Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universtetiNİN nəzdində baki qida sənayesi kolleci



Yüklə 41,9 Kb.
səhifə6/13
tarix01.01.2022
ölçüsü41,9 Kb.
#107129
1   2   3   4   5   6   7   8   9   ...   13
Həsənova Xədicə İT019 Nitq m.

Hacı Ömər dayım ölüb gedəndə,

Düşdüm müsibətə, bəlaya mən də.

Nizami Gəncə kitabxanaları ilə yanaşı, Bərdə şəhərində olan zəngin kitabxanalardan da istifadə etmişdir. "Xosrov və Şirin" poemasında şair bu barədə müəyyən məlumat da verir:



Məlum hekayədir "Xosrov və Şirin",

Dastan yoxdur əsla bu qədər şirin.

Ruhu oxşasa da bu gözəl dastan,

Pərdədə qalmışdı bu gəlin çoxdan,

Tanıyan yoxdu bu gözəl alması,

Bərdədə var idi bir əlyazması;

O ölkənin qədim tarixlərindən

Bu dastanı tamam öyrənmişəm mən.

O yerdə yaşayan qoca adamlar

Təşviq etdi, işə mən verdim qarar.

Buradan belə qənaətə gəlmək olar ki, birincisi, Bərdə şəhəri həmin dövrdə xeyli inkişaf etmiş, mədəni həyatı ilə məşhurlaşmış, zəngin kitab sərvətinə malik olmuşdur; ikincisi, şairin mütaliə dairəsi çox geniş olmuş və o, hər bir əsərini yazarkən xeyli axtarışlar aparmış, bir fikir götürmək üçün yüzlərlə kitab oxumuşdur.



Nəsiminin söz kəlam haqqındakı fikirləri bir cox halda Nizamiyə söykənsə də, dövrünə , etiqadına görə ondan fərqlənir. Bundan əlavə, Nəsimi ana dilində yazdığı üçün onda müxtəliflik ola bilməz. Nəsimi yaradıcılığı ədəbi dilimizin inkişafında xüsusi bir mərhələ, əvəzsiz bir baza olduğu kimi, dilçiliyimizin inkişafında da xüsusi rol oynamışdır. Ədəbi dilimizin inkişafında Nəsimi əsərlərindən bəhs edildiyi halda, Nəsiminin dilçilik baxışları, söz haqqındakı fikirləri haqqında, demək olar ki, heç bəhs edilməmişdir. Nəsimi hürufi təriqəti ilə bağlı fikirlərini çox vaxt yalnız bu təriqətin üzvlərinin başa düşə biləcəyi dildə ifadə edir. Yəni Nəsiminin bir çox fikir və müəmmalarının mənasını bilmək üçün mütləq hürufilərin ünsiyyət üçün istifadə etdikləri elementlərin mahiyyətini anlamaq lazımdır. Nəsimi bağdadda Vətən deyəndə Azərbaycanı, ana dili deyəndə dogma türkcəsin - Azərbaycan dilini nəzərdə tuturdu.


Yüklə 41,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin