Tədqiqatın predmet və obyekti. Dissеrtasiyada əsas obyekti kimi qəbul edilən geyimin inkişaf yolları (ümumi formada), kostyum dizaynında milli elementlər əsasında yaranan yeni geyimlərin modelləşməsində ənənələr, etnik istiqamət (gеniş formada) tədqiq olunmuşdur.
Tədqiqatın əsas məqsədi və vəzifələri – Müasir dövr dizayn mühitində milli ənənləri əsaslı səkildə mənimsəmək, yeni geyimlərdə etnik elementlərdən düzgün, eləcə də xüsusi həssaslıqla istifadə etmək problemini işıqlandırmaqdan ibarətdir.