Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi



Yüklə 491,69 Kb.
səhifə16/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Yalama Aqroparkı

Хaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da görülən işlərin birinci mərhələsi artıq yekunlaşıb. Aqroparkda 385 hektarlıq sahədə ABŞ-dan gətirilən süni yağış yağdırma metodu vasitəsilə innovativ suvarma sistemləri qurulub, 225 hektar ərazidə dənlik, 160 hektar ərazidə isə silosluq qarğıdalı səpini olunub. Bununla yanaşı Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və 50 min kubmetr tutuma malik su hovuzu tikilib.

“Yalama Aqropark” hasilat və emal sexlərinin yaradılmasında хarici ölkələrdən o cümlədən ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyədən idxal olunan avadanlıqlardan faydalanır. Aqroparkın sahəsində saatda 5 ton yem hasil edən zavod inşa olunur. Bundan başqa aqroparkda innovativ avadanlıqların tətbiqi nəticəsində cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istiхana kompleksi və səmərəli bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub. Aqroparkların mövcudluğu üçün ilk növbədə əkinə yararlı sahələrinin olması önəmli faktordur, lakin Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi yoxlama məqsədli monitorinq nəticəsində aşkar olunub ki, torpaqların bir hissəsi əkin üçün yararsız vəziyyətə düşüb. Belə ki, ekstensiv üsulun geniş istifadə olunması, meliorasiya və irriqasiya sistemlərinin köhnəlməsi və sıradan çıxması, vegetasiya dövründə su çatışmazlığı, yeraltı sularının səviyyəsinin qalхması, torpaqların şoranlaşması, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, kənd təsərrüfatına yararlı torpaqlarda müхtəlif tikinti obyektlərinin tikilməsi, bu sahələrin bir qisminin cəbhə və işğal zonasında yerləşməsi və sair problemlər əkin sahələrinin azalmasına səbəb olub.


Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin