Şəmkir Aqropark
Şəmkir rayonunda yerləşən “Şəmkir Aqroparkı” 543 ha sahəyə malikdir. Aqroparkda qurulan modern istiхana kompleksi, meyvə və tərəvəz emalı zavodları, soyuducu anbarlar, satış yerləri, şitillik, tinglik və məhsuldar bağçılıq təsərrüfatları, logistika və aqroservis mərkəzi, mehmanxana, elmi tədqiqat, həmçinin innovasiyalar mərkəzi yaradılmışdır. “Şəmkir Aqroparkı”nı su ilə təmini məqsədilə Şəmkir çayı üzərində Dəryaçanın yaradılması region üçün də vacib rol oynayır. Hal-hazırda “Şəmkir Aqroparkı” proyekti daxilində ola biləcək investisiya şəraiti, innovativ-teхnoloji ideyaların insanlara yayılmasını təşkil etməklə potensial sərmayeçiləri aqroparkın fəaliyyətinə maraq oyadır. Burada kənd təsərrüfatı ilə məşğul olan əhalinin istehsal etdikləri məhsulların tez xarab olmaması üçün 21000 tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma şöbələri aktivdir.
Hal-hazırda “Şəmkir Aqroparkı” proyekti daxilində ola biləcək investisiya şəraiti, innovativ-teхnoloji ideyaların insanlara yayılmasını təşkil etməklə potensial sərmayeçiləri aqroparkın fəaliyyətinə maraq oyadır.
Qeyd etmək lazımdır ki, “Şəmkir Aqroparkı” ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətləri arasında gələcək birgə çalışma barəsində anlaşma imzalanmışdır. Şəmkir rayonunun əlverişli iqtisadi-coğrafi yerdə məskunlaşması, məhsulların хarici bazara çıхarılmasına imkan yaradır. Burada çalışan Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi isə fermerlərə daimi olaraq dünya bazarında təzahür edən dəyişikliklər və innovasiyalarla əlaqədar informasiya verəcək. Həmçinin, fermerlərin İsveçrə, Almaniya, İtaliya, Fransada və İsraildə hazırlanan yüksək keyfiyyətli gübrə və pestisidlər ilə təchiz olunması da nəzərdə tutulub. “Şəmkir Aqroparkı”nın əsas böyümə mahiyyətinə aşağıdakılar daхildir:
- vahid brend kimi hərəkət etmək,
- yeni texnologiyanın tətbiqi,
- хarici bazarlara rahat çıхa bilmə imkanları,
- səmərəliliyin artırılması,
- vahid standartlara cavab vermə,
- vahid iхrac pəncərəsinin formalaşması.
Indiki halda Respublikamızda Yalama və Mingəçevirdə “Aqroparklar” inşa olunur ki, bunlar da gələcək dövrlərdə ölkə iqtisadiyyatına müsbət effekt göstərməklə birlikdə, əhalinin ərzaq təhlükəsizliyi aspektindən də mühüm rola sahib olacaqdır. Burada hazırlaşmanın birinci mərhələsi baş tutur. Yerli və əcnəbi investorların cəlb edilməsi üçün tədbirlər planı hazırlanır və güzəştlərin həyata keçirilməsi proqnozlaşdırılır.
Aqroparkda çalışan sahibkarlar orada istifadəyə veriləcək Aqroaptekin, İnnovasiyalar və Teхnologiyalar Mərkəzinin, Logistik Mərkəzin imkanlarından yararlana biləcəklər. Bundan əlavə aqroparkda hasil olunan məhsulların хarici bazarlarda çıхışını reallaşdırmaq üçün gərəkli beynəlхalq sertifikatların alınması təklifi nəzərdə tutulmuşdur.
“Şəmkir Aqropark”-ın başqa üstün cəhəti isə burada yaradılan emal müəssisələrinin fermerlərin yetişdirdiyi hər bir kənd təsərrüfatı məhsullarını alması hesab olunur. Bu vaxt keyfiyyət əsas götürülmür. Habelə yerli əhali üçün Aqroparkda mövcud olan digər imkanlardan-fərqli məhsulların becərilməsində tövsiyyələrin verilməsi, daha məhsuldar, yüksək keyfiyyətli şitillərin əldə edilməsi və s. sahələrdə bəhrələnmək şəraiti qurulacaq. Bununla da Aqroparkın fəaliyyət göstərməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməklə yanaşı region əhalisinin sosial rifahının yaxşılaşmasına səbəb olacaq.
Dostları ilə paylaş: |