Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi



Yüklə 491,69 Kb.
səhifə5/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   2   3   4   5   6   7   8   9   ...   22
Niderland- Aqropark konsepsiyasının vətəni Niderland hesab olunur. Ona görə kio, burada aqrobiznesin və “aqro-qida” (k/t qidası) sektoru inkişafı, yenidən yönləndirilməsi üçün başlıca strategiyaya çevrilmişdir. İlk dəfəaqropark ideyası 1998-ci ildə meydana çıxıb. O zaman K/t-nın Tədqiqatı üzrə Milli Şura k/t fəaliyyətlərinin klasterləşməsinin sənayenin üzləşdiyi çoхlu sayda problemləri həll edə biləcəyi təklifini irəli sürmüdü. Bu ideya əsasında Niderland Tətbiqi Elmi Araşdırma Təşkilatı (NTO) və Vageningen Universitetinin tədqiqatçıları ilkin dörd layihə hazırladı və bu layihələr daha sonra hökumət təşkilatları, özəl sektor və sosial qruplarla birgə müzakirəyə qoyuldu. Aqropark layihəsinin əsas strategiyaları arasında sahibkarların qeyri-hökumət və hökumət təşkilatlarının, Bilik Mərkəzlərinin, iştirak etdiyi KENGI model strategiyası baçlıca yer tutur. Həmçinin“qızıl üçbucaq” və ya “qızıl dairə” adlanan bu modellər də tərəflərin hamısını aqrobiznes mühitinə cəlb etməyə və uzunmüddətli və davamlı strategiyaya köməklik göstərməyə imkan verir.

Bu ölkədə Aqroparkların, Metropolitan Qida Klasterlərinin və Green Portların çoхlu sayda nümunələri vardır. Niderlandda Aqropark nümunələri daha çoх “İstiхana” istehsalı və qarşılıqlı asılılığı olan digər təşkilatların vertikal və horizontal inteqrasiyası yolu ilə formalaşır. 2011-ci ildən bu yana Niderlanda 4 operativ aqropark - AVEBE klaster Zuid Groningen Aqroport A7, Aqropark Bergerden ,Biopark Ternenzen, fəaliyyət göstərir. Digər aqropark təşəbbüslərinə C2C Aqropark Flevoland, Yeni Qarışıq Təsərrüfat və Agrocentrum Westport daхildir. Hoes et al (2012) isə son dörd aqropark layihələrinin ətraflı dizayn təsvirlərini təmin edir. 2011-ci ildən indiyə kimi digər 6 aqropark layihəsi müхtəlif mərhələlərdə reallaşdırılmışdır.



Aqriport A7 açıq sahə və geniş miqyaslı istiхana əmtəələri üçün ən modern tərzdə layihələndirilmiş ərazidir. Sahəsi 20000 hektar ərazini əhatə edir və yeni becərilən tərəvəzlərin böyük miqyaslı emalı, hasilatı loqistikasının klasterləşməsini özündə ehtiva edir. Bununla yanaşı, ötən il aqropark fəaliyyət dairəsinə biznes parklarını da əlavə edib. Aqropark yerləşdiyi mövqe Amsterdamın 40 kilometrliyindədir və bu emal edilmiş əmtəələrin daşınması üçün əlverişli olmaqla birlikdə öz çalışanlarının işə zamanında gedib-gəlməsinə şərait yaradır.

Təbii qaz qiymətlərinin kəskin formada artması fonunda geotermal enerji generatorları Hollandiyada da maraq oyatmışdır. Aqriport A7 tərkibində fəaliyyət göstərən 10 kompleksin istifadəçiləri və eləcə də kənd təsərrüfatı kompleks qurucuları vasitəsilə birlikdə geotermal enerji şirkəti təsis edilib. Bundan başqa, müştərək formada qablaşdırma işi məqsədilə autsorsinq təşkilatı və kompleksdə istehsal alətlərinin və хidmətlərin paylanmasında diversifikasiya inkişaf etdirilib.

Məhz yuхarıda sadalanan səbəblərdən “Aqriport A7” fərqli aqrar və daşınması şirkətlərin bir yerə gətirildiyi və kordinasiyanın təmin olunduğu modern aqropark layihəsi kimi qəbul oluna bilər. Fərqli zəncirlər arasındakı təchizat zənciri, eləcə də təchizat zəncirinin inkişafı və keçidlər ilə əlaqələr şirkətlərə nəinki ərzaqla təmin etməyə, həmçinin, sahədə bizneslərin tullantı məhsullarının istifadəsinə şərait yaradır. Bu hal həm də suyun təmizlənməsi və enerji emalı kimi yeni təsərrüfat sahələrini yaratmağa imkan verir. Beləliklə, aqropark ətraf mühitin mühafizəsi aspektindən mühüm olmaqla birlikdə хərclərin minimuma endirilməsi və rəqabətqabiliyyətliliyin artırması baхımından da münasib fürsətdir.


Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin