К.Ш./ Аудит и анализ в системе управления финансами: (теория и методология) – Алматы: Экономика, 2010.
-
www.google.ru
-
www.taxes.gov.az
-
www. audit.ru
-
www. buh.ru
-
http://referat.ru/
Резюме
Актуальность темы исследования обусловлена ролью банков в системе экономических отношений и их воздействием на макроэкономические процессы рыночной экономики. В ситуации, когда, в мировом сообществе, наблюдается снижение доходности и финансовой устойчивости коммерческих банков, появляется необходимость исследования экономических отношений, связанных с финансовой стабильностью как коммерческого банка, так и самого государства. Речь идёт прежде всего о проблемах в сфере налогообложения коммерческих банков.
SUMMARY
The relevance of the research topic due to the banks ' role in the system of economic relations and their impact on macroeconomic processes of market economy. In a situation where, in the world community, there is a decrease in profitability and sustainability of commercial banks, there is a need to study economic relations related to financial stability as a commercial bank, and the State itself. It is first and foremost about the problems in the field banks.
Azərbaycan Dövlət İqtisad Universiteti Magistr mərkəzinin əyani magistri Mehdiyev Atatürk Seyfullah oğlunun “Bank sistemində vergi və audit fəaaliyyətinin təşkili problemləri” mövzusunda magistr dissertasiyasının
R E F E R A T I
Mövzunun aktuallığı. Müasir dövrdə hər hansı bir ölkənin mövcudluğunun və inkişaf etməsinin əsas şərti odur ki, iqtisadiyyat dövlət tərəfindən tənzimlənsin. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi, ən əvvəl, onun başqa-başqa seqmentlərinə təsir etməsi ilə müəyyən olunur ki, bank sistemi, bank fəaliyyətidə bu cür seqmentlərdən biridir.
Müasir dünyada banklar ölkənin iqtisadiyyatında mühüm yerə malikdir. Onlar vasitəçilik funksiyasınıda yerinə yetirir. Fəaliyyətdə olan müəssisələr arasındakı bir sıra ödənişlərin həyata keçirirlər və bu zaman pul dövriyyəsində səmərəlik əldə olunur.
Bank sahəsində böhranın baş verməsi, banklarla yanaşı eyni zamannda onarın müştəriləri üçündə xüsusən təhlükəli haldır. İqtisadi artım halının müsbət olması üçün, sərmayə yatırımları əsasən real sektora yönləndirilməlidir, lakin normal inkişaf etmiş bank sistemi mövcud olmasa bu mümkün görünmür.
Aydındır ki, fəaliyyətdə olan kredit təşkilatlarının etibarlılığı, onların ödəniş tapşırıqlarının zamanında və daha tez həyata keçirilməsinə zəmanət vermə qabiliyyəti, iqtisadiyyatda mühüm yerə malik olan real sektorun kreditləşməsinin genişləndirilməsi və eyni zamanda qiymətli kağızlar bazarının inkişafıda, ölkədə iqtisadiyyatın formalaşması və inkişafının nəzəri və praktiki məslələrindən ən aktualı olan kommersiya fəaliyyətilə məşğul olan bankların vergiyə cəlb olunması qaydalarının təkmilləşdirilmə məsələsidə ön plana çəkilir.
Kommersiya fəaliyyətilə məşğul olan bankların vergiyə cəlb olunması problemlərinin tədqiq edilmə prosesində ölkəmizdə və iqdisadiyyatı inkişaf etmiş dövlətlərdəki kommersiya banklarının vergiyə cəlb olunmasının müqayisə edilməsi və təhlilinin aparılmasının gərəkliliyi ortaya çıxır. Bunu onunla əlaqələndirmək olar ki, ölkəmizdə olduğu kimi digər inkişaf etmiş dövlətlərdə də vergitutma bazasının formalaşması və bir neçə maliyyə institutlarına, eyni zamanda kommersiya banklarına bir ox xüsusi güzəştlərin verilməsi mövcuddur.
Göstərilən tədbirlərin zəruriliyi bir tərəfdən kommersiya banklarının vergiyə cəlb olunması xüsusi yanaşma tələb edən fəaliyyətlərinə xas olan prinsipial xüsusiyyətləri, digər tərəfdən isə bank sisteminin ölkə iqtisadiyyatında oynadığı rolla əlaqədardır.
Qeyri-sabit maliyyə şəraitində banklar qarşısında xüsusi tələblər qoyulur. Kredit təşkilatlarının etibarlı dayanıqlı fəaliyyəti müəssisələr və onlarla büdcə arasında hesablaşmaların həyata keçirilməsinin mühüm şərtidir.
Bank fəaliyyəti sahəsinin vergiyə cəlb olunması sisteminin təkmilləşdirilməsi prosesində yalnız kredit təşkilatlarının iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinə stimullaşdırılması və onların fəaliyyətinin stabilliyinin artırılması deyil, eyni zamanda bankların vergilərin ödənişindən yayınmaq imkanlarını məhdudlaşdırılması məsələləri həll olunmalıdır.
Yuxarıda göstərilən səbəblərlə bağlı olaraq, həm dövlətin apardığı siyasət baxımından bankların həyata keirdiyi maliyyə əməliyyatlarının bir sıra əsas istiqamətlərinin inkişafının stimullaşdırılması, həm də effektiv olmayan bank əməliyyatlarının müəyyən edilməsi tədbirlərinin həyata keçirməyi mümkün edən üsul olaraq dövlət vergi tənzimlənməsi və bank auditinin əhəmiyyəti danılmazdır.
Mövzunun praktiki əhəmiyyəti. Müasir şəraitdə beynəlxalq təcrübələri əsas götürərək ölkəmizdə bank sektorunun vergiyə cəlb olunması problemlərini və bankların fəaliyyətinin vergi vasitəsilə tənzimlənməsi yollarının müəyyən olunması, dissertasiyanın praktiki və aktuallıq əhəmiyyətin təşkil edir.
Dissertassiyanın predmeti onun vəzifələri əsasında formalaşan müxtəlif məsələlərin nəzərdən keçirilməsi, həmçinin oxşar problemlər üzrə xarici və yerli alimlərin araşdırmaları prizmasından iqtisadiyyatın bank sektorunun vergitutma mexanizminin və bank auditinin aparılması metodikasının öyrənilməsi, bu sahədə olan mövcud nöqsanların aradan götürülməsi və onların effekliliyinin artırılması üsullarının tədqiq olunmasıdır.
Dissertassiyanın məqsədi ölkəmizdə bankların vergiyə cəlb olunması zamanı ortaya çıxan problemlərin müəyyənləşdirilməsi və bank fəaliyyətinin vergi ilə tənzimlənməsinin necə təkmilləşdirilməsi yollarının xarakterizə edilməsidir.
Dissertassiyanın qarşısında duran vəzifələr kimi aşağıdakılar müəyyən edilmişdir:
-
iqtisadiyyatın bank sektorunun dövlət vergi tənzimlənməsinin nəzəri-metadaloji əsaslarının tədqiq edilməsi;
-
bankların fəaliyyətinin dövlət vergi tənzimlənməsi mexanizminin həyata keçirilməsi istiqamətlərinin araşdırılması;
-
kommersiya bankları tərəfindən birbaşa vergilərin hesablanması xüsusiyyətləri və mexanizminin müəyyən edilməsi;
-
kommersiya banklarının dövlət vergi tənzimlənməsi və vergitutma mexanizminin, həmçinin bank auditinin aparılması metodikasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
-
bank auditinin səciyyəvi xüsusiyyətlərini müəyyən etmək;
-
daxili və kənar auditin aparılması ardıcıllığını göstərmək;
-
bank auditinin təşkili problemlərini müəyyən etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
-
kommersiya banklarının fəaliyyətinin auditinin aparılması mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işin həyata keçirərkən bir sıra çoxsaylı tədqiqatçıların fikirlərindən istifadə olunaraq kommersiya banklarının vergitutma sisteminin xüsusiyyətləri və bank sferasında audit yoxlamalarının necə aparılması qaydaları öyrənilmiş, ortaya çıxan problemlər araşdırılmış və bu problemlərin əsaslandırılmış həll yolları qeyd edilmişdir.
Problemin öyrənilmə dərəcəsi. Banklarının vergiyə cəlb edilməsi problemləri müasir yerli və xarici mütəxəssislərin elmi əsərlərində öz öksini tapmışdır. Bank sistemi iştirakçılarının vergiyə cəlb edilməsinin nəzəri məsələləri və praktiki aspektləri ölkəmizin alimləri arasında Ə.Ə. Ələkbərov, D.A.Bağırov, A.F. Musayev, Y. Kəlbiyev, İ. Rzayev, T.Ə Sadıqov kimi alimlər məşğul olur.
Tədqiqatın informasiya mənbəyi. Dissertasiyada göstərilən bir sıra məsələlərin işıqlandırılmasında Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, Vergilər Nazirliyinin müvafiq təlimaylarına iqtisadi ədəbiyyata müraciət edilmişdir.
Tədqiqat işinin strukturu. Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatların siyahısından ibarət olmaqla 75 səhfə həcmindədir.
Dissertasiyanın girişində mövzunun aktuallığı əsaslandırıldıqdan sonra, onun predmeti, tədqiqat işinin qatşısında duran məqsədlər, onların həyata keçirilməsi üçün qarşıda duran vəzifərlər müəyyən olunmuşdur.
Tədqiqat işinin birinci fəsli maliyyə-kredit təşkilatlarının fəaliyyətinin vergi tənzimlənməsinin nəzəri əsaslarının şərhinə həsr olunmuşdur. Göstərilən fəsildə əvvəlcə banklar fəaliyyətinin vergi tənzimlənməsinin nəzəri əsasları müəyyən edildikdən sonra, kredit təşkilatlarının fəaliyyətində dövlət və vergi tənzimlənməsinin metodları və istiqamətləri açıqlanıbdır. Növbəti parqrafda bank sisteminin subyekti kimi kommersiya banklarının səciyyəvi xüsusiyyətləri araşdırıldıqdan sonra, axrıncı paraqrafda onlar tərəfindən ödənilən əsas birbaşa vergi növü olan mənfəət vergisinin vergilərin hesablanması üzrə fərqli cəhətlər açıqlanmışdır. xüsusiyyətləri
Dissertasiyanın “Müasir şəraitdə kommersiya banklarında audit yoxlamasının təşkili metodikası” adlanan ikinci fəslində auditin ümumi plan və proqramının hazırlanması xüsusiyyətləri geniş formada şərh edildikdən sonra, kommersiya banklarında audit yoxlamasının aparılması metodikası və onun təşkili prinsipləri ətraflı formada açıqlanmışdır.
Dissertasiyanın axırıncı fəsli bank sahəsində vergiyə cəlb olunması və bank auditi prosedurları zamanı ortaya çıxan problemlər həsr edilibdir. Bu fəsilin ilk iki paraqrafında əvvəlcə kommersiya banklarının vergitutma mexanizmi problemləri və bu məsələlrin həll edilmə yolları müəyyənləşdirilmişdir. Fəslin sonnuncu parafı isə bank fəaliyyətinin vergi tənzimlənməsinin təkmilləşdirilməsi yolları göstərilmişdir.
Nəhayət dissertasiyanın yekununda aparılmış nəzəri araşdırmaların nəticələrinə əsaslanaraq kredit təşkilatlarında vergiyə cəlb olunma sisteminin təkminləşdirilməsi istiqamətləri üzrə müvafiq səmərəli həll yolları təklif olunmuşdur.
Dostları ilə paylaş: |