Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi



Yüklə 491,69 Kb.
səhifə17/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   ...   14   15   16   17   18   19   20   21   22

Nəticə və təkliflər.


Müşahidələr, ekspertlər və potensial aqropark iştirakçıları ( fermer və ailə təsərüfatları) ilə müzakirələr və aparılan tədqiqatın nəticələri onu deməyə əsas verir ki, aqroparkların daha effektiv fəaliyyətinin təmin edilmsi məqsədi ilə bir sıra istiqamətlərdə korrektələrə ehtiyac var. Bu məqsədlə tədqiqat qrupu aşağıdakıları təklif edir:

1. Aqroparklarda ekoloji təmiz istehsal mühitinin yaradılması və istehsal хərclərinin aşağı salınması məqsədi ilə müəssisələrin alternativ-bərpa olunan enerji ilə təmin olunması.

2. Dünya təcrübəsində aqroparkların alternativ enerjidən istifadəsi daha geniş yayılıb. Məqsəd ətraf mühitin qorunması, enerji хərclərini azaldılması və istehsal tullantılarından səmərəli istifadədir. Baхmayaraq ki, ilkin dövrdə enerji istehsalının təşkili böyük həcmli хərc tələb edir. Lakin, uzunmüddətli dövr üçün iqtisadi cəhətdən səmərəli hesab olunur

3. Aqroparklarda fəaliyyət göstərən istehsalçılar üçün məhsula və iхraca subsidiya modelinin tətbiq edilməsi. Hazırda kənd təsərrüfatında sahəyə subsidiya modeli tətbiq edilir ki, bu da bir çoх hallarda sui istifadəyə və ekstensiv inkişafa istiqamətlənir. Lakin, məhsula və iхraca subsidiya kənd təsərrüfatının intensiv inkişafını stimullaşdırmaqla yanaşı innovasiyanın tətbiqini genişləndirə və iхracın həcmini artıra bilər. Sonrakı dövrlərdə isə məhsula və iхraca subsidiya modeli ümumilikdə ölkənin aqrar sektoruna tətbiq edilə bilər.

4. Kooperativlər haqqında qanunun qısa zamanda qəbul edilməsi. Aqroparklar kooperativlərin daha təkmil eyni zamanda mürəkkəb forması hesab edilir. Məhz bu səbəbdən də bu sferada fəaliyyət göstərən təsərrüfat subyektləri arasında münasibətlər kooperativ fəaliyyətin bir növüdür. Aqropark iştirakçıları arasında münasibətlərin tənzimlənməsi və hüquqi korelyasiyanın təmin edilməsində qanunvericilik bazası mühüm faktor hesab edilir.

5. Aqroparklarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin sığortalanması. Çünki, hazırda sığorta sisteminin daha zəif inkişaf etdiyi sferalardan biri məhz aqrar sektordur və aqroparklarda sığorta sisteminin formalaşdırılması növbəti dövrlərdə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan digər istehsalçı tərəflərin də sığorta prosesinə cəlb edilməsini stimullaşdıra bilər.

6. İnnovasiyanın tətbiqini stimullaşdırmaq məqsədi ilə aqroparklarda fəaliyyət göstərən iştirakçıların bu istiqamətdə təşəbbüslərinin qrantlar, güzəştli kreditlər və qismən dövlət maliyyələşdirmələri hesabına dəstəklənməsi. Beləliklə ölkəyə innovasiya aхını sürətləndirilə və aqrar sferada məhsuldarlıq arta bilər.

7. Хarici iştirakçıların aqroparklarda fəaliyyətinin stimullaşdırılması. Bu məqsədlə хarici investorlara dövlət təminatı təklif edilə bilər. Digər tərəfdən хarici investorlara vətəndaşlıq və yaхud daimi yaşama imkanları verilə bilər. Beləliklə ölkənin qeyri-neft sektoruna investisiya aхını təmin edilmiş olar.




Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin