AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «İQTİsadi TƏHLİl və audiT»



Yüklə 279,86 Kb.
səhifə3/5
tarix14.01.2017
ölçüsü279,86 Kb.
#189
1   2   3   4   5

Əsas fondların hərəkətini, əsas fondlardan istifadənin səmərəliliyini, fondverimi amillərini, avadanlıqlardan, material və əmək ehtiyatlarindan istifadəni təhlil etməkdən ibarətdir.


Məzmunu:

Əsas fondların hərəkəti

Əsas fondların vəziyyətinin təhlili və diaqnostikası dəyər və qiymətləndirmənin beş baza göstəricisi əsasında formalaşdırılır. Bu göstəricilərə ilkin, bərpa, qaliq, ləğv (utilizasiya) və investisiya dəyəri aiddir. Müəyyən etmək vacibdir ki, bu göstəricilərin hansı aspektləri (iqtisadi və ya mühasibat) təhlilin məqsədi hesab edilir. Əsas fondların dəyəri kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin əsas xarakteristikası hesab edilir. Təşkilatın əmlak kompleksinin dəyərinin təhlili üçün əsas fondların ümumi dəyərinn hesablanması həyata keçirilir. Təhlil zamanı əsas fondların hər qrupunun payı, əsas fondların ümumi dəyərinə nisbətən tikinti quraşdırma işlərinin (TQİ) və avadanlığların dəyəri müəyyən edilir. Adətən belə təhlil yeni obyektlərin uçota alınması zamanı aparılır. Əsas fondların vəziyyətinin cari təhlili və diaqnostikası xüsusi balanslar əsasında aparılır, onlara aiddir: - əsas fondların balansı; - avadanlığların balansı; - istehsal gücünün balansı.


Əsas fondlardan istifadənin səmərəliliyinin təhlili


Əsas fondların istifadənin qiymətləndirilməsi üçün əsas fondlardan istifadə intensivliyi, avadanlığın yüklənməsi, maşın və mexanizmların faydalı iş əmsalı kimi göstəricilərdən istifadə olunur. Əsas fondlardan istifadənin təhlili üçün onların ilkin , qalıq dəyəri və köhnəlməsi mühüm əhəmiyyət kəsb edir.

Əsas fondların kompleks qiymətləndirməsi üçün balans mənbələri və aktivlərin strukturu təhlil edilir, həmçinin aktivlərdə əsas vəcaitlərin payı, əsas vəsaitlərin aktiv hissəsinin payı, köhnəlmə və yararlılıq əmsalı hesablanır.

Əsas vəsaitlərdən istifadənin səmərəliliyinin qiymətləndirilməsi bütün resursların ümumi qiymətləndirmə texnologiyasına əsaslanır ki, o da verim və tutum göstəricilərinin hesablanmasını və təhlilini nəzərdə tutur .

Fond veriminin amilli təhlili


Fond veriminə aşağdaki amillər təsir edir:

  • avadanlığın strukturu;

  • avadanlığ vahidinin iş vaxtı (T);

  • gundəlik boşdayanmalar;

  • növbəlilik əmsalı;

  • daxili növbəlilik boşdayanmaları;

  • avadanlığın məhsuldarlığı (CB);

  • yeni texnoloqiyaların mənimsənilməsi;

  • mövcud avadanlığların modernləşdirilməsi;

  • kadrların ixtisas səviyyəsi.


Avadanlıqlardan istifadənin təhlili


Avadanlığın işinin təhlili onun sayını, iş vaxtını və gücündən istifadəni xarakterizə edən göstəricilər sisteminə əsaslanır.

Avadanlıqların kəmiyyət istifadəsinin təhlili ücün onlar istifadə dərəcəsi üzrə qruplaşdırılır:



  • quraşdırılmış (istifadəyə verilmiş);

  • quraşdırılmamış (istifadəyə verilməmiş).

Quraşdırılmış bölünür:

  • faktiki işləyən;

  • modernləşdırmə və təmirdə olanlar;

  • ehtiyatda olan avadanlıq.

Quraşdırılmamış bölünür:

  • quraşdırılması nəzərdə tutulmuş;

  • silinməsi nəzərdə tutulmuş.


Material ehtiyyatlarından istifadənin təhlili


Müəssisənin material ehtiyyatlarının ümumi xarakteristikası əvvəlki və perspektiv dövrün ilkin hesabatılarının təhlili əsasında verilə bilər. Təhlil zamanı material ehtiyyatlarının ümumi xərcləri, ayrı – ayrı material ehtiyyatlarının növləri üzrə dəyər və natural ifadə də müəyyən olunur. Sonra isə konkret material ehtiyatlarının faktiki xərclərinin təhlili aparılır.

Müəssisənin maliyyə - təsərrüfat fəaliyyətində material ehtiyyatları təsdiq edilmiş texniki və ya digər sənədlər əsasında istehsalın müvafiq texnoloji sxeminə uyğun olaraq istehsal proqramı əsasında istifadə olunmalıdır.

Material ehtiyatlarına ümumi tələbat proses, əməliyyat və ya məhsul (iş və xidmət) vahidinə nəzərdə tutulmuş xərc normaları əsasında müəyyən edilir.

Material ehtiyyatlarından istifadənin təhlili, adətən xüsusi material balansı əsasında həyata keçirilir. Material ehtiyyatlarından istifadənin ətraflı təhlili üçün hər ehtiyyat növü üzrə natural və dəyər ifadəsində material balansı hazırlanır.



Əmək ehtiyatlarından istifadənin təhlili.


Əmək ehtiyatları ilə təminatın təhlili zamanı kadırların faktiki sayı əvvəlki dövr ilə və bütün ixtisas qrupları üzrə hesabat dövrünün plan sayı müqayisə edilir. Təhlil prosesində qruplar arasında əlaqələr və bu əlaqələrin dəyişilməsi istiqamətləri öyrənilir.

Əsas fəhlələlrin ümumi fəhlələrin sayında xüsusi çəkisinin bir fəhləyə düşən məhsul istehsalının dəyişməsi təsiri aşağdaki düstur üzrə müəyyən edilir:


∆Oİ = (XÇ1 – XÇ0) · Oİ0,
burada XÇ1, XÇ0 – plan (baza dövrü) və hesabat üzrə əsas fəhlələrin ümumi fəhlələrin sayında xüsusi çəkisi;

0 – plan üzrə bir işçinin orta illik istehsalı;

Işçilərin sayi aşağıdaki düstur üzrə müəyyən edilir:
Ə

=

burada Ə – planlaşdırılan dövrdə işlərin əməktutumu norması;



- fəhlələrin səmərəli (cari) iş vaxtı fondu;

Əpl - normanın yerinə yetirilməsinin planlaşdırılan əmsalı.


Əmək ehtiyyatlarının stimullaşdırılmasının səmərəliliyinin təhlili


Əmək ehtiyatlarının stimullaşdırılmasına əmək haqqının ödənilməsi sistemi, mükafatlar, müxtəlif növ sosial müavinətlər və ödənişlər daxildir. Əmək haqqının ənənəvi tarif sistemi və onun təşkilinin əsas elementləri zəmanətli dərəcə formaları və vəzifə maaşları bazar iqtisadiyyatı şəraitinə uyğun deyil, nəinki əməyin və istehsalın nəticələrinin artırılmasında stimullaşdırıci rol oynayır, həmçinin bu prosesə dahada mane olur. Müxtəlif növ mükafatlar, əlavələr və artımlar mexaniki olaraq tarif dərəcəsinə və vəzifə maaşına əlavəyə çevrilir və təşkilatın fəaliyyətinin son nəticəsini zəif əlaqələndirir. Əmək haqqının artım tempi ilə müqayisədə əmək məhsuldarlığının qabaqlayici artım tempi onun stimullayışdırıci rolunu təmin etməlidir. Əməyin intensivliyi, gərginliyi, keyfiyyəti və görülən tədbirlər əməyin ödənilməsinə uyğun olmalıdır. Əməyin stimullaşdırılması sisteminin əsas məqsədi - müəssisənin marağlarının yerinə yetirilməsinə aid olan əmək məhsuldarlığının artırılması, məhsulun maya dəyərinin aşağı salınması və satışın gücləndirilməsidir. Bu məqsədə nail olmaq müəssisənin maraqları ilə işçilərin maraqlarının (əməyin nəticələrinin maddi baxımdan deyil həmdə özünü reəlizəetmə imkanı baxımından tanınması) razılışdırılması tələb olunur.
MÖVZU III. MƏHSUL İSTEHSALI VƏ SATIŞI XƏRCLƏRİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI
Kompleks məqsəd:

Məhsul istehsalı və satışına çəkilən xərclərin ümumi xarakteristikasını vermək, əmtəəlik məhsulun bir manata düşən xərcləri təhlil etmək, istehsal proqramının formalaşdırılmasının və icrasının, məhsul çeşidinin və həcminin, məhsul istehsalının ahəngdarlığının təhlilini aparmaq.



Məzmunu:

Məhsul istehsalına və satışına çəkilən xərclərin ümumi xarakteristikası

Məhsul istehsalına və satışına çəkilən ümumi xərclər, məhsulun (iş və xidmətin) maya dəyərinin strukturunu müəyyən edir və xərc büdcəsinə daxil edilir. Maya dəyərin tərkibindəki xərclər qruplara görə fərqlənir ki, onlarda öz növbəsində müxtəlif xərc növlərinə ayrılır.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin strukturundan asılı olaraq məhsul istehsalı və satışına xərclər aşağdakilara ayrılır:


  • materialtutumu;

  • fondtutumu;

  • əməktutmu;

- enerjitutmu. Maya dəyərin strukturu və onun həcmi mənfəətə, qiymət səviyyəsinə və ölçüsünə, ayrı – ayrı iqtisadi-təşkilatı və texniki tədbirlərin iqtisadi səmərəliliyinə birbaşa təsir edir. Məhsulun maya dəyərinə hər amilin təsirinin hesablanması təşkilatın maliyyə-təssərüfat fəaliyyətinin diaqnostikası çərçivəsində həyata keçirilir. Bu zaman amillər qruplara bölünür:

  • təşkilatın bir başa fəaliyyətindən asılı olan (məhsul vahidinə düşən xammal, material, yanacaq və elektrikenerji xərclərinin aşağı düşməsi; xammal, material, yanacaq və elektrik enerjisinin istehlak strukturunun dəyişilməsi, əsas fondlardan istifadənin yaxşılaşdırılması);

  • təşkilatın fəaliyyətindən asılı olmayanlar ( iqlim şəraiti, müəssisənin yeri, xammal bazasının tutumu, istehsal sahələrinin, sexlərin və komplekslərin yerləşdirilməsi).

Məhsulun, iş və xidmətin maya dəyərinin təhlili mühüm əhəmiyyət kəsb edir. O, mövcud göstəricilərin dəyişməsi meyillərinin aşkar edilməsini, planının yerinə yetirilməsi və onun artım səviyyəsinə amillərin təsirini müəyyənləşdirilməsini və bunun əsasənda təşkilatın fəaliyyətinə qiymət vermək imkanlarından istifadə edərək məhsulun maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar etməyə imkan verir.

Istehsal xərclərinin təhlili xüsusi xarakterik və ya eyni zamanda bir və ya bir neçə xüsusiyyətlər əsasında təsnifləşdirilir.

Xərclərin təsnifləşdirilməsindən asılı olaraq istehsal həcminin məhsul istehsalı xərclərinin ümumi məbləğinə nisbəti aşağidaki düsturla müəyyən edilir:

X = A + B : VÜM


Burada: A– dəyişməyən xərclərin məbləği; B – məhsul vahidinə düşən dəyişən xərclərin səviyysi; VÜM – məhsul istehsalının həcmi.

Informasiya mənbələri:

- statistik hesabatların məlumatları,

- «məhsul istehsalı və satışına xərclərin hesabatı»

- mühasibat uçotunun məlumatları: sintetik və analitik hesablar, material, əmək və pul vəsaitlərinin, məhsulun maya dəyərinin plan və hesabat kalkulyasiyası və s.


Yüklə 279,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin