İxtisaslaşmış aqropark
Hər hansısa tip qida məhsullarının hasilatı, emalı və bu məhsulların marketinqi ilə bağlı çalışmaların bir yerdə toplandığı təsərrüfatçılıq subyektidir. Məsələn, tərəvəzçilik, bağçılıq, heyvandarlıq və s.-yə əsaslanan aqroparklar ixtisaslaşmış aqroparklar kimi fəaliyyət göstərə bilərlər.
Ölkə Prezidenti tərəfindən hədəflənən əsas məqsədlərdən biri də rayonlara əsasən ixtisaslaşma proyektlərinin hazırlanması və yerinə yetirilməsidir. İxtisaslaşmış aqroparkların qurulması üzrə layihələrin yerinə yetirilməsi xüsusilə bu tapşırığın həyata keçirilməsinə böyük töhfələr yarada bilir.
Bizə məlumdur, respublikanın cənub hissəsindəki mövcud olan adət və təcrübələr, torpaq–iqlim şəraiti, buradakı əhalinin vərdiş və bacarıqları, bostançılığın və tərəvəzçilik bu yerlərdə geniş yayılması ilə nəticələnmişdir. Bunlara əsasən onu deyə bilərik ki, Lənkəran İqtisadi Rayonunda tərəvəzçiliyə əsaslanan ixtisaslaşmış aqroparkların qurulması çox xeyirli nəticələnə bilər və bu da öz növbəsində bu bölgədə intensiv inkişafın formalaşmasına yaxşı əsasların yaranmasına səbəb olar.
Ölkəmizin Quba–Xaçmaz İqtisadi bölgəsində, məsələn, Quba və digər ətraf bölgələrdə bağçılıq, Gəncə–Qazax İqtisadi Rayonunda isə, misal kimi Tovuz və digər rayonlarda üzümçülük əsaslı ixtisaslaşmış aqroparkların qurulması nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |