Cədvəl 1.8.
Polyar həlledicidə yağ məhlulundan adsorbent tərəfindən çıxarılan polyar birləşmələrin miqdarı (mq/q adsorbent).
İstifadə olunan adsorbentlər, ticarət markası və istehsalçı-firma
|
Polimerlər
|
Diqliseridlər
|
Monoqliseridlər, sərbəst yağ turşuları
|
Polyar birləşmələrin ümumi miqdarı
|
Ağardıcı gil Filtrol 105 (Harhaw-Filtrol)
|
41,0
|
10,5
|
36,9
|
88,4
|
Ağardıcı gil Tonsil Supreme
(La Saloman)
|
61,3
|
9,3
|
36,5
|
107,1
|
Maqnezium-silikat, Magnesol XL (Dallas Group of America, Inc.)
|
59,7
|
19,3
|
77,6
|
156,8
|
Silikagel № 1, Britesorb C200
(PQ Corp.)
|
38,1
|
11,2
|
12,1
|
61,4
|
Silikagel №2, Trisyl WR
(Grace & Co)
|
49,5
|
12,8
|
21,5
|
83,8
|
Silikogel, Silica Gel 60 (BaхterScientifica Products)
|
64,0
|
54,3
|
21,3
|
139,6
|
Beləliklə, qeyd etmək olar ki, son illərdə istifadə edilmiş bitki mənşəli yağların təmizlənməsi problemi daha da aktuallaşmaqdadır və onu həll etməyin mümkün yollarından biri təbii yerli adsorbentlərdən və onlar üçün unikal texnoloji üsullardan istifadə etməkdir.
Yuxarıda göstərilən bütün məsələlər aşağıda təklif etdiyimiz tədbirlər nəzərə alınmaqla, istehsal və realizə etmə mərhələlərində fast food məhsullarının təhlükəsizliyinin təmin edilməsinə ehtiyac olduğunu göstərir:
• texnoloji prosesin kritik nəzarət nöqtələrinin (KNN) müəyyən edilməsi ilə fast food məhsullarına istehsal nəzarəti sxemini işləyib-hazırlamaq;
• frityur yağların tərkibinin yaxşılaşdırılması üçün onların istilik sabitliyi, fizioloji səmərəliliyi nəzərə alınmaqla optimallaşdırma meyarlarının hazırlanması;
• yağların təhlükəsizliyinin idarə edilməsi üçün müvafiq üsulları seçmək və bu zaman yağların oksidləşmə və sopolimerləşmə dərəcəsi ilə əlaqəli göstəricilərini ölçməmək.
Bundan əlavə, fast food məhsullarının təhlükəsizliyini təmin etmək üçün, qızardılmış məhsulların istehsal mərhələsində yağların adsorbsiyalı təmizlənməsi və istehsal olunan məhsulun onun tədavül mərhələsində oksidləşmədən qorunması vacibdir. Eyni zamanda adsorbentlərin, antioksidantların və onların tətbiqinin texnoloji prinsiplərinin seçiminə məhsulun adi orqanoeptiki xassələrini pozmadan, yalnız elmi cəhətdən əsaslandırılmış yanaşma müsbət nəticələr əldə etməyə imkan verəcəkdir.
Dostları ilə paylaş: |