Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


В Главе III «Применение национальных традиций в современной моде»



Yüklə 2,57 Mb.
səhifə21/24
tarix01.01.2022
ölçüsü2,57 Mb.
#103303
1   ...   16   17   18   19   20   21   22   23   24
В Главе III «Применение национальных традиций в современной моде» рассматриваются психологические и культурные факторы моды, гармония цветов в женской одежде, этничность моделирования современных платьев, созданных на основе элементов национальной одежды.

В разделе «Выводы и предложения», а также в других областях дизайна, в швейной промышленности подчеркиваются факторы, влияющие на продвижение «современных и этнических» образов на основе национальных традиций модельерами и их влияние на общество.



876 m qrup maqistrantı Kazımova Leyla Vasif qızının

Müasir dizaynda milli ənənələrin tətbiqi problemlərinin analizi” adlı mövzusunda magistr dissertasiyasınin



R E F E R A T I
Müasir dövrdə hər bir xalqa məxsus milli ənənələrin - etnik problemlərin aktuallaşması xüsusilə moda mədəniyyətində öz əksini tapmışdır.

Dizaynda milli motivlərin tarixi XX əsrin hüdudlarından kənara çıxır. Bunun əksinə son əsrin kəşfi olan etnik problemdir. Bundan əlavə, XX əsrin birinci yarısı ərzində ekzotik ölkələr və üslublara aludəçiliyə baxmayaraq interyer kimi, etnik kostyum da çox güman ki, müharibədən sonrakı dövrün açıqlamansı sayıla bilər. Dizayn nöqteyi-nəzərindən "etno" anlayışı dizaynda aktual istiqamət olub təkcə moda podiumlarının deyil, həm də küçə modasının trendi hesab olunmalıdır. Dizaynda etnik meyilləri tədqiq edən zaman etnik ənənələr, milli üslub və folklorun fərqinə varmaq lazımdı.

Nəzəri baxımdan milli üslubda olan geyimlə etnik paltar arasında müəyyən fərqlər vardır. Birinci tərəf ənənələrə müraciəti, onların ümumiləşdirilməsi və interpretasiyasını nəzərdə tutur. İkinci daha çox milli koloritə ekologiya və etnoqrafiya, mühitin bu və ya digər ölkə üçün nəzərdə tutlan incə üslub nüanslarına yönəldilmişdir. Etnik üslub tarixən yaranmış milli geyim formalarının yenidənqurma işlərinə deyil, insan və təbiət harmoniyasının təsdiqinə yönəldilir. Hippi dövründən etnoüslub rəsmi dəbə düşür. Faktiki olaraq Hippi yeni şəhər etnoqrafiyasını aktuallaşdırır, indiyədək də böyük dizayn əsas mövzularından biri olaraq qalır. Hətta öz etnik xüsusiyyətlərini itirsə də, o, beynəlmiləl ənənələrin davamı kimi özünü biruzə verir. Amerika hinduları, Alyaska eskimosları, Qanqa çayının sahillərində saqqallı zahidləri, Okeaniya xalqları, Afrika tayfalarının başçılarının geyimləri 1960-ci illərin geyimlərinə zəngin kolorit versə də həmin dövrün moda evləri bu icadları tam əldə edə bilmir. Əvəz dəsti kimi komplekt gəlir, üslublar isə rənglərin palitrasına çevrilir, etnoüslub kimi aktuallıq qazanır. Etnomodada sintetikanın yerinə pambıq, kətan və elektrik rənglərin yerinə təbii rənglər gəlir. Etno ənənənlər Rastafari paltarında sezilməkdədir.

Xalq yaradıcılığı nümunələri bu gün bir çox rəssam-dizaynerləri ruhlandırır. Xalq tətbiqi sənətinin emosional-obrazının başlanğıcı, xalqın bədii fantaziyası dizayner üçün xüsusilə cəlbedicidir. Ornamental naxışın rəvan xətləri, motivləri və ritm modelyerlərin yaradıcılığında assosiativ mənbələr kimi əksini tapır.




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin