Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət iqtisad Universiteti “sabah” Mərkəzi



Yüklə 397,16 Kb.
səhifə10/18
tarix01.01.2022
ölçüsü397,16 Kb.
#105503
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Strategiya və Plan

Əvvəlki şərhlərdə olduğu kimi; Strategiya anlayışı uzunmüddətli seçim və məqsədlər ilə əlaqəli olsa da, planın konsepsiyasını, məqsədlərə çatmaq üçün vasitələrin qərarlaşdırılması və nəyin, harda ,niyə, nə zaman edilməsinin öncədən müəyyən olunması olaraq ifadə etmək mümkündür.

Plan, bütün resursları bir məqsədə yönəldən, resursdan istifadənin nəzarətini aparan, administrativ prioritetlərə əsasən müəyyən resursların müəyyən qərar mərkəzlərinin əmrinə daxil olması və məhsuldarlığı ən yüksək səviyyədə tutacaq nizam gətirən yazılı sənəd, idarə etməni addım-addım məqsədlərə götürən bir rəhbərdir. Strategiya da planı əhatə edən bir anlayışdır (Fişek,1979:212. Strategiya daha dinamik, daha davamlı və eyni zamanda plana nisbətən daha çox hədəflərə yönəlmiş fəaliyyət mərkəzli bir prosesdir.

Ümumiyyətlə, strategiya və plan arasındakı əlaqəni aşağıdakı kimi izah edə bilərik: Strategiya məqsədin reallaşması üçün ortaya qoyulan hədəflər və onlara çatmaq üçün seçilən yolda təməl fəaliyyət tərzidir. Plan daha çox strategiyanın həyata keçirilməsi məsələsini boynuna götürür. Strategiya hədəflərə yönələrkən , plan hədəfə çatmaq üçün nəyin, necə, nə zaman həyata keçirilməsi ilə maraqlanır.



  1. Yüklə 397,16 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin