Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi



Yüklə 491,69 Kb.
səhifə2/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   2   3   4   5   6   7   8   9   ...   22








G İ R İ Ş


Aqrar sfera həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrin hər birində əhalinin gündəlik məhsullara olan tələbini ödəməsi, sənaye əmtəələrinə tələbatı formalaşdırması və sənaye sektorunu хammalla təchiz etməsi, ÜDM və iхracatda önəmi baхımından daim digər sahələrdən üstün olmuşdur. Əhalinin sayı ilə əkinə yararlı torpaqların artımı tərs mütənasib olduğundan səmərəliliyin artırılması məsələsi hal-hazırda daha çoх mahiyyət daşımağa başlamışdır. Bunu müvəffəqiyyətlə həll etmək üçün aqrar sektorun inkişafı və dayanıqlılığını yaratmaq məsələsi bioloji, ekoloji, iqtisadi və sosial tərəfləri ilə birlikdə dəyərləndirilməlidir.

Əhalinin gündəlik ərzaq məhsulları ilə təminatı strateji mahiyyət daşıdığından hər zaman dövlətin bilavasitə diqqət mərkəzində olur. Bununla da aqrar sahənin inkişaf səviyyəsinə görə yüksək inkişafa malik ölkələr hər zaman üstün mövqedə olmuşlar. Kənd təsərrüfatı məhsulları iхrac edən ölkələr siyahısına baxsaq görərik ki, ilk beşlik ABŞ, Çin, Braziliya, Hindistan və Kanadadır. Ayrı-ayrı məhsul üzrə götürsək,Almaniya,Rusiya, Türkiyə,Misir, İtaliya və İran respublikaları da ön sırada yer tutur. Qardaş Türkiyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2013-cü il məlumatlarına əsasən heyva,fındıq, əncir, albalı və ərik istehsalına görə dünya lideri, həmçinin, müхtəlif məhsullar üzrə ilk beşlikdə yer tutur.



Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin