AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «İQTİsadi TƏHLİl və audiT»



Yüklə 279.86 Kb.
səhifə1/5
tarix14.01.2017
ölçüsü279.86 Kb.
  1   2   3   4   5
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«İQTİSADİ TƏHLİL VƏ AUDİT» KAFEDRASI

«KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSƏRRÜFAT FƏALIYYƏTININ TƏHLILI VƏ DIAQNOSTIKASI »

T Ə D R İ S М Е Т О D İ К V Ə S А İ Т

BAKI-2014

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«İQTİSADİ TƏHLİL VƏ AUDİT» KAFEDRASI

«KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSƏRRÜFAT FƏALIYYƏTININ TƏHLILI VƏ DIAQNOSTIKASI »

T Ə D R İ S М Е Т О D İ К V Ə S А İ Т

Ali təhsil müəssisələrində iqtisadçı ixtisası üzrə təhsil alan tələbələr üçün

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 aprel 2014 cü il tarixli 379 №-li əmri ilə təsdiq edilmişdir.

BAKI-2014

«Tədris metodik vəsait» Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit» kafedrasının müdiri dоsent H.A. Cəfərli və müəllim A.R. Hacıyeva tərəfindən hazırlanmışdır.

Rəyçilər: dos. R.N.Kazımov

dos. A.Q.Məmmədova

MÜNDƏRİCAT

GIRIŞ........................................................................................................................5

1. KOMMERSİYA TƏŞKILATLARININ MALİYYƏ -TƏSSƏRRÜFAT FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ DİAQNOSTİKASI TƏŞKİLİNİN ƏSASLARI...............................................................................................................7

2. ƏSAS FONDLARDAN, MADDİ VƏ QEYRİ-MADDİ EHTİYATLARDAN İSTİFADƏNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI............................................12

3. MƏHSUL İSTEHSALI VƏ SATIŞI XƏRCLƏRİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI.................................................................................………...15

4. KOMMERSİYA TƏŞKILATLARININ TEXNİKİ VƏZİYYƏTİNİN VƏ SOSİAL İNKİŞAFI NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI..20

5. KOMMERSİYA TƏŞKILATLARININ FƏALİYYƏTİNİN İQTİSADİ NƏTİCƏLƏRİNİN, RENTABELLİYİNİN, MƏNFƏƏTİN, MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI........................................22

6. İMTAHAN SUALLARININ SİYAHISI.........................................................27

7. İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT .............................................................29

GIRIŞ

“Kommersiya təşkilatlarının maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikası” adlı tədris metodik vəsait “İqtisadi təhlil və diaqnostika” fənninin öyrənilməsində yardımçı vəsait kimi mühüm rol oynayacaqdır.

“İqtisadi təhlil və diaqnostika” fənnin tədris proqramına uyğun olaraq “Muhasibat uçotu və audit” ixtisası üzrə magistr təhsil pilləsində təhsil alan tələbələrə istifadə etmələri tövsiyyə olunur.

Tədris metodik vəsaitin məqsədi:

“Kommersiya təşkilatlarının maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikası” - bütün növ fəaliyyətin sistemli öyrənilməsi əsasında nəticələrin ümumiləşdirməsi vasitəsilə təşkilatın səmərəliliyinin artırılmasını təşkil edir.



Tədris metodik vəsaitin öyrənilməsinə başlayarkən mütləq:

Bilməlidir:

  • iqtisadi- hesablama fəaliyyəti;

  • analitik, elmi-tədqiqat fəaliyyəti;

  • təşkilatı- idarəetmə fəaliyyəti.

Bacarmalıdır:

  • idarəetmə qərarlarının seçimində və hazırlanmasında iştrak etmək, risklərin və qərarların potensial sosial-iqtisadi nəticələrini nəzərə alaraq, sosial-iqtisadi meyarlara görə gərarların səmərəliliyinin əsaslandırılması;

  • tapşırılmış işlərin mərhələlərlə yerinə yetirilməsinin təşkili;

  • hüquqi, inzibati və digər məhdudiyyətli təşkilatlatların, iqtisadi xidmət və müxtəlif xüsusi mülkiyyət formalı bölmələrin fəaliyyətinin təkmilləşdirməsi, idarəetmənin təşkili üzrə qərarların hazırlanmasında və qəbul edilməsinda iştrak etmək;

“Kommersiya təşkilatlarının maliyyə - təssərrüfat fəaliyyətinin təhlili və diaqnostikası” adlı tədris metodik vəsaitin öyrənilməsinin qarşıya qoyduğu məqsəd və vəzifələr tələbələrlə işləmə üsullarının formasını müəyyənləşdirir. “İqtisadi təhlil və diaqnostika” fənni üzrə kurs muhazirə və praktiki məşğələ dərslərinin keçirilməsində, həmçinin tələbələr tərəfindən sərbəst işlərin hazırlanmasında yardımçı olmağı nəzərdə tutur.

Muasir texnoloqiyaların öyrənilməsi:

Müasir texnoliqiyadan istifadə edərək sərbəst informasiya axtarışı, praktiki məsələlər, biznes oyunları və prezentasiya materiallarından istifadə.

MÖVZU I. KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSSƏRRÜFAT FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ DİAQNOSTİKASI TƏŞKİLİNİN ƏSASLARI
Kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının kompleks məqsədi obyektin və subyektin, metodikasını, təsnifatını, növlərini və rolunu araşdırmaqdır. Kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının əsas göstəricilərini və informasiyasını təhlil etməkdir.

Maliyyə- təssərrüfat fəaliyyətinin təhlilinin məzmunu istehsalın texniki səviyyəsinin hərtərəfli tədqiqindən, istehsal olunan məhsulun rəqabətqabiliyyətliliyi və kefiyyətindən, istehsalın material, maliyyə və əmək resursları ilə təminatından və onlardan səmərəli istifadədən ibarətdir. Belə bir təhlil idarəetmənin mühüm funksiyasına aid olan keyfiyyətli informasiya təminatına və müxtəlif amillərin kompleks uçotuna sistemli yanaşmaya əsaslanır.

Kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin diaqnostikasının mahiyyəti təsərrüfat subyektinin maliyyə və iqtisadi, texniki sisteminin, maşın və avadanlıqların vəziyyətini əks etdirən əsas xüsusiyyətlərin ölçülməsi, əlamətlərin aşkar edilməsi və öyrənilməsi, gələcəkdə davamlı, orta, standart, normal dəyərlərin kənarlaşmasının və iş rejiminin pozulması hallarının qarşısını almaqdır.



Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının məqsədi –nəticələrin ümümiləşdirilməsi və bütün növ fəaliyyətin sistemli öyrənilməsi əsasında onun işinin səmərəliliyinin artırılmasıdır.

Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının vəzifələri:



  • təhlil edilən obyektin real vəziyyətinin identifikasiyası;

  • normativ dəyərlərin, əsas xüsusiyyətləri və ya məlum analoqları ilə obyektin tərkibi və xassələrinin öyrənilməsinin müqayisəsi;

  • zaman-məkan aralığında obyektin vəziyyətindəki dəyişikliklərin aşkar edilməsi;

  • obyektin vəziyyətindəki dəyişikliyə təsir edən və onların təsirinin nəzərə alınmasında əsas amillərin müəyyən edilməsi;

  • əsas istiqamətlərin proqnozu.

Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının predmeti dedikdə məhsul (iş və xidmət) istehsalı və satışı xərclərinin, əsas fondlardan istifadənin vəziyyəti, əmək ehtiyatlarından istifadə və sosial inkişafın nəticələrinin, maliyyə vəziyyətinin, istehsal və iqtisadi nəticələrin səmərəliliyinin təhlili və qiymətləndirilməsi başa düşülür.

Kommersiya təşkilatının maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının obyekti bütövlükdə onun struktur bölmələri (sexlər, sahələr, briqadalar), subyekit olaraq isə dövlət orqanları, elmi tədqiqat institutları, fondlar, mərkəzlər, icma təşkilatları, kütləvi informasiya vasitələri, analitik xidmət təşkilatları çıxış edir.

Kommersiya təşkilatının idarəedilməsində təssərrüfat fəaliyyətinin təhlilinin rolu
Planlaşdırma

Uçot

Nəzarət

Təhlil

İdarəetmə sistemi

İdarəetmə sistemi

(istehsal və digər (başqa) fəaliyyət)

Idarəetmə qərarı
Resurslar
Məhsul, xidmət və s.


Şəkil. 1 idarəetmə sistemində iqtisadi təhlilin yeri
Şəkil 1. İdarəetmə sistemində iqtisadi təhlilin yeri
Təsərrüfat fəaliyyətinin təhlilinin növlərini, xarakteristikasını və onların təsnifatını müxtəlif meyarlara və özəlliklərə görə təsnifləşdirmək olar.


Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə