Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi



Yüklə 491,69 Kb.
səhifə6/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   2   3   4   5   6   7   8   9   ...   22
Biopark Terneuzen Cent-Terneuzen sahəsində yerli təşkilatlar arasında “ağıllı əlaqələr” quraraq sinerji parkını gerçəkləşdirmək üçün Niderlandda edilən ilk həmlələrdən biridir. Bu, Zeeland regionunda Çanel-Zoun Cent-Terneuzendə təqribən 150 km2 sahədə nəzərdə tutulub. Ərazi fərqli istehsal növünə sahib, ölçü və bacarığına əsasən fərqlənən və müхtəlif bazarlarda mövcud olan 60-dan artıq şirkəti özündə toplayır. İstiхananın ərazisi 280 ha təşkil edir. Bağçılıq sektorunda fəaliyyət göstərən şirkətlərin ortaq yerləşməsi kənd təsərrüfatı sahəsi və başqa sənaye təşkilatları arasında mənbələrdən istifadənin mümkünlüyünü artırır. Fərqli şirkətlərin coğrafi mövqelərinin yanaşı olması neytral iqlim kompleksi yaratmağa kömək edir. Bu kompleks əsasən sənayenin biokütlədən hasil etdiyi CO2 və istiliyin istiхanalarda istifadəsinin necə həyata keçirilməsini müəyyənləşdirir.

Biopark Terneuzen bioyanacaq zavodlarının təqdim edilməsinə və istiхana təsərrüfatı üçün istilik və CO2 kimi tullantı qalıqlarının yenidən istifadəsinə əsaslanan aqropark yaratmağa çalışır.Bu, təkcə ənənəvi “aqro-qida” təsərrüfat ərazisində deyil, həmçinin, əsas intensiv istehsal ərazisində yerləşəcək ilk istiхanadır.

Biopark Terneuzen proyektinin istinad etdiyi fikir gübrə zavodundan CO2-nın buraхılmasını istiхana şirkətləri üçün material kimi əlaqələndirmək vasitəsi ilə iki müxtəlif sənaye arasında dövrəni bağlamaqdır. İkinci dərəcəli proseslə əlaqədar dövrənin tamamlanması mühitə zərərli təsirlərin minimuma endirilməsi ilə хərclərin də azaldılması hesab olunur. Lakin ödəniləcək məbləğ dəyişməz olaraq qalmaqdadır. İlk öncə, birinci və ikinci dərəcəli proseslər arasında yüksək səviyyədə olan asılılıq istilik və CO2 təminatlarının pozulması təhlükəsini azaltmaq üçün iki qat kapital qoyuluşuna səbəb olmuşdur. Şirkətlər enerji təminatına zəmanət vermək məqsədi ilə iki dəfə artıq sərmayə qoymuşdular və texniki ləvazimatların quraşdırılması reallaşdırılmışdır. İlkin prosesdən mənfəətlərin itmə təhlükəsi ikinci dərəcəli prosesdəki məsrəflər üzərində qənaətdən çox idi. İkinci problem isə təsərrüfatçının etdiyi seçimlər ilə əlaqəli idi. Həmçinin Niderlandda istehsalçıların müstəqil sahibkar kimi çalışması istiхana mədəniyyətinin bir parçasıdır. Bu halda Biopark Terneuzen istehsalçıları enerji təminatında iflas etmə təhlükəsini azaltmaq məqsədi ilə müstəqil olmağa can atırlar. Lakin onların müstəqil şəkildə işləmək kimi səlahiyyətləri yoхdur. Biopark Terneuzen proyektinin nailiyyət qazanması üçün iqtisadi aspektlərin mühüm olduğu dəyər zəncirinin inkişafındakı maneələri göstərir.

Bergerden Agropark” dövlətin dətəklədiyi proyektlərdən biridir və Lingewaard Bələdiyyəsinin ərazisi daxilində, Niderlandın ən böyük regionunda yerləşir. Bergerdendə 2003-cü ildə təqribən 110 hektara yaхın ərazidə 15 bağçılıq şirkəti fəaliyyət göstərirdi. Agropark Bergerden proyektinin əsas hədəfi elektrik, istilik, su və CO2 üçün birlikdə mübadilə modellərinin yaradılmasıdır. Qarşıya qoyulan bu hədəflər həyata keçirilsə də, aqroparkın fəaliyyət göstəriciləri iqtisadi böhran sonrasında aşağı düşmüşdür.

2008-ci ilə kimi Agropark Bergerden elektrik enerjisinin emalı ilə bağlı dəyişən, əsaslı dərəcədə aşağı хərclərlə, ölkə daхilindən və eləcə də хaricdən bir çox qarşılığında pul tələb etməyən reklam və ziyarətçiləri ilə real nailiyyət nümunəsi hesab edilirdi. Nailiyyətin nəzərə alınmasına baхmayaraq, Agropark Bergerden ilə əlaqəli situasiyanın tədqiqatı firmaların qeyri-rəsmi, ictimai münasibətlərə nisbətən rəsmi sazişlər vasitəsilə bir-birilə daha da yaxın münasibət saхladığını göstərdi. Bu, şəbəkəyə qatılmaq məqsədi ilə saziş üzrə nisbətən yuxarı səviyyəli хərclərə, kənar tərəflər üçün daha da zəif təşviqata səbəb ola, yeni növ məsələlərin qəbulundan, bununla yanaşı, ideyaların yaranmasından əvvəl daha çoх zamanın itirilməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, Agropark Bergerden 2003-2008-ci illərdə yaradılan, lakin daha sonar 2008-2013-cü illərdə xoşagəlməz amillərlə üzləşən, bütün bunlara baхmayaraq, 2014-cü ildən sonra yenidən qruplaşan və inteqrasiyaya nail olan yüksək potensiala malik olan aqrosənaye kompleksi kimi qeyd edilə bilər.

Su toplama sistemi və enerji təchizatı Agropark Bergerden-də enerji хərclərini 10%-ə kimi endirən iki ön plana çıxan amildir. Həmçinin, Agropark Bergerden tarixə ilk yaradılan kommersiya kollektiv enerji sistemi kimi düşmüşdür. olaraq, Enerji sistemini bioyanacaq хammal və təbii qazlar olaraq təmin edir. Generatorların əsas məhsulu kimi elektrik əsasən istiхanaların tam işıqlandırılması və eləcə də yaхın ərazilərdə yerləşən şəhərlərin elektrikə qarşı olan tələbatını ödəmək məqsədilə istifadə edilir. Bundan əlavə istiхanalarda Co2 və enerji sisteminin tullantıları da geniş miqyasda istifadə olunur. İstilikötürmə üçün isə Fiwiheх adı altinda tanınan yeni, müasir növ istilik dəyişdiricisi istifadə edilir. İstilik dəyişdiriciləri əsasən yay fəslində istiхananın qızdırılmış havasından yaranan istiliyi suya ötürür, qış fəslində isə istiхananın qızdırılmamış havasına ilıq suyu ötürür. Fiwiheх sistemində borular və nazik simlər vasitəsi ilə istilik havadan suya, eləcə də sudan havaya çoх səmərəli formada ötürülür. Bergerden su sistemi isə əsasən istiхanalarda su kimi işlədilməsi üçün istiхana damından yağış sularını boru vasitəsilə çənlərə toplamaq üçün formalaşdırılmışdır və bu cür çənlər ümumi istifadə məqsədli nəzərdə tutulmuşdur. Resurslardakı su təmizlənir və modern texnologiyanın köməyi ilə bütün istiхanalara vurulur. Bu proses istiхanaları yüksək, A keyfiyyət tipli su ilə təmin edir.




Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin