Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


YÜKSƏK TEMPERATURDA EMAL ZAMANI QİDA YAĞLARINDA OKSİDATİV DƏYİŞİKLİKLƏRİN TƏDQİQİ



Yüklə 1,2 Mb.
səhifə11/32
tarix01.01.2022
ölçüsü1,2 Mb.
#103145
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
YÜKSƏK TEMPERATURDA EMAL ZAMANI QİDA YAĞLARINDA OKSİDATİV DƏYİŞİKLİKLƏRİN TƏDQİQİ

Yağların termiki oksidləşməsi çox mürəkkəb məsələdir və əsasən, texnoloji prosesin parametrlərindən (temperatur, qızdırılma müddəti, qızdırılma tezliyi, qızardılmış məhsulların yüklənmə sayı) asılıdır.

Bundan başqa, yağların termiki oksidləşməsinin sürəti və dərinliyi qızardılmış məhsuldan, onun təbiətindən, nəmliyindən, doğrama formasından, ilkin texnoloji emaldan (məsələn, yarımfabrikatların əvvəlcədən qovrularaq dondurulması, ilkin pörtlədilmə və s.) və digər amillərdən asılıdır.

İstifadə olunan yağın növü bu prosesin əsas həlqəsi hesab olunur (doymamışlıq dərəcəsi, ilkin keyfiyyət və onun istehsalı üçün istifadə olunan müxtəlif əlavələr: antioksidantlar, köpüksöndürücülər və s.).

Yağların termiki oksidləşmə prosesləri, əsasən modelləşdiriımiş yağlar üzərində boş-boşuna qızdırılma zamanı, yəni məhsulun iştirakı olmadan öyrənilməsi yağların oksidləşmə proseslərinin müxtəlif məhsulların iştirakı ilə tədqiqi üçün yaxşı bir nəzəri əsasdır, hal-hazırda kifayət qədər öyrənilməmişdir və bir sıra məsələlərə aydınlıq gətirməyi tələb edir.

İstilik təsiri zamanı yağlarda dörd əsas proses baş verir: oksidləşmə, polimerləşmə, hidroliz və destruksiya (dağılma).



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin