Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universtetiNİN nəzdində baki qida sənayesi kolleci


Söz eşqin lüğətində öz canımızdır bizim



Yüklə 41,9 Kb.
səhifə9/13
tarix01.01.2022
ölçüsü41,9 Kb.
#107129
1   ...   5   6   7   8   9   10   11   12   13
Həsənova Xədicə İT019 Nitq m.

Söz eşqin lüğətində öz canımızdır bizim,

Biz-sözük, görkəmimiz-eyvanımızdır bizim.

Xosrov və Şirin ”-də buna bənzər fikri şair belə ifadə edir:



Söz Ruhdur, can üçün ruh bir dərmandır,

Cantək əzizliyi bəlkə bundandır.

Nizaminin dilə münasibəti məsələsini aydınlaşdırmaq bizim tədqiqatın əsas məqsədi olmadığı üçün kiçik bir icmalla kifayətlənməli oluruq. Bu problem müstəqil tədqiqat obyekti olmalıdır.Nizami yaradıcılığı bir ümmandır ki, onda elmin bütün sahələrinə aid istənilən fikri tapmaq olar. Nizaminin dil haqqında fikirləri bir də ona görə qiymətlidir ki, özündən sonrakı şair və mütəfəkkirlər onun fikirlərinə istinad etmişdir. Nizami qədər qüdrətli söz deyə bilən ikinci bir şairə rast gəlməkçətin məsələdir. 


Fars ədəbiyyatında çox qudrətli söz ustadları vardır, lakin Nizami qədər hər sözü yerli 
yerində demək onlara nəsib olmayıb. İran ədəbiyyatında şeir Nizami vasitəsi ilə yüksək 
səviyyəyə, mədəni formaya gəlib çıxmışdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bu gün 
Şərqin  şeiriyyatı Nizami kimi dühaların sayəsində dünya poeziyasının  ən pik nöqtəsi 
sayılır. Bu nöqteyi-nəzərdən Nizami əvəzsiz sənətkar olaraq bəşəriyyətin hafizəsində 
əbədi yaşayacaqdır.  Alim Mənsur Sərvət başqa  ədəbiyyatşünaslardan fərqli olaraq Nizaminin 
türklüyünə daha çox toxunmuşdur. Onun türk  Səlcuqlarının xronoloji şəkildə harada 
yerləşib və dövlət qurduqlarını göstərməsi tarixi baxımından əhəmiyyəti önəmlidir. Nizami  şerinin səbkisi Xorasan və  İraq  şeir formaları arasındadır.  Əgər fars şeir 
dilini Xorasan, İraq, Hind məktəbi ilə müqayisə etsək onda belə  qənaətə  gələrik ki, 
Nizami poeziyası  İraq  şeir nümunələrinin bariz oxşarıdır. Onun məsnəvi, ürəyəyatan, 
düzülüş qaydası, xeyli ərəb kəlmələrinin işlədilməsi buna dəlalət edir. Bununla belə 
şeirdəki fars üslubu, Nizaminin öz dəsti-xətti olması, hətta Qərb təmayülü və Yunan 
forması da özünü göstərir. Sokratdan əvvəlki fəlsəfə  və islam dəyərləri Nizami 
yaradıcılığında özünü biruzə verir. Digər tərəfdən elmi istilahlar, xüsusilə 
astronomiyaya bələdlik onun əsərlərində özünü tam göstərir. Nizaminin saraydan uzaq 
olmasına gətirib çıxardır ki, bu da şairin yaradıcılığına müsbət təsirsiz ötüşməmişdir. Bu 
da onun şahlara mədh yazmaqdansa, əxlaq, hikmət və  cəmiyyətin real həyatından 
yazmağa imkan vermişdir. Nizami şeriyyatının gücü ondadır ki, o, acı, mənfi işləri 
göstərsə  də,  əsas etibariylə  işıqlığa can atan sənətkar kimi özünü göstərmişdir.  Əksər 
vaxt da xeyrin şər üzərindəki qələbəsi, haqqın nahaqqa qalibiyyətini deməklə öz 
ideyalarını tərənnüm etmişdir. Bunları söyləməyə hünər tapmışdır. Onun ilk əsəri «Sİrlər 
xəzinəsi», sonuncu dastan «İskəndərnamə»dən fərqlənsə  də, öz aralarında bir 
həmahənglik təşkil edir. Nizami cavanlıqdan bir əxlaqı götürüb sona qədər də onunla 
gedir. Bədii şeir təsvirinə gəlincə Nizami qədər onu ilahi bir qüvvəyə çevirə biləcək bir 
adam, və yaxud ikinci bir  şairə rast gəlmək müşkül məsələdir. 


Yüklə 41,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin