Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmetini ölkəmizdə həyata keçirilən vergi siyasəti, vergi yükü, obyektini isə vergi yükünün sahibkarlıq fəaliyyətinə təsirinin təhlili təşkil edir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardır:
- ölkə daxilində həyata keçirilən vergi siyasətinin inkişafı öyrənilmişdir.
- müasir şəraitdə vergi siyasətinin vergitutma prinsiplərinə təsirinin təhlili aparılmışdır;
- vergi siyasətinin sahibkarlıq fəaliyyətinə stimullaşdırıcı təsirinin meyarları tədqiq edilmişdir;
- Ölkə daxilində həyata keçirilən sahibkarlıq fəaliyyətinin öyrənilməsi əsasında iqtisadi vəziyyətin yaxşılaşdırlmasının əsas aspektləri tədqiq edilmişdir.
- müasir şərəaitdə sahibkarlıq fəaliyyətinə stimullaşdırıcı vergi siyasətinin təsiri araşdırılmışdır.
- vergi yükü və vergi ödənişləri sistemi kompleks şəkildə öyrənilmişdir;
- vergi siyasətinin beynəlxalq təcrübəsi tədqiq edilmişdir.;