Nəzəri və praktiki əhəmiyyəti. İşin nəzəri əhəmiyyəti:
- yüksək temperaturda emal və uzun müddətli saxlama zamanı fast food məhsullarının yağ komponentində gedən dəyişikliklərin dərinliyi haqqında elmi biliklərin sistemləşdirilməsi və genişləndirilməsi;
- fiziki-kimyəvi və bioloji tədqiqatlar əsasında fast food məhsullarının təhlükəsizliyinin qiymətləndirilməsi üçün adekvat (tam uyğun) üsulların seçilməsindən ibarətdir.
Tədqiqat metodları.Tədqiqatın obyektləri sənaye istehsalı olan fast food məhsulları, o cümlədən, yüngül qəlyanaltılar; fast food məhsullarından çıxarılmış yağ komponentidir. Tədqiqatın predmeti:
- yüksək temperaturda emal və saxlanma prosesində fast food məhsullarının yağ komponentinin və onların istehsalı üçün istifadə olunan yağların fiziki-kimyəvi dəyişiklikləri;
- istehsal və tədavül mərhələsində fast food məhsullarının təhlükəsizliyinə nəzarət və qiymətləndirmə üsulları, frityur yağlarının adsorbsiyalı təmizlənməsi, fast food məhsullarının yağ komponentinin antioksidantlarla sabitləşdirilməsi idi.
İşin gedişində standart və hamı tərəfindən qəbul edilmiş tədqiqat üsullarından istifadə edilmişdir: fiziki-kimyəvi, orqanoleptik və mikrobioloji.
Nəşrlər. Tədqiqatın nəticələrinə görə 2 elmi məqalə dərc edilmişdir.
Dostları ilə paylaş: |